XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2016 - 10:49

Türk analitik: –Türkiyə könüllü qurban kimi NATO-nun bıçağını yalayır! Təhlil

Angela-Merkel-and-Turkeys-001ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Con Kirbi bildirib ki, ABŞ “Demokraik Birlik” Partiyasını (PYD) terrorçu təşkilat hesab etmir. Kirbi sual edib: “Türkiyə Suriya kürdlərinə dəstəyi terrorçulara dəstəklə bir tutur. Siz bu cür durumun öhdəsindən necə gəlirsiniz?”

Dövlət Departamentinin təmsilçisi cavab verib: “Biz PYD-i terrorçu təşkilat hesab etmirik. Biz bilirik ki, Türkiyə məhz bu cür düşünür və buna anlaqla yanaşırıq”.

Kirbi həmçinin qeyd edib ki, ABŞ İŞİD-lə mübarizədə PYD-yə “mühüm tərəfdaş” qismində yanaşır.

Obamanın İŞİD-lə mübarizə üzrə koalisiyadakı xüsusi təmsilçisi Makqerk Kobaniyə səfər edib, məlum olduğu kimi, PKK-dan PYD-yə keçmiş Polad Can adlı terrorçu ilə görüşdükdən sonra Tayip Ərdoğan ABŞ-a sıradakı sualı ünvanladı: “Kimdir sizin tərəfdaşınız: mən, yoxsa Kobanidəki terrorçular?”

Kirbi qeyd etdi ki, bu görüş əvvəlcədən planlaşdırılmayıb!

Bir qədər sonra isə xarici işlər naziri Çövlud Çavuşoğlu belə bir açıqlama verdi: “Bir terrorçu təşkilatı terrorçular siyahısına daxil edirsiniz, lakin eyni zamanda başqa bir strukturun tərkibindəki elə bu cür digər təşkilatı terrorçu saymırsınız. Dostlarımız və müttəfiqlərimiz qərar qəbul etməlidir. Suriyada və İŞİD-lə mübarizədə tərəfdaşlarınız kimdir: biz, yoxsa terrorçu təşkilatlar?”

***

Sözsüz ki, Türkiyənin ritorikası doğrudur, lakin praktikada hər şeyi tərsinə edir. Məsələn, qaçqın böhranına görə Əhməd Davudoğlu və Merkelin Türkiyə-Suriya sərhədinə və Egey dənizinə dəvət etdiyi NATO-nun dünyada çoxlu terrorçu təşkilatlar yaratdığına və onları yönəltdiyinə göz yummaq olarmı?

NATO baş katibi Yens Stoltenberq bildirdi ki, alyans Türkiyə və Almaniyanın təkliflərini diqqətlə nəzərdən keçirdir… Bununla belə, məhz NATO Suriyanı qan çanağına çevirib və beləliklə də qaçqın böhranı yaradıb!

Amerika senatoru Çak Heygel 2004-cü il yanvarın 23-də Brüsseldə “Amerika, NATO və Böyük Yaxın Şərq” mövzusunda çıxışında qeyd etdi: “XXI əsrdə “Böyük Yaxın Şərq” layihəsi çərçivəsində NATO-nun strategiyası Türkiyə, Əfqanıstan, İraq, Aralıq dənizi bölgəsi, İsrail və Fələstinə yönələcək. Aralıq dənizi bölgəsi XXI əsrin ən önəmli bölgəsi kimi ön plana çıxacaq”.

Və budur, NATO öz hərbi gəmiləri və terrorçu təşkilatları ilə Şərqi Aralıq dənizi bölgəsindədir!

SESAR-ın bir analizində bu cür sual qoyulmuşdu: “Əlcəzairdə GİA və FİS-dən tutmuş Latın Amerikasındakı “Azadlıq mübarizləri” və “Ölüm eskadronu”nadək, Əfqanıstandakı “Taliban”dan İndoneziyadakı “Yarasalar”adək, Balkanlardakı alban və serb birləşmələrindən Qafqazdakı erməni dəstələrinə qədər, Qvatemaladakı “Yeni antikommunist təşkilatı” və “Mütəşəkkil milli antikommunist hərəkatı”ndan Türkiyədəki kommunizmlə mübarzə üzrə assosiasiyaya qədər – bunlar kimin məhsuludur?”

SESAR saytının sahibi İsmayıl Yıldız quraşdırma “Ərgənəkon” işi üzrə bir neçə il həbsxanada oturdu!

Bu təşkilatlar NATO-nun Gladio mərkəzinin məhsuludur.

İŞİD-i, PKK-ı  kimin təşkil etdiyi, PKK-nın qanadı PYD-yə kimin dəstək verdiyi  məlumdur.

Məgər bu gün Türkiyəni idarə edən siyasi elita bu təşkilatları qidalandıran NATO-nu Türkiyə sərhədlərinə dəvət etməklə “qəssabın bıçağını yalayan qurban” yerində görünmürmü? Həm də könüllü qurban…

***

Bu arada BMT qaçqınlarla iş üzrə Komissarının Baş İdarəsi Türkiyəni qapıları Hələbdən qaçmış Suriya qaçqınlarının üzünə açmağa çağırdı.Xarici işlər naziri Çavuşoğlu əmin etdi ki, Türkiyə bu şəhəri tərk etmiş qaçqınları qəbul edəcək.

Bundan başqa, BMT-nin qaçqınlarla iş üzrə təşkilatı beynəlxalq ictimaiyyəti Türkiyənin ağır yükünü bölüşməyə çağırdı.

Əlbəttə, BMT Rusiyaya deyə bilməz: “Mülki əhalini bombalamağı dayandır”. Amma Türkiyəyə təzyiq edər və Rusiya bombardmanından qaçanların hamısını qəbul etməyə məcbur edə bilər!Problemi özləri yaradır, sonra isə Türkiyə sərhədlərinə doğru dəvəti təmin edirlər!

Məgər bu cür şəraitdə Türkiyə rəhbərliyini hansı məntiqin idarə etdiyini başa düşmək olarmı?

 

Arslan Bulut

Yenicag (Türkiyə), 11.02.2016