XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 14:46

Amerika nəşri: Neft qiymətlərinin enməsi Rusiya və Səudiyyə Ərəbistanına iflas təhlükəsi yaradıb, Azərbaycan BVF-dan yardım istəyir – Təhlil

Neft-Oil-Gaz-DollarNövbəti böyük maliyyə böhranı necə olacaq? O, iki il müddətində şişmiş texnoloji şirkətlərin səhmlərinin partlayan qovuqlarıı üzündənmi baş verəcək? Yoxsa 2016-cı ilin başlanğıcındakı enmə nəzərə alınmaqla fond bazarlarının total şəkildə çöküşü səbəb olacaq? Bunların hamısı tam mümkündür. Lakin daha çox ağlabatandır ki, neft və xammal qiymətlərinin düşməsi üzündən bizi dövlətlərin müflisləşməsi gözlənilir. Beynəlxalq Valyuta Fondu neft qiymətlərinin enməyinə görə ziyan çəkmiş Azərbaycana yardım göstərməyi müzakirə edir. Venesuela eyni səbəbdən növbəti dəfə çökmək üzrədir. Deyəsən, Ekvador da eyni yolu gedir. Daha nüfuzlu ölkələr, xüsusən Rusiya və Səudiyyə Ərəbistanı da təhdid altındadır. Neft qiymətləri ucuz qalsa, onların heç biri maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcək.

Biz yenidən suveren borcun tammiqyaslı böhranı ilə üzləşə bilərik, lakin bu dəfə avro zonasının çevrəsindəki ölkələr deyil, xammal ixracatçıları müflisləşəcək. Lakin avro zonasındakı böhran halındakı kimi bank sistemi tezliklə boşalmış görünəcək və təcili, ciddi maliyyə yardımı zərfi tələb olunacaq. Başlıca məsələ bundadır ki, ardınca islahatlar gələcəkmi? Çünki iqtisadiyyatını artıq xammal ixracatı əsasında qurmaq iqtidarında olmayan ölkələrə yardım etməyin, sadəcə, mənası yoxdur. Neft və digər xammalların bütün il boyu bazarlarda üstünlük təşkil edən qiymətinin düşməsi inkişaf eməkdə olan ölkələr daxil olmaqla dünyanın böyük hissəsi üçün iqtisadi artım təkanı oldu. Lakin bu, ixracatçılar üçün fəlakətdir.

İlk çatlar keçmiş sovet respublikaları arasında ən böyük neft ixracatçılaırndan biri olan Azərbaycanda üzə çıxdı. Bakı təcili yardım haqda BVF ilə danışıqlar aparır, çünki hər barrel neftin 100 dollardan yuxarı olduğu dövrdə toplanmış ehtiyatları sürətlə yandırır. О, artıq ehtiyatların 60%-dn çoxunu itirib və BVF-dan dörd milyard dollardan çox yardım istəyir.

Lakin təkcə Azərbaycan çətin dövrlər yaşamır. Zəngin neft yataqlarına baxmayaraq, iqtisadiyyatı artıq çoxdan dəhşətli durumda olan Venesuela həmişəkindən daha böyük problemlərlə üsləşib. Prezident artıq iqtisadiyyatda fövqəladə vəziyyət (FV) elan edib, lakin FV sadə adamların əksəriyyəti üçün adi çətin durumdan az fərqlənir. Ekvador da çox yaxşı görünmür.

Sonra Nigeriyadır. О, neftin aşağı dəyəri üzündən tükənən nəqd ehtiyatları qorumaq üçün artıq Ümumdünya bankı və Afrika inkişaf bankından 3,5 milyard dollar istəyib.

Bəs iqtisadiyyatı neftlə hərəkətlənən Səudiyyə Ərəbistanı və Rusiya kimi həqiqi mənada böyük ölkələr xüsusunda necə?

Səudiyyənin maliyyəsi heç vaxt şəffaflığı ilə seçilməyib. Hesab olunur ki, bu ölkədəki neft hasilatı dünyada ən ucuz hasilatdır. Lakin bununla belə, krallığın xərcləri böyükdür, başqa gəlir qaynaqları isə yoxdur. Xərclərin azaldılmasına baxmayaraq, hətta rəsmi məlumatlar da keçən ilki 100 milyard dollar həcmində büdcə kəsirindən xəbər verir. Görünür, bu il də çox yaxşı olmayacaq. Söhbət ÜDM-in 15%-i həcmində kəsirdən gedir və Yunanıstan bu fonda firavan ölkə kimi görünür. Səudların iqtisadiyyatı saxlmağa xeyli vəsaitləri var, lakin hər il qazandıqlarından 15 % çox xərcləyərək bütün ehtiyatları çox sürətlə yandırırlar.

Rusiyanın büdcə kəsiri bu cür böyük deyil. Maliyyə Nazirliyi ehtimal edir ki, kəsir 2016-cı ild 20 milyard dollar və ya ÜDM-in 3%-i təşkil edəcək. Lakin bu hesablama neftin hər barrrelinə 40 dollara əsaslanmışdı. Deyəsən, bu dövr isə uzaq keçmişdə qalıb.

İqtisadiyyat tənəzzül yaşayır. Son məlumatlara görə, illik hesalamada 3,7 % təşkil edən rubl sərbəst məzənnəyə yollanıb və ölkə valyuta ehtiyatlarını sürətlə sərf edir. Vladimir Putin hərbi macəralar xatirinə iqtisadiyyatı şaxələndirmək cəhdlərində biabırçı məğlubiyyətə uğradı və onu energetik bazarların mərhəmətinə buraxdı Qəribədir, artıq tez-tez eşitmirik ki, Putin neft və qaz tədarükünü nəzarətə götürməklə Qərbi Avropanı şantaj edə bilər. Bundan yaxşı heç nə alınmadı.

Neft ixracatçıları kasıblasa, hər şey təkrar olunacaq. Milli neft şirkətlərinə verilmiş kreditlər və inşaat layihələrinə hökumət zəmanətləri mövcuddur. Bütün bunlar çox tezliklə dağıla bilər. Avropa bank indeksinin ilin əvvəlindən 30% itirməyinin səbəblərindən biri neft qiymətlərinin düşməsinə görə bank sektorundakı gələcək ziyanların tədricən dərk edilməsi ilə bağlıdır. Deutsche Bank bu həftə qaya kimi möhkəm qaldığını deyərək investorları sakitləşdirməyə çalışdı. Lakin qəribə olsa da, investorlar çox da sakitləşmədilər.

Əvvəlki böhran üzündən dünya ehtiyatları, xüsusən də BVF və Ümumdünya bankında tükənib. İrlandiya, bəlkə də, xəstəxanadan buraxılıb, lakin Yunanıstan və Portuqaliya intensiv terapiya şöbəsində qalmaqdadır. Həm də görünmür ki, Yunanıstan yaxın vaxtlarda ayaqüstə dura biləck.

 

Metyü Linn

Market Watch (ABŞ), 11.02.2016