XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2015 - 10:32

Pentaqon Avropaya nüvə silahı daşıyır – təhlil

Qərb Rusiyanın nüvə raketlərinin Uralın arxasına köçürülməsini təklif edir

Rusiya ilə ABŞ-ın hərbi fəaliyyətin məhdudlaşdırılması haqda danışıqları yalnız bərabər coğrafi mövqe start xətlərində mümkündür. Rusiya ilə ABŞ arasında silahlar üzərində nəzarət sahəsindəki həll edilməmiş problemlər içində taktiki nüvə silahı (TNS) promlemi bir sıra səbəblərə görə xüsusi yer tutur.

Birincisi, 1945-ci ildə ABŞ-da nüvə silahı yaradılandan bəri TNS-nın ixtisarı və yaxud cəbbəxanasının məhdudlaşdırılması heç vaxt ikitərəfli danışıqların hədəfi olmayıb. Yalnız ötən əsrin 90-cı illərinin əvvəlində iki ölkənin prezidenti xeyirxah iradə qaydasında onu pik səviyədən, təxminən, 75% azaltmaq qətiyyəti təşəbbüsü göstərdi.

İkincisi, ABŞ bu günədək dünyada yeganə dövlətdir ki, TNS-i özünün qitə hissəsindən kənarda yerləşdirib. Hansı ki Rusiya artıq 20 ildən çox müddətdə heç bir danışıqlar prosesi və Vaşinqton tərəfindən qarşılıqlı öhdəliklər olmadan Belorusiya, Qazaxıstan və Ukraynadan taktiki nüvə silahlarını tamamilə özünün mərkəzləşdirilmiş milli saxlanma bazalarına köçürdüb. Pentaqon isə əvvəlki kimi TNS-i Avropanın dörd ölkəsində (Belçika, İtaliya, Hollandiya və Almaniya), həmçinin Türkiyənin Asiya hissəsində, yəni birbaşa Rusiyanın yaxınlığında saxlayır.

Bu kontekstdə qeyd etmək lazım gəlir ki, adları çəkilən ölkələrdə TNS düzmüş ABŞ da, Amerikanın nüvə aviabombalarını öz anbarlarına yığmağa razılaşmış dövlətlər də nüvə silahının yayılmaması haqda Müqaviləni pozur. ABŞ və onun NATO üzrə müttəfiqləri hələ nüvə silahı yaratmamış İrana qarşı bir yığın iqtisadi sanksiyalar tətbiq edərək həm də “faktiki nüvə dövlətləri” ilə birlikdə bu Müqaviləni yerinə yetirməyini tələb etməklə nüvə silahının kürəsəl miqyasda yayılmamasının prinsipial hüquqi-beynəlxalq əsasını qoymuş bu mühüm müqaviləyə qarşı tam sayğısızlıq sərgiləyir.

üçüncüsü, ABŞ dünyada yeganə dövlətdir ki, NATO-ya üzv ölkələrin böyük bir qrupu ilə “nüvə məsuliyyətinin bölünməsi haqda xüsusi saziş” bağlayıb.

Bu saziş Pentaqona yuxarıda adları çəklilən və nüvə silahı olmayan dövlətlərdə təkcə taktiki vasitələri düzmək deyil, həm də təlim nüvə sursatlarının avia vasitələrlə çatdırılması və onların yerüstü hədəflərə qarşı şərti tətbiqi ilə bağlı hərbi təlimlər keçirməyə imkan verir. NATO-nun 15 üzvü bu cür sazişlərə qoşulub və alyansa daxil olan 28 ölkədən 27-si qurumun nüvə Planlaşdırması Qrupunun çərçivəsində keçirilən məsləhətləşmələrdə iştirak edir.

NATO üzvü 15 ölkənin HHQ-nin bu cür təlimləri Litvanın (Zoknyay) və Estoniyanın (Emari) hərbi hava bazalarında həm adi, həm də nüvə sursatlarını hədəfə çatdırmağa qabil olan ikitəyinatlı dörd təyyarənin qatıldığı gündəlik və illik “Baltik hava patrulluğu” (Baltic Air Policing) əməliyyatı çərçivəsində keçirilir. Rusiyaya münasibətdə aşkar fitnəkarlıq xarakteri daşıyan bu cür əməliyyat alyansın HHQ tərəfindən artıq 11 ildir ki, gerçəkləşdirilir. Pentaqon bu əməliyyatı həmçinin 14 qırıcı-bombardmançı ilə gücləndirib.

Dördüncüsü, ABŞ və onun Şimali Atlantika alyansı üzrə müttəfiqlərindən başqa dünyanın heç bir dövləti strateji və taktiki təyinatlı nüvə silahlarının raket əleyhinə və adi silahlarla vahid bir mexanizmə “qoşqulanması”nı elan etməyib. Belə birləşdirilmiş əməliyyat-strateji mexanizmi əvvəlcə 2012-ci il mayın 12-də NATO-nun sammitində yaradıldı, sonra isə ötən ilin sentyabrında Britaniyanın Nyuport şəhərində onun yüksək səviyyəli son görüşündə təsdiqləndi.

Beşincisi, NATO-nuin aparıcı nüvə “üçlüyü” (Böyük Britaniya, ABŞ və Fransa) ilk zərbədə nüvə silahının, o cümlədən taktiki təyinatlı silahın tətbiqindən imtina etməyib. Bundan başqa, ABŞ artıq 70 ildir ki, praktik olaraq dəyişilməz qalan stratreji və taktiki nüvə vasitələrindən istifadə etməklə ilk “xəbərdaredici və preventiv” zərbə endirmək doktrinasını hələ də yenidən müzakirə etməyib.

Pentaqon Ukrayna böhranının fonunda Avropaya əlavə sayda nüvə döyüş sursatı gətirir, həmçinin Avropa qitəsindəki uyğun saxlama bazalarını modernləşdirir. ABŞ-ın formal olaraq “taktiki” dərəcəyə aid edilən üç növ nüvə aviabombası (B-61-7, B-61-11 və perspektiv B-61-12) Dövlət Departamenti və Pentaqon tərəfindən “strateji” kimi təsnif edilir, çünki onları hədəfə strateji bombardmançılar çatdıra bilər. Taktiki-texniki səciyyələrinə baxanda elə B-61-12 aviabombasının özü də yüksək səviyyədə müdafiəli hədəflər üçün nəzərdə tutulacaq. Amerika hərbi sənayesi ən yaxın illərdə bu cür 900 aviabomba istehsal edə bilər ki, bu da onsuz da bir neçə minlik döyüş sursatı olan Amerikanın böyük TNS-i gücləndirəcək.

Bu fonda Rusiya silahlı qüvvələrinin milli TNS-i Ural dağlarının arxasına köçürməsi təklifləri qəbuledilməzdir və ciddi müzakirəyə dəyməz. Moskva isə ABŞ və onun NATO üzrə müttəfiqlərinə təklif edir ki, həm birbaşa NATO-nun nəzarətində olan, həm də formal olaraq adı çəkilən beş ölkəyə verilmiş Amerika TNS-i Avropadan tamamilə çıxardılsın və bu mövzuda mümkün Rusiya-Amerika danışıqları başlanana qədər bu cür silahın infrastrukturları ləğv edilsin. Bunu etmək ona görə zəruridir ki, hər iki tərəf belə vasitələrin yerləşdirilməsi mənasında bərabər coğrafi start mövqeyinə malik olsun.

Rusiyanın təsvir edilən mövqeyi ABŞ-ın Avropadakı nüvə cəbbəxanasını qoruyan, lakin eyni zamanda hərbi-strateji durumu sabitsizləşdirən raket əleyhinə əməliyyat sistemlərinin Rumıniya və Polşada düzülməsini dayandırmaq tələbi ilə də gücləndirilə bilərdi.

Bu durum onsuz da “28 dövlətin alyansı”nın ötən il ərzində Şərqi, Mərkəzi və Güney Avropda beşqat güclənmiş əsassız hərbi fəallığı nəticəsində xeyli kəskinləşib.

Moskva ilə Vaşinqton arasındakı problemlərin bərabərlik prinsipi əsasında konstruktiv həlli olmadan onların gündəliyindəki digər geniş problemlərin nizamlanması və genişmiqyaslı hərbi fəaliyyətin məhdudlaşdırılması bütövlükdə rasional görünmür. Silahın bir növünü ixtisar edib digər növlərini danışqıların mötərizəsindən kənarda qoymaq olmaz.

Vladimir Petroviç Kozin

Rusiya EA-nın müxbir üzvü, tarix elmləri namizədi, baş elmi əməkdaş

riss.ru