XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

15 Fevral 2016 - 22:49

Türkiyə sərhəddində yorğanla yatan Hələb:Ya acından ölməli, ya da təslim olmalı –TƏHLİL

Suriyanın ən böyük şəhəri Hələb hökumət qoşunlarının fəaliyyəti sayəsində tamamilə mühasirəyə düşüb. Suriya ordusu qəddar zərbələr endirən Rusiya aviasiyasının dəstəyindn faydalanır. Saysız-hesabsız qaçqınlar şəhəri tərk edib. Türkiyə öz sərhədlərini bağlayıb, buna görə də soyuğa baxmayaraq, qaçqınlar sərhədyanı bölgədə küçədə yaşamaq zorundadırlar. Növbəti humanitar böhran yetişir.

Türkiyə sərhədinin yaxınlığında yerləşmiş Hələb üç milyondan çox əhalisi ilə inkişaf etmiş şəhər idi. Lakin beş il öncə vətəndaş müharibəsi qızışdı. Müxaliflər və hökumət qoşunları şəhəri öz ərazilərinə böldü. Hələbdə amansız döyüşlər gedir. Bir zamanlar şəhər tamamilə müxaliflərin nəzarəti altında idi. Lakin Rusiya dörd ay əvvəl Suriyada hərbi əməliyyatlara başladı. Müxaliflərin mövqelərinə aviazərbələr nəticəsində durum dəyişildi.

Hökumət ordusu yanvarın axırında Rusiya ordusunun dəstəyi ilə şəhəri döyüşlə tədricən geri almağa başladı. Güneydə və quzeydə halqa daraldı. Qoşunlar fevralın 3-də quzeydəki kəndləri tutdu və şəhəri Türkiyə ilə əlaqələndirən strateji yolu nəzarətə götürdü. Şəhərin qərbində hələlik hökumət qoşunu yoxdur, lakin güman edilir ki, tam mühasirə zaman məsələsidir.

Hökumətin əməliyyatına bir neçə min döyüşçü qatılıb: İranın inqilab qvardiyası, “Hizbullah”, İraq və Əfqanıstanın şiə qüvvələri.

Ekspertlər ehtimal edirlər ki, hökumət qoşunu şəhəri mühasirəyə alıb ultimatum vermək istəyir:

“Təslim olun, ya da acından gəbərin!” Müxalifət təmsilçiləri bildirirlər ki, Rusiya bütün hərbi əməliyyatlar ərzində ən təmərküzləşmiş aviazərbələr endirir. 3-4 fevral tarixində 200-dən çox zərbə endirilib. Müxalifət sonadək vuruşmaq niyyətindədir, lakin Ən-Nusra Cəbhəsi artıq dəstək xahiş edib.

Hələbin üsyançıların nəzarətində olan qərb bölümündə 350 minədək dinc sakin var idi. Onlar Rusiya aviazərbələri və hökumət qoşunlarının hücumlarına görə evlərini tərk etməyə başlayıblar. Hazırda Türkiyə sərhədinin Kilis bölgəsinə 30 min adam yığışıb. Daha 50 min nəfər gözlənilir. Türkiyə onlara yalnız yemək və yorğan təqdim etməklə giriş icazəsi vermir.

Baş nazirin birinci müavini Numan Kurtulmuşun sözlərinə görə, ən pis halda Hələbi bir milyona yaxın adam tərk edə bilər. Müxaliflər Hələbi hökumət ordusuna təslim etsələr, onlar üçün sarsıdıcı zərbə olar.

Rusiya qələbəyə əmindir

Türkiyə Hələb sakinləri üçün sərhədi bağlayıb, çünki ölkədə artıq 2,5 milyona yaxın suriyalı qaçqın var. Bundan başqa, o, Türkiyənin öz sərhədlərinə pis nəzarət ediyini iddia edən AB-nin tənqidlərinə bu qayda ilə cavab verir. Bununla belə, qaçqın problemi təkcə Türkiyəni deyil, həm də İordaniya, Luvan və qonşu ölkələri narahat edir. İordaniyada haradasa 1,4 milyon qaçqın var. İordaniya kralı II Abdulla ibn Hüseyn qaçqınları ölkədən çıxarmaqla hədələyib:

“Ölkə xalqının səbri artıq daşır. Bu, davam etsə, başqa tədbirlər görməyə məcbur olacağıq”.

Müxaliflər üçün başlıca dayaq rolunu oynayan Səudiyyə Ərəbistanı Hələbdəki durumdan rahatsızdır. Səudiyənin hərbi komandiri bildirib ki, Suriyaya quru qoşunları göndərməyə hazırdr, lakin İran inqilab qvardiyasının təmsilçisi bildirib ki, Səudiyyə Ərəbistanının buna cürəti  çatmaz.

Prezident Putin hökumət qoşunlarının qələbəsinə əmindir. Rusiya başçısı hesab edir ki, təkcə hərbi deyil, həm də diplomatik qələbə çalıb. Suriya hökuməti Rusiyanın köməyi ilə cəmi 2% ərazini döyüşlə geri alıb. Bununla belə, diplomatik qələbə yəqindir:

Rusiyanın sayəsində Əsəd administrasiyasının istefası şərtilə müharibənin başa çatması ssenarisi gündəmdən çıxdı. Suriya üzrə keçən ayın sonunda başlanmış sülh danışıqları cəmi bir həftədən sonra süquta uğradı. Lakin hətta ABŞ da indi Suriya prezidentinin istefasını təkid etmir.

Eyni zamanda münaqişənin nizamlanmasına təsir etməli olan ABŞ təşəbbüsü ələ almağa cəhd etmir. Prezident Obama özünü olduqca qətiyyətsiz aparır: Hələbdəki humanitar böhrana münasibətdə entuziazm görünmür. Yəqin ki, ABŞ yeni prezidentini seçməyincə ölkə öz nüfuzunu bərpa də bilməyəcək.

Sin Sasaki

Wedge Infinity (Yaponiya), 15.02.2016