XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

23 Oktyabr 2018 - 15:13

ABŞ RUSİYANIN İRANA KÖMƏYİNDƏN QORXUR –Bolton Bakıya hansı mesajı gətirir?

“Tramp administrasiyasında ehtiyat edirlər ki, Rusiya Amerika sanksiyalarından yan keçməyə Tehrana kömək edə, İran neftini alıb, öz məhsulu kimi sata bilər”.

“Financial Times”-ın müxbirləri Katrina Menson (Kartina Manson) və Devid Şeppard (David Sheppart) xəbər verir.

ABŞ İran neftinin ixracını dayandırmaq üçün nəzərdə tutulan sanksiyaları noyabrın 5-dən işə salacaq.

“Lakin Amerika rəsmiləri başqa ölkələri İrandan neft idxalını dayandırmağa çağırır və İranın alternativ tədarük yolları axtaracağından qorxur”, – jurnalistlər yazır.

Ola bilsin, İran sanksiyalardan yan keçmək üçün Rusiyanın dünya bazarında onun neftini satması ideyasını irəlilədir, – Amerika administrasiyasının yüksək vəzifəli əməkdaşı məlumat verib. – Rusiyaya məsləhət görərdim ki, heç bu barədə düşünməsin. Bu işdə İrana kömək etmək Rusiyaya sərf etməz”.

Həftənin əvvəli Trampın (Donald Trump) milli təhlükəsizlik üzrə müşaviri Con Bolton (John Bolton) Moskvada Rusiya rəsmilər ilə görüşməyə hazırlaşır. Sonra o, İranla həmsərhəd olan qonşu Azərbaycana yola düşəcək: “Amerika rəsmiləri neçə aydır, bütün dünyanı dolaşır və İrandan neft alan ölkələri, o cümlədən Hindistan, Cənubi Koreya və Yaponiyanı idxalı dayandırmağa çağırırlar”, – məqalədə deyilir. “Məqsədimiz İrandan neft idxalını mümkün olduğu qədər tez bir zamanda, ideal halda noyabrın 4-dək sıfra endirməkdir”, – Dövlət Departamentinin nümayəndəsi bildirib.

Yazıda qeyd olunur ki, ancaq bu yaxınlarda Amerika rəsmiləri ilk dəfə bəyan ediblər ki, bəzi alıcılara istisna etməyə hazırdırlar. Dolayısıyla belə bir ehtimal yaradılır ki, Tehran bundan sonra da İrandan aldıqları neftin ümumi həcmini məhdudlaşdırdığını nümayiş etdirən ölkələrə neft ixrac edəcək.

“Treyder və analitiklərin fikrincə, İrandan Rusiyaya böyük neft nəqlini sezmək nisbətən asan olacaq. Bu ölkələrin ümumi boru kəməri yoxdur, ona görə istənilən hərəkət istər-istəməz neft tankerləri ilə əlaqəli olacaq. Ola bilsin, Xəzər dənizində”. Məqalədə deyilir ki, bunu peyk siqnalları və təsvirləri ilə görmək çox asan olacaq.

“Bəzi treyderlər “Financial Times”-a bildiriblər ki, Rusiyadan yenidən rəsmiləşdirilən İran neftini qəbul etməyəcəklər. Rusiyanın dövlət neft şirkətləri və özəl müəssisələri də ABŞ sanksiyalarına məruz qalmaq istəmirlər”, – məqalədə deyilir.

“Başqa bir ssenari də mövcuddur: Rusiya nəzəri cəhətdən İran neftini götürüb, özünün neft emalı zavodlarında  istifadə edə, böyük həcmli daxili məhsulu isə ixraca yönəldə bilər”, – Menson və Şeppard qeyd edir.

ABŞ energetika nazirliyində aparatın keçmiş rəhbəri, hazırda “Hedgeye Research” şirkətində ekspert kimi çalışan Co Makmoniql (Joseph Mcmonigle) bildirib: “Rusiyaya bu neft lazım deyil və o, sanksiyaya məruz qalacaq. Hələlik Amerikanın Rusiyaya qarşı sanksiyaları ünvanlı olub, amma İrana qarşı sanksiyaların pozulması böyük nəticəyə gətirib çıxaracaq”.

(Xpressa.net)