XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 06:12

Husilər ABŞ-ın düşməni ilə döyüşür, Vaşinqton isə husilərlə -Nə üçün? –TƏHLİL

Şiə ayparası düşmənlərimizlə fəal şəkildə vuruşur

Artıq bir aydır ki, Səudiyyə Ərəbistanının hərbi-hava qüvvələri Yəməni 25 milyonluq husi qiyamçılardan döyüşlə geri almaq və qaçaraq hazırda Ər-Riyadda olan prezidenti hakimiyyətə qaytarmaq üçün bu ölkəni bombardman edir.

Səudiyyənin HHQ aerodromlara, silah və hərbi sursat anbarlarına çoxlu zərbələr endirib və qəsdən humanitar fəlakət törədib. Bu zərbələr nəticəsində, təxminən, min adam həlak olub, 3500 nəfər yaralanıb, on minlərlə insan isə ev-eşiyindən məhrum olıub. Ərəb dünyasının ən yoxsul ölkəsi iflas həddinə çatıb. Əsasən ərzaq idxalından asılı olan Yəmən sakinləri aclıq içindədir.

Bu arada ABŞ Yəmənə qarşı bombardman kampaniyasında Səudiyyəyə dəstək verir. Nə üçün? Niyə Yəməndəki vətəndaş müharibəsi ABŞ-ın savaşına çevrilib? Husilər bizə nə pislik ediblər?

Husilər, sözüz ki, Amerikanı xoşlamasalar da, onların qiyamı bir-iki avtokrata və “Ərəbistan Yarımadasındakı Əl-Qaidə”yə (ƏYƏQ) qarşı yönəlib. Husilərin əsas düşməni ƏYƏQ amerikalıların başlıca düşmənidir.

Belədisə, niyə biz indi faktiki olaraq “Əl-Qaidə”nin müttəfiqi olmuşuq?

Hələlik Səudiyyə husiləri bombardman edib bununla da “Əl-Qaidə”yə basqını zəiflədincə ƏYƏQ həbsxanalardan 270 dustağın, o cümlədən terrorçuların qaçışını təşkl etdi və Əl-Mukalla limanını tutdu.

Səudiyyə Ərəbistanı iddia edir ki, husi qiyamı İran şiələrinin hakimiyyəti ələ keçirmək və Yaxın Şərqdə özlərinin hökmranlığını təmin etmək niyyətli planının tərkib hissəsidir. Lakin Pakistan bu açıqlamalara inanmır və hərbçilərini ora göndərmir. Misirlilər də bu mübaizəyə qoşulmağa tələsmirlər.

Bundan başqa, İranın husiləri təhrik etdiyi və yaxud silahlandırdığı haqda heç bir tutarlı sübut yoxdur. Bəzi məlumatlara görə, Tehran hətta husilərə Ədən şəhərini tutmamağı tövsiyə edib və indiyədək onları atəşi dayandırıb danışıqlar masasının arxasına əyləşməyə çağırır.

Səudiyyə Ərəbistanı Yaxın Şərqi İranın başçılığı ilə şiə ayparasının sünni dövlətləri udmağa hazırlaşdığı böyük qarşıdurma bölgəsi kimi qələmə verir. Lakin gerçəkdən məsələlər bu vəziyyətdədirmi? Amerikanı bizim heç bir həyati marağımz olmayan və bizə hücum etməmiş, bunu etməyi heç planlaşdırmayan düşmənlə növbəti müharibəyə sürükləmirlərmi?

çağdaş Yaxın Şərqə nəzər salsaq, oradakı əsil düşmənlərimiz, hücum edib amerikalıları və müttəfiqlərimizi öldürən kimlərdir?

Yaxın Şərqdəki düşmənlərimizin siyahısında birinci yerdə “Əl-Qaidə” və İŞİD durur. Heç bir terror qruplaşması “Əl-Qaidə”nin öldürdüyü qədər amerikalı öldürməyib. Heç bir terror qruplaşması Amerika vətəndaşları, xristianlar və dostlarımızla İŞİD qədər qəddarcasına davranmayıb. Və bu düşmənlərmizlə hamıdan daha fədakarcasına kim vuruşur? Səudiyyə Ərəbistanı? Fars körfəzinin ərəbləri? Yoxsa NATO-nun müttəfiqi Türkiyə?

Xeyr. Onların hamısı bu və ya digər məqamda Suriyada “ən-Nusra Cəbhəsi”nə və İŞİD-ə dəstək verib. Onların heç biri İraqdakı İslam Dövləti ilə vuruşmağa öz ordusunu göndərmədi. Bununla belə, Yəməndəki husilər bu terrorçularla fəal şəkildə vuruşurlar. Hansı ki İŞİD yaraqlıları Yəməndə onların iki məscidini partladıb və nəticədə 135 nəfər həlak olub, 350 nəfər yaralanıb.

İraqda şiə könüllüləri, iranlılar və kürdlər İŞİD-lə vuruşmaqda Bağdada kömək edirlər. “Hizbullah” və İran Bəşər Əsədin İŞİD və “Əl-Qaidə”yə qarşı savaşında Dəməşqə silah və canlı qüvvə ilə yardım edir.

Söhbət bizim düşmənlərimizlə mübarizədən düşəndə sünni dostlarımız qəsdən ləng tərpənirlər, bəzən isə hətta onlarla əməkdaşlıq edirlər.

Bununla belə, guya yeni Farsistan imperiyası yaratmağa can atan və ilk baxışdan xoflanmalı olduğumuz şiə ayparası bizim düşmənlərimizlə fəal şəkildə vuruşur.

Yaroslav Trofimov Yaxın Şərqdəki duruma həsr olunmuş köşə yazısında yazır ki, Səudiyyə Ərəbistanı Yəməndəki bombardman kampaniyasına çox fərəhlənir və səbirsizliklə yeni müharibələri gözləyir:

“Bu hərbi güc nümayişi artıq Ər-Riyadda vətənpərvərlik ehtiraslarını coşdurub. Artıq söhbətlər başlanıb ki, husilərin axırına çıxan kimi Səudiyyə Ərəbistanının koalisiyası İranın daha güclü müttəfiqi ilə, yəni Bəşər Əsəd rejimi ilə mübarizəyə başlamalı və Suriyanın hərbi-hava qüvvələrini məhv etməlidir”.

Səudiyəli sosioloq və nüfuzlu siyasi şərhçi xalid əl-Daxil bildirir: “Suriyadakı qətliam dayanmalı və rejim hakimiyyətdən getməlidir. Fars körfəzi ölkələri, Misir, İordaniya və Türkiyə üçün ən düzgün qərar Yəməndən sonra Suriyaya üz tutmaq və oradakı rejimi devirmək olacaq”.

Səudiyyənin başçılığı ilə qarşıda duran bu blitskriqlə bağlı sıradakını deyə bilərəm.

Birincisi, husilər ciddi itkilər versələr də, hələlik məğlub edilməyiblər. çox güman ki, Səudiyyə Ərəbistanı arı yuvasına çöp uzadıb.

İkincisi, “Hizbullah”, İran, İraq və Rusiya Səudiyyə Ərəbistanının onların Suriyadakı müttəfiqinə qarşı müharibəsinə necə reaksiya verəcək?

üçüncüsü, Bəşər Əsəd rejimi yıxılsa, “əl-Nusra Cəbhəsi” və İŞİD-dən başqa, yəni bu gün ona qarşı duran ən təsirli qüvvələrdən savayı hakimiyyətə kim gələ bilər?
Əsədin öz ölkəsində apardığı müharibə nə qədər dəhşətli olsa da, məgər İŞİD və əl-Nusranın bizə təklif etdiyi ilə müqayisədə Əsədin rejimi daha yaxşı variant deyilmi?

Bəzi məlumatlara görə, amerikalılar Səudiyyə Ərəbistanını Yəməndə müharibəni dayanadırmaq üçün dilə tuturlar. Müdrik addımdır. Krallar bir qayda olaraq uzun müharibələrdən sonra öz hakimiyyətlərini itirirlər. Xüsusən də özlərinin başladığı müharibədən sonra.

Patrik Byukenen (Patrick J. Buchanan)

“The American Conservative”, (ABŞ) 26.04.2015