XƏBƏR LENTİ

18 Dekabr 2018
17 Dekabr 2018

Digər Xəbərlər

12 Noyabr 2018 - 12:22

III DÜNYA SAVAŞI QAÇILMAZDIR –Casus qalmaqalları savaşöncəsi qızdırmanının əsas atributudur – TƏHLİL

Diana Kadi

regnum.ru, 11.11.2018

 

Düz yüz il qabaq I dünya savaşını başa çatdırmış Kompyen barışığı imzalanıb. Dünya liderləri bu gün isə həmin Fransaya yığışıblar ki, yaxşı tarixə sayğı göstərsinlər. Belə görünür: tarixin bütün dərsləri mənimsənilib, təkrar ola bilməz. Amma bununla bərabər, tam əminlik var ki, biz yeni kürəsəl qarşıdurmanın astanasındayıq. Və duymaq üçün siyasətlə marqlanmaq heç də vacib deyil: yeni dünya qırğını birbaşa havada dolaşır.

Tarixin  göstərdiyi kimi, hər yüzilliyin başlanıcında savaşlar baş verir. Alman filosofu Osvald Şpenqlerin nəzəriyyəsinə görə isə, bunun üçün qabaqkı savaşı xatırlamayan nəsil doğulmalı və böyüməlidir. SSRİ dağıldıqdan sonra məhz iyirmi yeddi il keçib və II dünya savaşını nəsə bir xəyal – haçansa başqa bir dövlətdə başqa adamların başına gəlimiş hadisə kimi qavrayan gənclər ordusu var.

2011-ci ildə I dünya savaşının son əsgəri 110 yaşında vəfat edib. Böyük vətən müharibəsinin Pensiya fondunun 2018-ci ildəki durum haqda məlumatına görə, yüz mindən az adam həyatdadır və onların orta yaşı 90-dır. Müharibə iştirakçıları hər gün, onlarla bərabər isə insanlığın  məruz qaldığı dəhşət və itkilər haqda yaddaş da ölür. Və hətta sonuncu veteran ölməyib də – qonşu ölkələrdəki siyasətçilər isə onun mənəvi mirasını oğurlayaraq SSRİ-Rusiyanı nasizmdən xilaskar deyil, işğalçı kimi götərməyə səy edirlər. Xalqı ələ salmaq və hakimiyyətdə qalmaq üçün. Nəticəsi – acı təcrübəni xatırlamayan və Rusiya sərhədlərinin yaxınlığında təcavüzkarcasına köklənmiş yüz minlərlə çağırışçı yaşında döyüşçüdür.

Son ayların trendi – casus xəstəliyi son ayların daha bir təşvişli siqnalıdır. Guya “təxribatçı fəaliyyət”də ifşa edilən həmvətənlərimizin adlarının çəkildiyi informasiya bəhanələri ard-arda gəlir. Casus isteriyası savaşöncəsi qızdırmanın əsas atributlarından biridir. Ən məşhur örnək fransızların yalnız “yanlış” millətdən olduğuna görə heç bir günahı olmayan almanı casuslquda ittiham etdikləri Dreyfusun işidir. Əsil müharibənin nəfəsi isə artıq üzə dəyirdi. Yaxud SSRİ-də bir çox qurbanların xarici kəşfiyyatlarla əməkdaşlıqda “damğalandığı” 1937-ci il (II dünya savaşına iki il, Böyük vətən müharibəsinə dörd il qalırdı).

Belə ki, əsas dövlətlər arasında növbəti dava qaçılmazdır. Yeni biçimdə və çağdaş gerçəkliklər nəzərə alınmaqla. “Savaş artıq gedir, sanksiyalar isə onun bəlirtilərindən biridir” deyənlərin hamısı dolab gəlir. Həqiqi sanksiyalar hələ yoxdur. İndiki anadək ölkəmizə qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbilərin hamısı, sadəcə, opponentlərimizin dünya ağalığı uğrunda çarpışmada sərgiləyə biləcəkləri tozanaqdır.

Ölkəmizin ciddi zərbə hiss etməyi üçün xamon (ispan milli məzəsi-red.) və parmezan (İtaliya pendiri-red.) tədarükünü dayandırmaq azdır. İdeoloji rəqiblərimiz bizi beynəlxalq bank ödənişləri sistemi SWIFT-dən ayıranda və yaxud Rusiya şirkətlərinə Qərb bazarlarında qiymətli kağızlar alverini yasaqlayanda həyəcan qaldırmaq lazım gələcək. Böyük tutumlu təyyarələrin bizə satılması dayanacaq: biz 18 il boyunca yüzyerlik “Supercet” bölgə laynerindən böyük heç nə düzəltməmişik. Ya da, əksinə, Fransanın helikopterdaşıyan “Mistral”ıyla olduğu kimi Rusiyaya yüksəktexnologiyalı məhsulların satışını bağlayacaqlar. İrana qarşı yeni sanksiyalar modelində bizim neft və qazımızın alqısına yasağı da buna əlavə edin və doğrudan da, Rusiyanın tam təcridi fəaliyyətdədir. Bax, tərəfdaş adlandırdıqlarımız o zaman gerçək sanksiyalara keçəcəklər, yeni tipli III dünya savaşının başlanğıcı da bu olacaq. Amma bundan Qiyamət günü kimi qorxmaq gərək deyil. Heç olmasa, ona görə ki, müharibə cəmiyyətin, ayrıca bir ölkə və bütünlükdə dünya iqtisadiyyatının inkişafında katalizatordur. II dünya savaşı zamanı nüvə silahının yaradılmaası üzrə işlər başlanıb və bunun sayəsində savaş bitəndən bir an sonra Kaluqa vilayətində ilk atom elektrik stansiyasının buraxılışı həyata keçirilib. Dinc atom “müharibəylə yenidənyüklənmə”nin heç də yeganə üstünlüyü deyil.

Narkozu döyüş meydanında ilk dəfə tətbiq etmiş ilk həkim 1847-ci ildə məşhur cərrah Nikolay Piroqov olub. Krım savaşı olmasaydı isə, ola bilsin, gips sarğısı və efir ağrıkəsicisi olmayacaqdı da.

Murmansk şəhəri (o zaman Murman üzərində Romanov) I dünaya savaşı sayəsində bina olunub. Şəhərin təşəkkülünün başlandığı limanın qurulması Antanta ölkələrindən silah tədarükü üçün şimal dənizlərinə donmayan çıxışa malik olmaqda Rusiyanın səylərindən doğmuşdu. Müharibə keçib gedib, şəhər indiyədək durur.

Rusiya Napoleonla savaşda qələbədən sonra da 40 ildə Avropanın ən güclü dövləti olub, rus poeziyasının qızıl dönəmi başlanıb: Puşkin, Qriboyedov, Lermontov…

Ümumiyyətlə, III dünya savaşının baş verəcəyinə şübhə yoxdur. Biz bundan yayına bilərikmi? Cavab mənfidir. Amma, bax, durumu ayıq dəyərləndiməyinə, dövlətimiz üçün səmərə götürməyinə dəyər. Bir də dəhşətli sonluq sonsuz dəhşətdən daha yaxşıdır. Və mənim daxili Entoni Robbins-Kliçkomun pıçıldadığı kimi: bir şeyin sonu həmişə yeni yolun başlanğıcıdır.

Tərcümə Strateq.az-ındır.





Yuxarı Əvvələ Ana Səhifə