XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2018 - 17:21

CON BOLTONUN LİMON ZƏRB-MƏSƏLİ:100 il əvvəl Almaniya barədə söylənən ifadə indi İrana şamil olundu

“Cavan” qəzeti

(İran)

 

İrana qarşı yeni sanksiyaların qüvvəyə minməsi və humanitar hərəkətlərin sanksiya qanunundan azad olunduğuna dair Vaşinqtonun iddialarından bir həftə sonra, içi İrana düşmənçiliklə dolu Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton ürəyini o ki var, boşaldıb. Noyabrın 13-də o deyib: “Biz iranlılara limon kimi sıxıb suları çıxana qədər təzyiq göstərmək məcburiyyətindəyik”.

Bolton neft qiymətlərinin artması və İrana qarşı sanksiyaların Amerika iqtisadiyyatına mümkün bumeranq effektindən qaynaqlanan narahatlıqlar, İrana təzyiq göstərməklə Vaşinqtonun İranın neft ixracını sıfıra endirmək niyyətindən söz açıb.

ABŞ müttəfiqlərinin İran əleyhinə ikinci mərhələ sanksiyalar tətbiq etməsinə etirazı və İrandan neft almağa davam etmələrinə baxmayaraq, Vaşinqton rəsmiləri Tehrana təzyiqləri gücləndirməkdə davam edirlər.

İrana qarşı sanksiyaların davamlı tərəfdarı olan Con Bolton Sinqapurda keçirilən tədbirdə çıxış edərək bir daha ABŞ-ın sanksiyaları əhəmiyyətli dərəcədə gücləndirəcəyini açıqlayıb: “Amerikanın məqsədi İranın neft ixracını sıfıra endirməkdir. İngilislərin dediyi kimi, onları limon kimi sıxıb, suyu çıxana qədər təzyiq göstərəcəyik. Səylərimiz İranı normal davranışa məcbur etməkdir”.

Con Boltonun iranlılar barədə işlətdiyi “limon suyunu sıxma” ifadəsi nə az, nə çox, düz 100 il əvvəl, 1918-ci ildə ingilis siyasətçi Erik Kidz tərəfindən istifadə olunub.

Kidz bu sözləri Birinci Dünya müharibəsindən sonra Antanta bloku üzrə müttəfiqlərin Almaniyadan təzminat alması ilə bağlı söyləyib: “Almanlar hər bir pennini bizə verməlidirlər, almanlara limon kimi sıxılıb suyu çıxana qədər təzyiq göstərməliyik”.

Bolton çıxışının davamında deyib: “Hazırda iranlılar neft sanksiyalarından yan keçmək və maliyyə bazarlarına yol tapmaq üçün yeni üsullar tapıblar”.

Onun sözlərinə görə, “Avropa ölkələrinin bəzisi yalançı və ya kinlidir, bir çoxları indi bu həqiqəti qəbul edirlər”. 

Bolton iddia edib: “Biz İran hökumətinin real təzyiq altında olduğuna inanırıq“.

Milli təhlükəsizlik müşavirinin İrana istiqamətli iddiaları səslənərkən, ABŞ hökuməti geniş bir kampaniya başlayaraq digər ölkələri birtərəfli sanksiyalarla İran millətinə təzyiq göstərməyə razı salmağa çalışır, amma Vaşinqtonun müttəfiqləri bunu etməkdən çəkinirlər. Onların bir qismi İrandan neft almağa davam etmək üçün Vaşinqtondan güzəşt əldə edib.

ABŞ hökuməti sionist rejimlə birgə İranda qarışıqlıq və iğtişaşlar törətmək məqsədi ilə birgə qrup yaradıb. Həmçinin, Ağ Evin anti-İran planlarında separatçılığın dəstəklənməsi və İran sərhədlərində təxribatlar da  nəzərdə tutulur.

ABŞ səlahiyyətliləri zaman keçdikcə İrandan neft ixracının sıfıra enəcəyini iddia etsələr də, İran səlahiyyətliləri ABŞ-ın bu siyasətdə uğursuzluğa düçar olacağını söyləyirlər.

Xarici işlər naziri Məhəmməd Cavad Zərif Qətərin “Əl-Ərəbi əl-Cədid” qəzetinə bildirib ki, ABŞ-ın çox böyük iqtisadi gücü var, amma bəzi şirkətlərin narahatlığına baxmayaraq, dünyanın bütün ölkələri ABŞ sanksiyalarına qarşıdır: “Əvvəllər də demişik ki, ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək”.

Zərif əlavə edib: “Təbii ki, sanksiyalar iqtisadi təsirlərə malikdir, amma siyasətimizə təsir etməyib və sanksiyaların ikinci mərhələsində yeni bir şey yoxdur. Altı ay əvvəl ABŞ-ın nüvə sazişindən çıxmasından sonra sanksiyaların tətbiq ediləcəyini bilirdik, amma hələ keçən ilin oktyabrından iqtisadi aktyorlar Donald Trampın bu qərarı qəbul edəcəyini anlamışdılar. O vaxtdan bəri sanksiyalar iqtisadiyyata təsir göstərir və ilk növbədə, insanları hədəfə alır. Amerikalılar bu təzyiqlə ümid edirlər ki, iranlılar hökuməti öz siyasətini dəyişdirməyə və hətta bütün siyasi sistemi təhdid etməyə təşviq olunacaqlar”.

 

Tərcümə: Strateq.az