XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2018 - 12:15

Dağlıq Qarabağ ermənilərindən Ermənistana qarşı təxribat başlanıb –Baş nazir Paşinyan isə örtülü hədə gəlir

Aram Amatuni

1-in.am, 29. 11.2018

 

“Bako Saakyanı hökumət üzvlərini intizama dəvət etməyə çağırıram ki, onlar Ermənistan baş nazirinin sözlərini şərh etməsin, öz işlərilə məşğul olsunlar” – baş nazir Nikol Paşinyan Qeharkunikdəki görüşdə Artsaxın (Dağlıq Qarabağ-red.) müxtəlif məmurlarının Ermənistanda seçkiqabağı təbliğata, xüsusən də Nikol Paşinyanın və “Mənim addımım” blokundan başqa namizədlərin ifadələrinə, məsələn, Sasun Mikaelyanın məşhur formuluna (Panorama.am portalı yazır ki, Paşinyanın seçki bloku siyahısında 7-ci olan Qarabağ savaşının iştirakçısı Sasun Mikaelyan bu günlərdə seçkiqabağı mitinqdə bildirib: “Biz Qarabağ savaşında qələbə çaldıq və mən tərəddüd etmədən, çəkinmədən deyirəm – sizin, erməni xalqının respublikamızda çaldığı qələbə Artsax azadlıq savaşından daha önəmlidir”-red.) dair son günlərdəki bəyanatlarını şərh edərək belə bir açıqlama verib.

Paşinyan faktiki olaraq bəyanata çox kəskin qıcıq verib və bildirib ki, bu mövzuda Bako Saakyanla seçkilərdən sonra söhbət edəcək. Bu sərt reaksiya baş nazir Paşinyanın bu bəyanatlarda onları yönəldən və durumu gərginləşdirmək üçün Artsax (Dağlıq Qarabağ-red.) hökumətindəki əlaqələrindən istifadə edərək Ermənistan və Artsax (Dağlıq Qarabağ-red.) arasında qarşıdurma törədən əli gördüyündən xəbər verirmi?

İstənilən halda Paşinyanın sərt qıcığı bundan xəbər verir. Ümumiyyətlə, bu mənada məxməri inqilabın lap əvvəlindən Ermənistanda müəyyən əsəbi – özü də təkcə hakimiyyət deyil, həm də cəmiyyət tərəfindən – reaksiya doğuran, Artsaxdan (Dağlıq Qarabağ-red.) zaman-zaman belə bəlirtilər əldə edən kifayət qədər incə damar var. Bako Saakyanın özü olduqca təmkinli durub, amma eyni sözü onun tabeliyindəki adamlar haqda demək olmaz. Onlar arabir açıq, ya da pis ört-basdır edilən dolayı yollarla müxtəlif siyasi və informasiya bəhanələrilə Ermənistanda baş verən prosesləri müəyyən şəkildə vurmağa çalışıblar. Həm də məxməri inqilab və lideri həm Artsaxa (Dağlıq Qarabağ-red.), həm də hökumətinə münasibətdə heç bir təmkinsiz və təhlükəli addımı özünə rəva bilməyib, Nikol Paşinyan Artsax (Dağlıq Qarabağ-red.) cəmiyyətində mövcud olanlarla, ola bilsin, tamamilə təbii, yeri gəlmişkən, həm Artsax (Dağlıq Qarabağ-red.) hökumətində bəzi dairələrin, həm də Ermənistanın keçmiş hökumətinin spekulyasiya etməyə çalışdığı müəyyən şübhə və təşvişlərlə bağlı isə tamamilə hərtərəfli izahat və cavab verib.

Hətta o, baş nazir seçkilərindən sonra elə növbəti gün Qələbə bayramı münasibətilə Artsaxa (Dağlıq Qarabağa-red.) yollanıb, önəmli siyasi bəyanatlar verib və eyni zamanda bu səfərin formatı özlüyündə misilsiz idi və Ermənistan hökumətinin Artsaxın subyektliyinə dövlət sayğısı və münasibətinin vurğulandığı və müstəsna təzahür etdiyi protokol üzrə təşkil edilmişdi – məsələn, keçmiş hökumətin birinci şəxslərinin rəislik prinsipiylə həyata keçirilən səfərlərindən fərqli olaraq.

Məxməri inqilab və lideri bunun əvəzində Artsax (Dağlıq Qarabağ-red.) hökuməti təmsilçiləri tərəfindən arabir sataşma və qınaqlar qazanır və təbii ki, sual meydana çıxır – Bako Saakyan bir əliylə Nikol Paşinyanı salamlayaraq və cavab yardımı alaraq, o biriylə arxadan zərbə vurmaqla duruma nəzarət edə bilirmi? Yaxud Bako Saakyan Artsaxın (Dağlıq Qarabağın-red.) yalnız formal prezidentidir, Artsax hökumətindəki ayrı-ayrı şəxslər isə keçmiş hakim sistemin bu və ya digər çevrəsini təmsil edən başqa qruplara tabedirlər?

İstənilən halda aydındır ki, durumun izahata ehtiyacı var və Nikol Paşinyan açıqca sərt, amma eyni zamanda mövcud problemin ciddiliyi kontekstində olduqca önəmli çağırışlar edir ki, Ermənistanın keçmiş hökumətinin Artsax (Dağlıq Qarabağ-red.) hökuməti daxilindəki bəzi qrupları təxribatla məşğul olmasınlar, çünki bu sayaq fəaliyyət dövlət maraqları və təhlükəsizlik baxımından xarici düşmənin törətdiyi təxribatdan az təhlükəli deyil.

 

Lragir.am, 29.11.2018

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinə yerlərini göstərdi: “İşinizlə məşğul olun”

 

Mən Artsax hökuməti təmsilçilərinin reaksiyasını anlamadım. Mən ümumiyyətlə DQR hökumətinin son günlərdəki fəallığını, niyə bəyanatlar verdiyini və Ermənistandakı təbliğat kampaniyasına niyə qarışmağa çalışdığını başa düşmürəm. Mənim onlara xeyli sualım var və bunu Dağlıq Qarabağın prezidenti Bako Saakyanla şəxsən müzakirə etmək niyyətindəyəm. Hələlik isə Bako Saakyanı öz tabeliyindəkiləri intizama çağırmağa və öz işlərini yerinə yetirməyə göndərməyə dəvət edirəm. Qoy yeri gəldi, gəlmədi şərhlər verməsinlər… anlamadım, Qarabağ prezidentinin mətbuat katibi bir gündən sonra mənim sözlərimi şərh edir… İşə bax. Təsəvvür edirsiniz ki, mənim mətbuat katibim Artsaxdakı məlum və naməlum hadisələri şərh etməyə başlayır? Bunun nəticələrini dərk edirsiniz? Od-alovunuzu soyudun, möhtərəmlər və işinizlə məşğul olun. Mən bunu sizinlə müzakirə edəcəyəm, amma seçkilərdən sonra, hələlik isə işinizlə məşğul olun.

Tərcümə Strateq.az-ındır.