XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

20 Fevral 2016 - 16:11

Suriyada müharibə durdurulmasa… –Qərbin qorxduğu 5 nəticə

suriya-muharibe-1

Müharibə nə qədər uzansa, bir o qədər vəziyyət gərginləşir; qan tökülməsi çoxalır, münaqişəyə daha çox tərəf cəlb olunur, onun həllini isə – hətta müvəqqəti – tapmaq getdikcə mürəkkəbləşir. Suriyada müharibə buna əyani nümunədir. Lakin o, daha bir ibrəti şəkilləndirir: müharibənin nəticəsinə potensialca təsir etməyə qadir olan oyunçulardan biri prosesdən uzaqlaşarkən meydana çıxan boşluq ikiqat ziyanlı olur. "Economist" dərgisi redaksiyasının fikrincə, ABŞ-ın Suriya məsələsində təşəbüssüzlüyü və paralel şəkildə Rusiyanın fəallığı Yaxın Şərqdə durumu pisləşdirdi.

 

Suriyada bir müharibənin içində bir neçə müharibə gedir. Burada həm diktator rejiminə qarşı mübarizə, həm sünnilərlə ələvilərin (və onların şiə tərəfdarlarının) fanatik qarşıdurması, sünni icması daxilində  müharibə və kürdlərin müstəqilliyə can atması. Səudiyyə Ərəbistanı ilə Türkiyənin İrana qarşı dostluğu və ABŞ-la Rusiya arasında geopolitik çəkişmə bütün bunların üstünə qalanır.

 

"Economist" Barak Obamanın indki mövqeyini (“Əsədin getməyini istəyirik, lakin bunun üçün nəsə etmək istəmirik”) “acınacaqlı” adlandırır və etiraf edir ki,  münaqişədəki şərtləri və həlli Moskva qoyur.

 

Nəşrin fikrincə, mövcud vəziyyətin gərginləşməsinin səbəb ola biləcəyi beş olduqca ciddi nəticə bunlardır:

 

1. Radikal islamçılar güclü silah ələ keçirə bilər. Səudiyyə Ərəbistanı Türkiyəyə dəstək və İranı cilovlamaq üçün Fars körfəzi dövlətləri, Sudan, Misir, Mərakeş, İordaniya, Nigeriya, Pakistan və Malayziya daxil olmaqla, demək olar, 20 dövətin qatıldığı irimiqyaslı hərbi təlimə başladı. Bundan başqa, Ər-Riyad bildirir ki, Suriyada quru əməliyyatına başlayar və yaxud öz müttəfiqlərinə silah tədarük edə bilər. Bu o deməkdir ki, bölgədə radikal islamçıların əlinə keçən və Qərb ölkələrinə qarşı tuşlana biləsi silahların sayı əsaslı şəkildə çoxalır.

 

2. Livan, İordaniya və başqa dövlətlər təlaşdadır. Müharibə milyonlarla insanı evindən məhrum edib, lakin qaçqınların əksəriyyəti öz bölgəsində qalır, Suriyadan qonşu Livan, Türkiyə və İordaniya ərazisinə keçir. Avropa Birliyi Suriya böhranının nəticələrini dəf etmək üçün bu ölkələrə 3 milyard dollar ayırmağı vəd edib. Bəs bunun köməyi olmasa, nə olacaq?

 

3. Yeni qaçqın axını Avropanı basacaq. Müharibədən qaçmış mühacir dalğası artıq 2015-ci ildə iqtisadi, siyasi və sosial baxımdan AB-ni sabitsizləşdirdi. Müharibənin kəskinləşməsi parçalanmanı daha da ağırlaşdıra bilər (fikir var ki, Putin bunun naminə cəhd göstərir).

 

4. NATO Rusiya ilə müharibəyə başlaya bilər. Moskva ilə NATO-nun münasibətləri o qədər pisdir ki, Rusiya baş naziri Dmitri Medvedyev Münhendə təhlükəsizlik üzrə konfransda çıxış edərkən bunu “yeni soyuq müharibə” adlandırdı.

 

5. Rusiya prezidenti Putin təkcə Suryada Qərbin yoluna çıxmayacaq. Hətta digər avtokratlar üçün ruhlandırıcı nümunə ola bilər. "Economist" qeyd edir ki, Vaşinqton tərəfdən təşəbüssüzlük fonunda “Amerika 1990-larda Balkanlarda müharibəyə qarışdıqdan sonra etdiyi kimi” Rusiya Suriyada şərtləri hökm edir. Putin özünü qalib sayır, niyə dayanmalıdır?

 

İra Solomonova

Slon.ru (Rusiya), 19.02.2016

 

Tərcümə Strateq.az-a məxsusdur