XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 18:23

Fransanın məşhur “Le Figaro” qəzeti:“Amerikanın kürdlərə dəstəyi taktiki xarakter daşıyıb və müvəqqəti olub” (Təhlil)

Ankaranın terrorçu hesab etdiyi YPG kürdlərinə qarşı Türkiyənin hücumu ilə bağlı ehtimallar getdikcə daha da möhkəmlənir, Dəməşq isə yeni əraziləri geri qaytarmağa çalışır.

“Le Figaro” qəzetinin icmalçısı, Yaxın Şərq məsələləri üzrə mütəxəssis Corc Malyuryuno yazır.

Amerika rəsmilərinin bəyan etdiyi kimi, Amerika qoşunlarının Suriyadan çıxarılması “hərtərəfli” olacaq və “İŞİD-ə qarşı hava əməliyyatlarının dayandırılmasını nəzərdə tutur”.

Suriya dosyesindən məsul diplomatlardan biri “Le Figaro” qəzetinə bəyanatın bütün dünyanı heyrətə saldığını etiraf edib.

Suriya məsələləri üzrə tədqiqatçı ekspert Fabris Balanşın fikrincə, ABŞ gedişini britaniyalı müttəfiqləri ilə bir neçə gün müzakirə etsə də, bu qərar əsasən Türkiyənin təzyiqi altında təcili qaydada verilib. “Ərdoğanın kürdlərə hücum etməyə hazırlaşdığı aydın idi. O, artıq bir neçə həftədir bunu hamının beyninə yeridib. Türkiyənin təzyiqi çox güclü olub. Donald Tramp ötən həftə Ərdoğana amerikalıların hələ də İŞİD-in əlində olan, İraq sərhədi yaxınlığında, şərqdəki üç kəndi darmadağın etdikdən dərhal sonra ölkəni tərk edəcəyini demək üçün zəng edib”, – deyə Balanş vurğulayıb.

Bazar ertəsi ABŞ dövlət katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri xəbəri qabaqlayaraq bildirib ki, “Amerikanın kürdlərə dəstəyi taktiki xarakter daşıyıb və müvəqqəti olub”. O, həmçinin əlavə edib ki, ABŞ-ın məqsədi “rejimi deyil, onun davranışını dəyişmək olub”.

Yuxarıda adı hallanan BMT diplomatının fikrincə, bu bəyanat Tramp ilə Ərdoğan arasında “daha böyük sazişin” bir hissəsidir: “Saziş Rusiyanın yaxınlıq qurmağa çalışdığı Türkiyəni NATO-da saxlamaq üçün “Patriot” raketlərinin Ankaraya satışını nəzərdə tutur, bunun müqabilində amerikalılar kürdləri atacaq”.

“Amerikanın gedişi azacıq da olsa Qərb ölkələrinin iştirakının saxlanıldığı yeganə regionda – Suriyanın şimal-şərqində parçalanmaya səbəb olacaq, çünki Suriyaya ölkəni 8 ildir dağıdan vətəndaş müharibəsinin üç qalibi, Rusiya, Türkiyə və İran başçılıq edir”, – deyə məqalə müəllifi fikir yürüdür.

“İŞİD ilə mübarizədə Qərbin müttəfiqləri kürdlər əsas uduzan tərəfdir, – məqalədə deyilir. – Moskva Dəməşqi onu müəyyən muxtariyyətlə təmin etməyə vadar edir, Əsəd isə buna qarşı çıxır”.

Qısamüddətli perspektivdə kürdləri bu sual maraqlandırır: Türkiyə artıq bir neçə həftədir Fəratın şərq sahilində həyata keçirməklə təhdid etdiyi anti-kürd əməliyyatını başladacaqmı? Bütün diqqətlər çayın qərb sahilindəki Mənbicə yönəlib.

“ABŞ-ın gedişi Suriyanın üç təsir zonasına bölünməsini təsdiqləyir: şimal türklərin, sahilyanı şəhərlərin ətrafı rusların və müttəfiqi “Hizbullah” ilə əlaqələrinə görə Livan sərhədi yaxınlığı İranın təsir dairəsinə çevrilir. Üçlük gələcək Suriyanın əsas qanunda islahatlar keçirməkdən məsul Konstitutsiya Komitəsinin təşkili üzrə səyləri möhkəmlədir. Lakin belə bir Suriya hazırda Bəşər Əsədin başçılıq etdiyi Suriyaya oxşaya bilər”, – deyə jurnalist sonda bildirir.

X-Pressa.net




Yuxarı Əvvələ Ana Səhifə