XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2018 - 17:37

PUTİN PAŞİNYANI HÜZURUNA ÇAĞIRIR –Moskva Ermənistanla bundan sonra necə davranacağını müəyyənləşdirmək istəyir - TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 25 dekabr 2018-ci il

 

Bir neçə gün bundan öncə, Rusiya Prezidenti Putinin elan etdiyi səfər haqqında məlumatı 24 dekabrda erməni tərəfi rəsmi şəkildə təsdiqləyib. 27 dekabrda Nikol Paşinyan Moskvaya yola düşəcək və orada Vladimir Putinlə görüşəcək.

Paşinyanın Moskva səfəri, faktiki olaraq, onun parlament seçkilərindən sonra ilk xarici səfəri olacaq. Yeri gəlmişkən, parlament seçkiləri ilə əlaqədar Rusiya onu təbrik etməyib, RF səfiri isə bunu onunla izah edib ki, protokol heç də belə təbrikləri tələb etmir.

Ermənistanda çoxları bunu Putinin Paşinyanı özünəməxsus şəkildə rədd etməsi hesab etsələr də, bu cavab diqqətçəkici və çoxmənalıdır.

Eyni zamanda RF Prezidenti özünün məşhur mətbuat konfransının gedişində jurnalistin verdiyi suala cavabında bəyan edib ki, erməni-rus münasibətləri heç də dağılmayıb, ona görə də bərpasından söhbət gedə bilməz, yeni regional və ümumdünya reallıqları nəzərə alınmaqla, mövcud olanı inkişaf etdirmək lazımdır.

Erməni-rus münasibətlərindəki, necə deyərlər, təcili həll olunmalı problem də elə bundan ibarətdir. Lakin bu, münaqişə anlamında olan bir problem deyil.

Həqiqət budur ki, Ermənistan və Rusiya yeni regional və ümumdünya reallıqlarını nəzərə almaya, onları hesaba qatmaya bilməzlər, lakin bu reallıqları nəzərə almağın qaçılmaz zəruriliyi ilə bərabər, onların yeni reallıqlara adekvat olan ikitərəfli dövlətlərarası münasibətlər qurmaq vəzifəsi vardır. Bu vəzifə iki ölkə arasındakı əlaqələrdə praktiki durğunluğun yaranmasına səbəb olacaq dərəcədə deqradasiya edən öncəki münasibətlərin xarakterindən irəli gəlir. Bu durğunluq zəruri keçid üçün çevikliyin təmin edilməsinə imkan vermir. Əgər səfirin simvolik izahatına istinad etsək, belə çıxır ki, Rusiya faktiki olaraq Ermənistanla münasibətləri, necə deyərlər, “protokol üzrə” qurmağa başlayıb. Başqa sözlə, nə zaman nə edəcəyini bilmirsən, təlimatda deyildiyi və ya bu halda olduğu kimi – protokola əsasən hərəkət et. Ermənistanla münasibətlərdə Putin, böyük hesabla, “təlimat üzrə” rejiminə keçib və bu, əlverişli şəraitə və ya güclü mövqeyə görə deyil.

Rusiya öz ehtiyatları, miqyası və imkanlarına görə, şübhəsiz, Ermənistandan güclüdür, lakin erməni-rus münasibətlərinə bu iki subyekt arasındakı təmiz münasibətlər kimi baxılmamalıdır. Erməni-rus münasibətləri geniş geopolitik tutuma, əhəmiyyətə, müxtəlif istiqamətlərdə təsirə malikdir. Ona görə də güc nisbəti yalnız iki subyektə, necə deyərlər, onların nominal çəkisinə görə müəyyən edilmir. Nisbət Putinin mətbuat konfransında Ermənistandan olan jurnalistin sualına cavab verərkən xatırlatdığı geopolitik reallıqların çəkisi və təsirilə müəyyən olunur. Burada isə “çəki kateqoriyaları” əhəmiyyətli dərəcədə, bu halda Ermənistanın xeyrinə balanslaşdırılıb. Digər tərəfdən, açıq şəkildə Rusiya üçün problemli olan bu balans perspektivdə əlavə yük və ya məsuliyyət olmaq yerinə, Moskvanı əlavə tərəfdaşla, hətta mümkündür, Ermənistanın timsalında eksklüziv tərəfdaşla təmin edir. Təbii, əgər Moskva məhz tərəfdaşlığa keçidə gedərsə. Həqiqət budur ki, Ermənistan, bu planda yalnız Rusiya üçün müstəsna müttəfiq və layiqli tərəfdaş deyil, eyni zamanda böyük potensiala malik, – erməni-rus münasibətləri, beynəlxalq legitimlik baxımından da, – ən mühüm geopolitik məsələlərə cəlb olunmuş subyektdir.

Faktiki olaraq, Ermənistan yeganə dövlətdir ki, Qərb onun Rusiya ilə ittifaqına, əgər bu münasibətlər Ermənistanın suverenliyi hesabına deyilsə, nə regional, nə də geopolitik planda problem kimi baxmır. Və burada, beləliklə, suveren Ermənistanın Rusiyadan ayrılacağı və Qərbin tərəfinə keçəcəyi kimi, ən sadə olan yanaşma ortaya çıxmır. Bu sadə dilemma ilə erməni-rus dövlətlərarası münasibətlərini yalnış şərh etmək hesabına çox dar şəxsi və qrup problemlərini həll edən dairələr oynayırdılar və  oynamaqda davam edirlər. Bu dairələr vəziyyəti eyni məntiqə gətirməkdə və Rusiyadakı siyasi çözümlərə vurğu etməkdə, onları Ermənistanın davranışında əks etdirməkdə maraqlıdırlar. Lakin “məxməri inqilab” reallığı əsaslı şəkildə dəyişdirdi. Bu səbəblə, Rusiyada siyasi qərarların qəbulunda diqqətçəkən fasilə verildi ki, erməni-rus münasibətlərinin bir neçə qrupun marağına görə praktiki olaraq necə məhv edildiyi, yeni reallığın daha aydın ortaya çıxmasından sonra Moskvanın nə etməli olduğu anlaşılsın.

Nə zaman ki, dünyada, necə deyərlər, nisbi sakitlik və rahat şərait, Ermənistanda isə qeyri-legitim hakimiyyət vardı, ikitərəfli münasibətlərin məhv edilməsinin Moskva üçün yaratdığı risk və ciddiyyət hissediləcək dərəcədə deyildi. Dünyada rahatlıq çoxdan pozulub və görünən gələcəkdə onu görmək mümkün deyil. Ermənistanda isə artıq böyük ictimai etibarı olan legitim hakimiyyət var. Rusiyaya (yeni reallığa uyğun adekvat münasibətlərə – tərc.) keçid lazımdır. Ermənistan bu məsələdə ona kömək edə bilər.

Tərcümə Strateq.az-ındır