XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 13:13

Ankara üçün “adsız müharibə”:Türkiyə Suriyaya niyə girməyəcək? – Təhlil

bordo-11

 

Budur, artıq bir neçə gündür, hər yerdə bu suallar müzakirə edilir: Suriya böhranı dünya dövlətlərini üz-üzə gətirəcək müharibəyə aparırmı? Türkiyə də bu savaşa cəlb olunacaqmı?

Müharibə haqda söz-söhbət Ankaradakı terror aktından sonra xüsusilə güclənib. Türkiyə liderləri Suriyanı (yəni Əsəd rejimini) bu terrorda ittiham edir və deyirlər ki, Türkiyə bu hadisəni törədənlərə qarşı ən sərt tədbirlər görəcək. Bütün bunlar gündəmə bu cür suallar çıxarır:

“Türkiyə hərbi müdaxiləni gerçəkləşdirəcəkmi? Türk ordusu Suriyaya girəcəkmi?”

Hazırda bu cür müzakirələr təkcə bizdə deyil, həm də bütün dünyada gedir…

 

 

Girmək çətin deyil, lakin…

 

Yəqin ki, Türkiyə Ankaradakı  terror aktını cavabsız qoymayacaq və Suriyanın şimalında “qırımız xətt”in pozulmasına yol veməyəcək. Lakin hansı qaydada? Savaş təbilini çalmaq asandır, lakin hər şeydən əvvəl “nəyin olmayacağına” nəzər salmaq lazımdır.

 

Türk ordusu Suriyaya girməyəcək. Türk rəsmiləri dəfələrlə bildiriblər ki, Türkiyə təkbaşına hərbi müdaxilə etməyəcək. Türkiyə bu cür addımın böyük riskini anlayır.

 

Unutmaq lazım deyil ki, Rusiya hazırda Suriyada hərbi üstünlüyü təmin edib. Həm də belədir ki, havadakı ağalıq üzündən türk təyyarələri hətta koalisiya təyyarələri ilə birlikdə Suriyanın hava məkanına daxil ola bilmir. Ankara nəzərə alır ki, türk ordusunun Suriyaya girişi Rusiya ilə toqquşma təhlükəsi daşıyır. Bundan başqa, “Girmək asan ola bilər, çıxmaq isə çətin” ideyası aparılan təhlillərdə aşkar üstünlük təşkil edir. Koalisiya üzrə tərəfdaşlarla birlikdə yerüstü əməliyyatların həyata keçirilməsi ehtimalına gəlincə, deyəsən, Ankara buna meylli olsa da müttəfiqlərindən heç birinin, hər şeydən əvvəl Amerikanın belə niyyəti yoxdur…

 

 

Özgə əliylə…

 

 

Deməli, Suriyada Türkiyənin də qatılacağı sözün klassik mənasında müharibə baş qaldırması ehtimalı yüksək deyil. Lakin Ankara hər şeydən əvvəl qəti şəkildə Demokratik Birlik Partiyasının (PYD)  xalq özünü müdafiə dəstələrinə və Əsəd rejiminə qarşı müəyyən addımlar atmaq niyyətindədir. Belə ki, “Fırtına” qaubitsalarından atəşin tətbiqi ilə yanaşı, Türkiyədən Azaz bölgəsinə “Suriya müxalifətinin 500 döyüşçüsü” atılıb. Söhbət həmçinin bu sayın artırılmasından gedir. Beləliklə, Türkiyənin dəstəklədiyi Suriya yaraqlılarının köməyi ilə Ankara üçün “qırımızı xətt” sayılan hüdudlarının PYD/YPG və Əsəd ordusundan müdafiəsi təmin olunacaq.

 

Hər şey nəzərə alınsa, Türkiyə Suriyadakı adsız müharibəyə girişməyə cəhd etməyəcək. O da digər oyunçular kimi, mübarizəni “özgə əli”ylə davam etdirmək alternativlərini nəzərdən keçirəcək…

 

Sami Koen

Milliyet (Türkiyə), 21.02.2016