XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

28 Yanvar 2019 - 13:22

“ADANA SAZİŞİ”NİN TÜRKİYƏYƏ VERDİYİ HƏRBİ İMTİYAZLAR:“Türk ordusu Suriyaya girə bilər” – Araşdırma

Güneri Cıvaoğlu

Milliyet (Türkiyə), 27.01.2019

 

Rusiya prezidenti Putin ABŞ prezidenti Trampın masaya qoyduğu “təhlükəsizlik zonası” kartına qarşı “Adana sazişi”ni oynadı.  Türkiyə və Suriyanın 1998-də bağladığı “Adana sazişi” “Kürdüstan Fəhlə Partiyası (PKK) və  törəmələri”nin Suriyada kökünün kəsilməsinə hədəflənmişdi.

Suriyanın nəzarəti altında Abdulla Öcalanın Dəməşqdən və PKK obyektlərinin Suriyanın Kamışlısından və Livanın Bəqasından  qovulması bu sazişin praktikada konkret təcəssümüydü.

İnamın möhkəmləndirilməsi”nə sübut idi.

***

Bundan savayı, Adana sazişi sıradakını da təsbit edib.

1. Türkiyə Cümhuriyyəti və Suriya Siyasi İdarəsi arasında “təhlükəsizlik sahəsində işbirliyi üzrə ali komissiyanın” yaradılması.

2. Təhlükəsizlik sahəsində işbirliyi üzrə bu komissiyaya tabe olan işçi altkomissiyaların yaradılması. İki ölkənin qoşun komandanları bu qayda ilə daim təmasda olmalıydı.

3. İki ölkənin paytaxtındakı diplomatik təmsilçiliklərdə (Suriyanın Ankaradakı və Türkiyənin Dəməşqdəki səfirliklərində) “təhlükəsizlik sahəsində təmsilçilərin” təyin edilməsi. Türkiyə özünün Dəməşqdəki səfirliyinə təhlükəsizlik sahəsində iki təmsilçi təyin etdi.

Bundan başqa…

Tərəflərin komissiyaları arasında təhlükəsizlik sahəsində işbirliyi üzrə birbaşa qaynar xətt qurulmuşdu. İki ölkə terrorçu təşkilatlarla, o cümlədən PKK, Kürdüstan Cəmiyyətləri Assosiasiyası və bunların uzantılarıyla birgə mübarizə aparmalıydı.

Suriyanın yetərincə effektsiz mübarizəsi halında Türkiyə Suriya torpaqlarında bu təşkilatlara qarşı silahlı müdadxilə həyata keçirə bilərdi.

***

Suriya ilə körpülər yandırılmamışdan qabaq 2010-cu il dekabrın 21-də Türkiyənin o zamankı xarici işlər naziri Əhməd Davudoğlu və suriyalı həmkarı arasında bəzi əlavələrlə 1998-ci il tarixli Adana sazişinin təsdiq edilməsi  haqda anlaşma əldə olunmuşdu.

Bu müqavilə 2011-də Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya olunub. Nazirlər Şurası tərəfindən də bəyənilib.

Yəni…

Müqavilə öz qüvvəsini saxlayır…

***

Və budur, Putin  Moskvada prezident Ərdoğanla sammitdən sonrakı çıxışında, bir yandan, Trampın xəritəsinə müqavimət göstərərək diqqəti yönəldir ki, “təhlükəsizlik zonası üçün BMT-nin qərarı yoxdur”, o biri yandan Türkiyəyə “alternativ” göstərir.

1998-ci ildə imzalanmış və 2010-cu ildə təsdiq edilmiş Adana sazişi çərçivəsində Dəməşq administrasiyası ilə dialoqa girin.

Qoy Dəməşq administrasiyası Suriya ərazisindən Türkiyə üçün təhlükə təşkil edən PKK, Xalq Özünümüdafiə Dəstələri (YPG), Suriya Demokratik Qüvvələri (SDQ) kimi təşkilatlarla mübarizə şəraiti yaratsın.

Qoy Türkliyə SQ bu saziş çərçivəsində – təkbaşına, ya da Suriya ilə birgə – Suriya ərazisində özü üçün təhlükə saydığı terrorçu təşkilatları  zərərsizləşdirsin.

Habelə İraqdakı kimi “isti izlərlə təqib” aparmaq olar.

***

Sankt-Peterburq universitetinin hüquq fakültəsinin məzunu Putin burada “beynəlxalq legitimlik” prinsipinə söykənən yol göstərir.

Əslində, deyir: “Türkiyə SQ-nin nəzarəti altında təhlükəsizlik zonası yaratmaq üçün BMT qərarı yoxdur. Amma Türkiyə SQ Dəməşq administrasiyası ilə bağlanmış Adana sazişi çərçivəsində silahlı transsərhəd əməliyyatı keçirmək üçün Suriyanın şimalında yerləşsə, bu iştirakın legitimliyi şübhəyə məruz qalmayacaq. Çünki söhbət beynəlxalq hüquq baxımından Suriya torpaqlarının sahibi olan Dəməşq administrasiyası tərəfdən təqdirin varlığından gedəcək”.

Və xarici işlər naziri Mövlud Çavuşoğlunun ötən gün söylədiyi sözləri qeydə alın: “Biz Dəməşq administasiyası ilə dolayısı ilə əlaqə saxlayırıq”. Həmçinin prezident Ərdoğanın hərbi məktəb tələbələri qarşısında çıxış zamanı verdiyi bəyanatı: “Biz görürük ki, Putinlə danışıqlarımızın gedişində müzakirə etdiyimiz Adana sazişini yenidən gündəmə gətirmək gərəkdir…”

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə