XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 14:25

Erməni ermənidən dad eləyir:“Rusiya Ermənistana qarşı bütün çirkli işləri ermənilərin əliylə görür” – Təhlil

Lragir.am (Ermənistan), 14.02.2019

 

Rusiyanın “Rossiya seqodnaya” teleşirkətinin direktoru Marqarita Simonyan Vladimir Solovyovun tok-şousunda Amerikanın inqilab texnolgiyalarından danışaraq Ermənistandakı aprel inqilabını bu sırada sadalayıb. Hətta Ermənistan və ABŞ-ı Rusiyaya inqilab ixrac etmək niyyətində ittiham edərək qeyd edib ki, İrəvanda indi belə bir iş aparılır.

Rusiyada durum daxili və xarici problemlərin bütün kompleksi üzrə qəlizləşir, paralel olaraq Rusiya təbliğatı şovinizm və əyalətçilik boyasına bürünərək getdikcə qəhvəyiləşir.

Hər şeyin mərkəzində ABŞ-dır, axı Putin özünə başqa rəqib seçə bilməyib, qalanları olduqca kiçikdirlər. Rusiyanın siyasəti indi bu sxem üzrə qurulur və məqsədi korrupsiyalaşmış milyadrelərin hakim rejiminin varlığını uzatmaqdır.

Rusiya bunun xatirinə, məsələn, Türkiyənin arabir dümsük və həqarətlərinə dözməyə hazırdır. Türklər Rusiya hakimiyyətinin məğzini çox gözəl görürlər – antiamerikaçı sayılmaq bəs edər və ruslar hər şeyə – vurulan təyyarəyə, səfirin öldürülməsinə, Suriya torpaqlarının işğalına və s.-ə tab gətirməyə hazırdırlar.

Amma təbliğata qayıdaq. Özəlliklə Ermənistan yönündə gərəkən  hər şeyi edən ermənilər, ya da erməni soyadlı adamlar, Lazaryev klubundan hansısa adamlar buna fəal cəlb olunublar. Belə inandırıcıdır.

Bu, özəlliklə Rusiya-Türkiyə münasibətləri hissəsi üzrə önəmlidir. Məsələ burasındadır ki, Türkiyə istiqaməti Rusiya üçün təkcə xarici siyasətdə deyil, həm də daxili-siyasi məsələlərdə əsasdır. Türkiyə istiqamətinə artıq Rusiyanın parçalanmasından yayınmaq vasitəsi kimi baxılır və istisna deyil ki, Ermənistan öz problemlərilə əngəl sayılır. Və Ermənistanın “Amerika sui-qəsdinin bir hissəsi” kimi təqdim edilməsi bu məntiqə tamamilə sığır.

Ermənistana qarşı yüz il qabaq əsasən erməni bolşeviklərinin ağzıyla həyata keçirilən siyasət və piar, habelə ardınca gələn Rusiya-Türkiyə sazişləri yada düşür. Həm onda, həm də indi ən çirkin iş ələ alınmış erməni soyadlı piarçıların əliylə görülür.

Marqarita Simonyan və onun kimiləri, məsələn, 1921-ci il Rusiya-Türkiyə müqaviləsinə yenidən baxılması və ya Rusiya ermənilərinin siyasi subyektliliyi haqda məsələ qaldıra bilərlərmi?

Tərcümə Strateq.az-ındır.  




Yuxarı Əvvələ Ana Səhifə