XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

16 Fevral 2019 - 11:49

NİKOL PAŞİNYAN ERMƏNİ XALQINA “ATMAĞA” BAŞLAYIB:“İqtisadi inqilabın məsuliyyəti bizim deyil, xalqın üzərindədir” – Təhlil

Harnik Gevorqyan

ru.1-in.am (Ermənistan), 15.02.2019

 

Ermənistan hökuməti özəlliklə vətəndaşlardan nə istəyir? Görünür, bu sualın cavabı hökumətin proqramında əks olunmalıydı. Xeyr. Bu sualların cavabını proqramda tapmaq çətindir. Hökumət başçısı və silahdaşlarının çıxış və müsahibələrindən fərqli olaraq. Nikol Paşinyan artıq üç gündür Milli Məclisdə hökumət proqramının müzakirəsinə qatılır və çıxış və cavablarında hökumət proqramındakından daha çox yanaşma ifadə edir.

Nikol Paşinyan təkcə hökumət proqramının özülünə qoyulmayan, həm də hökumətin keçindiyi və rəhbər tutduğu düşüncəni, məntiqi göstərir. Müxtəlif sahələr və problemlər barədə xeyli əcayib iddialardan savayı, ya da onlara paralel olaraq hökumət proqramının fəlsəfəsinin söykəndiyi dünyagörüş tezisi daha önəmlidir. Nikol Paşinyan son üç gün boyunca bu tezisdən danışır, bu isə sıradakı düşüncəyə gətirir: hökumət iqtisadi inkişafın lideri və icraçısı deyil, iştirakçısıdır, iqtisadi inkişaf səviyyəsi vətəndaşların iqtisadi davranışından asılıdır.

Bu tezis hökumət proqramının, görünür, Nikol Paşinyanın şəxsən formulə etdiyi fəlsəfəsidir. “Mənim addımım”dan deputatlar son iki gündə məhz bu tezisin müxtəlif şərhlərilə məğul olurlar. Onlar Paşinyanın dediklərini sübut etməkdən ötrü o qədər uzağa varıblar ki, bəzən hətta siyasət və politologiyanın qayda və normalarını pozaraq axmaqlığa gedib çıxırlar.

“Mənim addımım” blokunun deputatı, MM-in ərazi idarəçiliyi, yerli özünüidarə, kənd təsərrüfatı və ətraf mühit üzrə daimi komissiyasının sədri Varazdat Karapeytan iqtisadi inkişafdan danışarkən deyib: “Hökumət öz rolunu öz üzərinə götürməyə hazırdır, bir şərtlə – xalq öz rolunu oynasın”.

Sıravi deputat deyil, önəmli komissiyanın başçısı və yeni hökumətin intellektual xadimlərindən biri olan Karapetyan izah edir: “Siyasi inqilabı hökumət həyata keçirməyib və iqtisadi inqilabın fəaliyyətdə olan baş siması hökumət deyil, vətəndaşlar, müəssisələr, zəhmətkeşlərdir. Hökumətin baş vəzifəsi isə insanlara əlverişli mühiti təmin etməkdir ki, adamlar bu inqilabı gerçəkləşdirə bilsinlər”.

O, belə hesab olunmaqla, bilərəkdən, ya deyil, açıq mətnlə deyir ki, hökumət öz öhdəliklərindən və məsuliyyətdən imtina edir. “Hökumət öz rolunu öz üzərinə götürməyə hazırdır, bir şərtlə – xalq öz rolunu oynasın”. Bəs adamlar öz rollarını dərk etmirsə? Bu halda nə olacaq? Hökumət öz rolundan da imtina edir?

Bu ifadə bildirir ki, hökumət 2018-ci il 9 dekabr parlament seçkilərinin nəticələrini tanımır. Çünki seçilmiş hökumət yeni şərtlər təklif edərək vətəndaşla iş görə bilməz. Vətəndaş seçkilər zamanı hakim siyasi gücün müəyyən etdiyi şərtlərlə razılaşaraq bu gücün təqdim etdiyi proqrama səs verib.Və “Vətəndaş müqaviləsi” səsvermə yoluyla, yeri gəlmişkən, formal olaraq hökumət proqramının əsasına qoyulmuş növbəti beş ildə konstitusiya öhdəliklərinin və seçkiqabağı proqramın icrası üzrə vəzifəni öz üzərinə götürüb. Hökumət indi isə öz deputatının ağzıyla 9 dekabr seçkilərində öz üzərinə götürdüyü vəzifələri və konstitusiya öhdəliklərini yerinə yetirməkdən imtina edərək bunları hansısa şərtlərlə şərtləndirir.

Bu, uğursuzluğa və ya hökumət proqramı həyata keçirilmədiyinə görə bu başdan məsuliyyətdən imtina etməkdən savayı bir şey deyil. Axı beş ildən sonra bildirmək çətin olacaq ki, vətəndaş onun təqdim etdiyi şərtləri qəbul etməyib, öz davranışını dəyişməyib, iqtisadi inqilabın iştitrakçısı olmayıb, buna görə də hökumət öz proqramını yerinə yetirməyib. Bu ideyanı həyata keçirmək cəhdi artıq üç gün dalbadal  aparılır. Milli Məclisin tribunasından. Baş nazirin və MM-in dəhlizlərində baş nazirin silahdaşlarının simasında. Başqa sözlə, Nikol Paşinyanın başçılıq etdiyi hakim siyasi güc seçkilərdən, vur-tut, iki ay sonra dekabrın 9-da vətəndaşla bağlanmış müqavilədən imtina edərək, obrazlı deyilsə, Ermənistan vətəndaşlarına “atır”, çünki seçkilər belə sazişin ratifikasıyası aktıdır. Yeri gəlmişkən, bu vətəndaşlar fevralın 12-ədək məğrur vətəndaş idilər, Nikol Paşinyanın məşhur bəyanatından sonra isə həm də yoxsul vətəndaşdırlar. Məşhur atalar sözündə deyildiyi kimi, yoxsul, amma məğrur vətəndaşlar.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə