XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 14:31

SƏUDİYYƏ VƏLİƏHDİ İRANA ŞƏRQ CİNAHINDAN HƏMLƏ EDİR:Orta Şərqdə Türkiyə-Qətər-İran blokuna qarşı Səudiyyə-Pakistan alyansı? – Təhlil  

İqor Subbotin

Nezavisimaya gazeta, 18.02.2019

 

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanın Asiya turnesi mətbuatda birmənalı şərh qazanıb: krallığın siyasətə yeni yön – Qərbdən Şərqə – verdiyindən şübhələniblər. ər-Riyadın və ən yaxın müttəfiqi Vaşinqtonun münasibətlərindəki soyuqlaşma bu düşüncəyə aparır. Amma ekspert mühitində Səudiyyənin xarici təmaslarının şaxələndirilməsini yeni tendensiya saymırlar. Turnenin baş intriqasını isə İrana qarşı mübarizə baxımından önəmli olan Pakistanla münasibətlərin möhkəmləndirilməsini hesab etmək olar.

Pakistan Səudiyyə taxtı vəliəhdinin ilk təyinat məntəqəsi olub. Şahzadə Məhəmməd İslamabadda bir sıra mühüm görüşlər keçirib – o cümlədən  ölkənin baş naziri İmran Xanla. Tərəflər danışıqların yekunları üzrə qarşılıqlı anlaşma barədə – o cümlədən iqtisadi yatırımlar sahəsində – memorandum imzalayıblar. “Al-Jazeera” panərəb telekanalı buna  20 milyard dollar dəyər qoyur – indi özəlliklə ABŞ tərəfdən iqtisadi yardımın dondurulması fonunda çətin dönəmdən keçən İslam Respublikasının iqtisadiyyatı üçün mühüm məbləğdir. Vaşinqton qabaqlar İslamabadı Əfqanıstanda fəaliyyət göstərən “Taliban” hərəkatına təsir etmək istəmədiyinə görə “cəzalandırmaq” qərarına gəlib. Hesab edildiyi kimi, Pakistan hərbi rəhbərliyi məhz onunla sıx təmas saxlayır. Pakistan coğrafi baxımdan da ər-Riyad üçün önəmldir: ölkə İranın cənubi-şərq əyalətlərinə bitişikdir.

Bu qonşuluq İran üçün çox vaxt təhlükəli olur. Pakistanı İran ərazisində hərəkət edən bir sıra sünni silahlı birləşmələrinə yardım etməkdə ittiham edirlər. Bu ittihamlar şahzadə Məhəmmədin İslamabada səfəri fonunda yalnız yeni təkan alıb. Məsələn, İran Baş Qərargahının rəisi Məhəmməd Hüseyn Baqiri İranın Sistan və Bəlucistan əyalətlərinin Xaş-Zahidan yolundakı 13 fevral teraktını Fars körfəzi ölkələrinin siyasətinin nəticəsi adlandırıb. Hərbi başçı “Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin pulu və silahıyla dəstəklənən qruplaşma Pakistan ərazisində yuva qurub və ölkəmizə qarşı terrorçuluq hərəkətləri həyata keçirir. Onlar başa düşməlidirlər ki, cavabında İran onları məhv edəcək” deyərək əlavə edib ki, “düşmənlər İranı şoka məruz qoymaq və asan qələbəyə nail olmağa çalışırlar, amma buna müvəffəq olmayacaqlar”.

Yada salaq ki, “Ceyş əl-Ədl” terror qruplaşması bir həftə qabaq baş vermiş hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Şahzadə Məhəmməd Pakistandan sonra Çin və Hindistana səfər etməlidir. Onun  İndoneziya və Malayziyaya səfərləri bilinməyən səbəblərdən ləğv edilib. Lakin mətbuat Səudiyyə taxtı varisinin Cənubi-Şərqi Asiyaya səfərini krallığın Qərbdə deyil, Şərqdə özünə yeni “dostlar” tapmaq səyi kimi şərh edir. Bir qayda olaraq, qətlə yetirilmiş jurnalist Camal Xaşuqci ətrafında qalmaqaldan sonra bir sıra Qərb ölkələrinin ər-Riyada münasibətdə məsafə saxlamaq qərarı belə səbəblərə özül rolunu oynayır. İstanbulda Səudiyyə konsulluğunun ərazisində baş vermiş cinayətin təşkilində şəxsən şahzadə Məhəmmədi ittiham ediblər: səudiyyəli dissident jurnalist hakim evlə bağlı ləkələyici materialları yetərincə çox dərc etdirmişdi. Türkiyənin əliylə bəzi dəlillər ictimaiyyətə məlum olandan sonra Səudiyyə Ərəbistanını Qərb silahının tədarükündən üzməyi təklif ediblər.

Ekspert mühitində Məhəmmədin səfərini “Xaşuqci işi”nə bağlamırlar. “Kralın özü bir müddət qabaq Hindistan, Pakistan, İndoneziya, Çini əhatə edən uzunmüddətli Asiya turnesi keçirib, – Rusiya DHU Çağdaş Şərq fakültəsinin tarix, politologiya və hüquq kafedrasının professoru Qriqori Kosaç “NG”-yə xatırladıb. – Bu, “Xaşuqci işi”ndən xeyli qabaq olub. Səudiyyənin xarici siyasəti prinsipcə həmişə həm də Şərqə yönəlib. Yaddan çıxarmayacağıq ki, Çin bu gün Səudiyyə karbohidrogenlərinin ən böyük istehlakçısıdır. Rusiya zaman-zaman ora öz tədarüklərini artırır və Səudiyyə Ərəbistanını qabaqlayır, amma əksinə də olur. Unutmayacağıq ki, Səudiyyə Ərəbistanı rəsmən Çinin “Bir qurşaq – bir yol” layihəsinə qoşulub. Unutmayaq ki, Səudiyyə liderləri dəfələrlə Yaponiyaya səfər ediblər və bu ölkəylə münasibətlərin inkişafı məsələsi tamamilə təbiidir. Bu, Hindistana da aiddir. ər-Riyadın bu ölkəylə təmasları qədimdir. Səudiyyə Ərəbistanı Hindistanda özünün “Baxış-2030”-la bağlı faydalı ola biləcək texniki laboratoriyasını görür”.

Lakin ər-Riyadın İslamabadla təmasları tam özgə məzmunda inkişaf edir. “Pakistanla münasibətlər həm Əfqanıstanla, həm də “islam atom bombası” deyilən məsələylə bağlı münasiətlərin yaxşı olmadığı ” Hindistanla bağlı Səudiyyə Ərəbistanı üçün həmişə mühüm olub, – Kosaç bildirib. – Pakistanın strateji durumu da rol oynayır. İndi söhbət ondan gedir ki, krallığa qarşı İran-Qətər və Qətər-Türkiyə blokları yaranması üzündən Pakistan Səudiyyə Ərəbistanı üçün önəmli ölkədir. Pakistan bununla bağlı, məsələn, İrana qarşı əks-tarazlığa çevrilməklə önəmli rol oynaya bilər. Pakistanın indiki lideri seçildikdən sonra bir qədər pauza götürmüşdü və təhlükə var idi ki, onun Səudiyyə Ərəbistanındansa İran və Türkiyə ilə münasibətləri daha möhkəm ola bilər. Söz düşmüşkən, Pakistan silahlı gücləri bir vaxtlar o cümlədən Yəmənlə sərhədi qorumaq üçün Səudiyyə ərazisində olublar”.

Ekspertin yekun vurduğu kimi, bu turne Səudiyyənin xarici siyasət təmaslarının şaxələndirilməsinin ümumi məcrasında gedir.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə