XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 17:28

Suda boğulanların yapışdığı saman çöpü:İRAN ERMƏNİSTANI QAZ TRANZİTİ ÖLKƏSİNƏ ÇEVİRMƏK NİYYƏTİNDƏDİR – Təhlil

Aram Amatuni

ru.1-in.am (Ermənistan), 28.02.2019

 

Prezident Ruhani və baş nazir Paşinyanın fevralın 27-də Tehranda baş tutan görüşündən sonra iki lider mətbuat üçün bəyanat verib, təbii,  Ermənistan-İran münasibətlərinin dostluq xarakteri, bu bağların  önəmi və inkişafı üçün iradənin varlığı ifadə olunub.

Bununla yanaşı, İranda görüşdən sonra misilsiz bəyanat səslənib ki, Ermənistan İran qazına tranzit ölkə olmağa və energetika dəhlizinin formalaşması yönündə işləməyə hazırdır. İran qazı üçün tranzit olmağa hazır olmaq haqda İrəvandan rəsmi səviyyədə belə bir bəyanat hələ səslənməyib. Serj Sərkisyan İrana səfər edərək marağı olan bütün tərəflər razıdırsa, İrəvanın bu addıma razı olduğunu bildirdiyi 2017-ci ildə İrəvan ilk dəfə yüksək səviyyədə bu məsələyə müraciət edib. Nikol Paşinyanın bəyanatında “marağı olan bütün tərəflər”in razılığı haqda sözlər yoxdur. Məsələ burasındadır ki, Sərkisyanın bu “yanlış”ı Rusiyaya bu məsələyə tamamilə anlaşılan səbəblərə görə müzakirəyə qoymaq bəhanəsi verirdi.

Bu, eyni zamanda İran prezidentinin iki bəyanatı fonunda diqqətçəkəndir. O, qeyd edib ki, Ermənistan-İran münasibətlərini üçüncü ölkənin təsirindən qıraqda inkişaf etdirmək gərəkdir. Əlbəttə, şübhəsiz, burada yenə də məlum səbəblərə görə təkcə Rusiyanı deyil, həm də ABŞ-ı nəzərdə tutmaq olar.

İran prezidenti eyni zamanda bildirib ki, Tehran Ermənistana tədarük edilən qazın həcmini artırmağa və Ermənistan vasitəsilə Gürcüstana qaz ixrac etməyə hazırdır. Nikol Paşinyan buna paralel olaraq qaz qiymətlərilə bağlı danışıqlar haqda məsələyə toxunaraq qeyd edib ki, bu halda sövdələşmə cazibədar olacaq.  

Görünür, İrəvan və Tehran bu qayda ilə həm ikitərəfli ticarət, həm də qaz tranziti mövzusu üzrə müzakirələrin yeni mərhələsinə başlayıb  – hər halda daha müstəqil əsasda. O biri yandan, əslində, uzun illər ərzində Ermənistan-İran müasibətlərindəki problem bundan ibarət idi və rəsmi Tehran zaman-zaman məhz buna eyham vururdu. Nikol Paşinyan öz növbəsində Tehran görüşündə bildirib ki, Ermənistandakı dəyişikliklər tamamilə daxili xarakter daşıyıb və hər hansı xarici müdaxiləyə malik olmayıb və bu, baş verənlərin tam dərki üçün önəmlidir. Bu isə bildirir ki, İrəvan bir yandan Tehranı hər hansı xarici “qulağın” yoxluğuna inadırıb, o biri yandan müstəqillik sahəsində qeydə alınan nəticəni işdə göstərməyə məsuliyyət daşıyır. Və bu mənada hər halda bu təzahür səslənən siyasi bəyanatlar səviyyəsində hiss olunan idi.

Bunun davamı necə olacaq  – zaman göstərər, amma həm də yəqindir ki, indiki halda zaman artıq çox sürətli və konkret nəticələrlə ölçülməlidir.

Tərcümə Strateq.az-ındır.