XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2019 - 23:23

ABŞ-ın neft şirkətləri  Xəzəri tərk edir –Azərbaycanla bağlanan müqavilələrdə nə dəyişib? (TƏHLİL)

Fevralın 19-da Petroleum Economist saytında Ceyms Qavinin ABŞ neft şirkətlərinin Xəzərdən çəkilməsi Bakını çətin vəziyyətə salır adlı məqalə dərc olunub.

Strateq.az “Amerikanın Səsi”nə istinadən bildirir ki, məqalədə Chevron və ExxonMobil şirkətlərinin Azərbaycanı tərk etməsindən sonra ölkənin yeni sərmayələr cəlb etmək imkanlarının məhdudlaşacağından bəhs edilir.

Ötən iyul “Şahdəniz-2” yatağından Türkiyəyə kommersiya məqsədli qaz təchizatının başlaması ilə Azərbaycanın hidrokarbon sektorunda nikbinlik yarandı. Lakin 2018-ci il mənfi xəbərlərlə baş çatdı. Belə ki, Chevron və ExxonMobil-in Xəzər Dənizindəki ən böyük Azəri-Çıraq-Günəşli neft yatağından çəkilməyi planlaşdırdığını açıqladı. Bu iki böyük şirkətin ölkədən getməsi Azərbaycan höküməti üçün çətin vaxta təsadüf edib. Bakı neft axtarışı və istehsalına sərməyə axınını qoruyub saxlamalıdır – xüsusilə də Xəzər regionunda siyasi riskin artdığı bir vaxt. Buna səbəb isə ABŞ prezidenti Donald Trampın qonşu İrana qarşı sərt sanksiyaların tətbiq olunmasıdır,” – deyə yazıda deyilir.

Qavin bildirir ki, Chevron Azəri-Çıraq-Günəşlidəki 9.57 faizlik payını və Bakı-Tbilisi-Ceyla boru neft kəmərindəki 8.9 faizlik payını satmaq istəyir. ExxonMobil isə Azəri-Çıraq-Günəşlidəki 6.8 fazilik payını satır. Bu, dövlət neft şirkəti SOCAR-ı Azəri-Çıraq-Günəşli neft yatağına gələcək xarici sərmayelərin davam etməsi üçün BP-dən çox asılı vəziyyətə salır. “Ölkənin maye hasilatının 80 faizi Azəri-Çıraq-Günəşli neft yatağından gəlir.”

Kommersiya prioritetləri

Yazıda deyilənə görə, ölkəni tərk etmək qərarları siyasi riskdən çox kommersiya məqsədəuyğunluğuna əsaslanır. Chevron Petroleum Economist-ə verdiyi açıqlamada Chevronun Azərbaycanın Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceylan layihələrindəki payını satmağı planlaşdırdığını təsdiq edib. Şirkət bildirib ki, bu qərar onların qlobal aktiv portfoliosunu uzun-müddətli prioritetlərinə uyğunlaşdırmaq planının bir hissəsidir.

“ExxonMobil isə yanvarın ortalarınadək ölkədən gedişi ilə bağlı şərh verməli idi. Dekabr ayının əvvəlində Reuters-da dərc olunan məqalədə sənaye mənbəlirə istinadən yazılmışdı ki, şirkət payını sataraq 2 milyard dollar əldə etməyi ümid edir. ExxonMobil bu cür məsələlərdə bağlı nadir hallarda şərh verir”, -deyə məqalədə bildirilir.

Petroleum Economist-in məlumatına görə, BP 30.4 faiz paya sahibdir və SOCAR ilə başqa sazişləri də var. Bu isə o deməkdir ki, Xəzər ərazisi şirkət əməliyyatlarının mühüm hissəsini təşkil edir: “Lakin ABŞ şirkətləri üçün Azərbaycandakı neft yataqlarının perspektivləri zəifləyib, çünki hasilat pik həddini keçib, istehsalın daha da sürətli azalmasının qarşısını almaq üçün isə daha çox kapital tələb olunur. Azəri-Çıraq-Günəşli yatağının təxminən 6 milyard barel ehtiyatı var, onun 3.5 milyardı 1997-ci ildə layihə başlayandan bəri hasil olunub. 2018-ci ilin ilk üç rübübdə orta hasilat gündəlik 588 min barel olub”.

IHS Markit-in enerji sektoru üzrə təhlilçisi Filip Ueber isə Petroleum Economist-ə bildirib ki, pik hasilatın 2010-cü ildə gündəlik 1 milyon barelə çatacağı gözlənilsə də, bu baş vermədi: “Onlar neft hasilatını qorumaq üçün yatağa yeridilən qazı kəskin artırdı ki, bu, xərclərin artmasına səbəb oldu və bunun da hər iki şirkətin hasilatın pay bölgüsü sazişini yeniləyəndən sonra paylarını satmaq kimi qərar verməsinə gətirib çıxarıb”.

Azəri-Çıraq-Günəşli layihəsinin hasilatın bay bölgüsü sazişi 2017-ci ilin sentybar ayında 2049-cu ilədək uzadılıb.

Sərmayə çətinliyi

Qavin yazır ki, ABŞ-ın iki böyük neft şirkətinin payları BP-dən xeyli az olsa da, onların layihələrdən geri çəkilməsi Bakı üçün böyük zərbə olacaq: “”ExxonMobil və Chevron keşmiş Sovet respublikasına 1990-cu illərin əvvəlində müstəqil neft və qaz sənayesi inkişaf etdirməyə böyük yardım göstərib. Həmin vaxt 1994-cü ildə əldə olunan Azəri-Çıraq-Günəşli razılığı “əsrin sazişi” olaraq qiymətləndirilmişdi və Avropaya təchizatçılarını diversifikasiya etməyə yardım edəcəyi gözlənilirdi”.

Onun sözlərinə görə isə indi bu şirkətlər olmadan Azərbaycandakı neft yataqlarına yeni sərmayelər cəlb etmək çətinləşəcək: “Ölkənin uzun-müddətli layihələrlə bağlı böyük planları var və bu planlar yeni sərmayələr tələb edəcək. Lakin bu iki ABŞ şirkətinin qərarı yeni sərmayələri cəlb etməyi çətinləşdirir”, – deyə Avrasiya İnkişafı Ekspert Mərkəzinin konsultantı Stanislav Pritçin bildirib. “Xəzərin dərin hissələrində kəşfiyyat-qazma işləri aparmaq üçün təcrübəsi və ya kapitalı olanlar çox azdır, SOCAR-ın öz təcrübəsi də məhduddur,” – o əlavə edib.

Lakin Qavinin sözlərinə görə, hələ ki, hər şey itirilməyib.

“BP 2018-ci ilin ilk üç rübündə Azəri-Çıraq-Günəşlidəki əməliyyatlara 1 milyard dollardan çox pul xərcləyib.” –deyən BP-nin sözçüsü Petroleum Economist-ə bildirib ki, şirkətin sazişlə bağlı mövqeyində dəyişiklik olmayıb, onlar ölkədə 2040-cı illərin sonunadək fəaliyyət göstərməyi planlaşdırır: “Azərbaycan bizim üçün mühümdür və təkcə Azəri-Çıraq-Günəşli və ya Bakı-Tbilisi-Ceyhan boru kəməri səbəbilə deyil, həm də Şah Dəniz-2 layihəsi və artıq baş çatan Cənub Qaz Dəhliz boru kəmərinə görə,” sözçü deyib.

Məqalədə bildirilir ki, Birləşmiş Krallıqda qərargahlanan şirkətin fəaliyyətini davam etdirməsi Bakıda xoş qarşılanır. Lakin azalan neft ehtiyatlarına digər Qərb şirkətlərini cəlb etmək böyük əmək tələb edəcək.