XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 19:03

Ərəb mətbuatı:Rusiya və ABŞ Suriyanı 3 yerə böləcək

 

suriye-2

 

Bu gün heç kim Rusiyanın Suriyaya hərbi müdaxiləsinin son məqsədini dəqiq şəkildə ifadə edə bilməz. Əvvəlcə belə görünürdü ki, iranlı müttəfiqlər öz ardıcılları ilə məğlubiyyətə uğrayandan sonra Rusiya Bəşər Əsəd rejimini xilas etməyə çalışır. Beləliklə, Rusiya işə qarışdı, çünki aydın oldu ki, ekstraordinar imkanlar haqda Tehranın qaldırdığı bütün hay-küyə baxmayaraq, İran Suriyada müflis elan edilidi.

 

Bununla belə, Moskvanın “Suriya layihəsi”nin öz ölkəsini alt-üst etməkdə günahkar olan Suriya rejiminin xilası ilə məhdudlaşacağı hələlik aydın deyil. Hətta Surya üzrə Rusiyanın vəzifəli şəxslərinin rəsmi bəyanatlarından da hansısa nəticə çıxarmaq mümkün deyil. Və hətta bu mövzunun ciddi araşdırıcısı da Kremlin bölgədəki son hədəfinin hansı olacağı sualına birmənalı cavab vermək iqtidarında deyil.

 

Ola bilsin ki, prezident Vladimir Putinin özü də suriyalı müttəfiqinin xilası üzrə  əməliyyyat başa çatarkən məhz hansı nəticəni görmək istədiyini hələ sonadək aydınlaşdırmayıb. Lakin Rusiyanın Suriyada hərbi müdaxiləsi döyüş əməliyyatı meydanında ölkədə əlamətdar coğrafi və demoqrafik dəyişikliklərə aparan durum yaradır. Bu hadisələrin təhlili Moskvanın son planları üzərindəki sirr pərdəsini qismən qaldıra bilər. Həmçinin nəzərə almaq lazımdır ki, Rusiya hava zərbələrini Suriya müxalifətinin yerləşdiyi ərazilərə endirir. Rusiya aviasiyası İŞİD nəzarətindəki bəzi ərazilərin açıq bombardmanı ilə müqayisədə bu obyektləri daha çox bombalayır.

 

Həmçinin qeyd etmək lazımdır ki, son üç ay müddətində münaqişə meydanında ən önəmli dəyişiklik Əsəd qüvvələrinə və müttəfiqlərinə xüsusən də İdlib, Hələb və Dərya rayonlarında xeyli irəliləmək imkanı verən bombardman basqısı altında müxalifətin mötədil güclərinin tənəzzülü oldu. Növbəti iki-üç ay müddətində vəziyyət bu cür saxlansa, müxalifətin mötədil qüvvələrinin daha çox tənəzzülünə və zorakılıq okeanında sülh təşəbbüslərinin boğulduğu dövrdən bəri görünməmiş zəifləməyə səbəb olacaq. Nəticədə o, gah döyüşə girişən, gah geri çəkilən, lakin mübarizənin nəticəsini müəyyən etməyən güc kimi hətta bir neçə rayonda önəmsiz şəkildə, İdlib bölgəsində isə daha çox iştirakı davam etdirsə də, Suriya münaqişəsi koordinatlarından tamamilə çıxa bilər. Durumu ağırlaşdıracaq məsələ müxalifətin mötədil qüvvələrinin effektivsizliyi sayəsində ölkənin şərqində İŞD-in sıralarına keçmək istəyənlərin sayının atmasıdır.

 

Nəticə çıxarmaq olar ki, Əsəd rejiminin qüvvələri, iranlı döyüşçülər və Rusiya təyyarələri İŞİD qruplaşmsının 2013-cü ildə başladğı prosesi bu gün başa çatdırır. İŞİD o zaman həmin mötədil müxalifətin sayəsində Azad Suriya ordusunun və digər müxalif qrupların nəzarətindəki Rakka əyalətini tutub öz nüfuzunu sürətlə yaya bildi. Həmçinin müxalifət Dəyr-əz-Zor əyalətindəki strateji ərazilərindən məhrum oldu, bölgənin özü isə Əsəd rejimi qüvvələrinin nəzarətində qaldı.

 

Əlbəttə, bu o demək deyil ki, rejimlə İŞİD arasında hansısa birbaşa əlbirlik var, lakin hər birinin marağı çərçivəsində öz aralarındakı düşmənlik yox, Suriya müxalifətinin darmadağın edilməsi prioritetdir. Yuxarıda təsvir edilmiş ssenari həyata keçsə və Suriya müxalifəti münaqişə koordinatı sistemindən çıxsa, ölkə ərazisinin 60%-i Ruisyanın nəzarəti və İranın köməyi ilə Əsəd rejiminə tabe olacaq – əlbəttə, Tehran Moskvanın müdaxiləsi nəticəsində meydana çıxan qüvvə və nüfuz nisbəti ilə barışsa.

 

İŞİD-ə gəlincə, o, Suriyanın şərqində və şimali-şərqində hazırda onun nəzarətində olan ərazilərin yarıdan çoxuna nəzarət edəcək.  Çox güman ki, ABŞ “Suriya demokratik şurası” deyilən qurum çərçivəsində çırtdan birləşmələrlə əməkdaşlıqda özünüidarə formasına malik ərazilərə nəzarət edən “Demokratik birlik” kürd partiyasına dəstəyi davam etdirəcək. Həm də bu məsələ üzrə ABŞ-la Rusiya arasında yeni münaqişənin meydana çıxacağını gözləməyinə dəyməz. Türkiyənin sərhədyanı Əazaz rayonunda kürd qüvvələrinin irəliləməsini dayandırmaq cəhdlərinə qarşı olaraq iki tərəfin mövqeyinin yaxınlaşması bundan xəbər verir.

 

Belə ki, deyəsən, Suriya torpaqlarının çoxunun üç bölgəyə bölünməsi baş verəcək və ən böyüyü Əsəd rejimi, İran və Rusiyanın, digər ikisi İŞİD və kürdlərin nəzarətində olacaq.

 

Müxalifətin xırda “ciblər”inə gəlincə,  onlar önəmsiz miqyasda qalacaq. Bundan başqa, Suriya ərazisinin bir hissəsi “Əl-Qaidə”ya bağlı “Cəbhət ən-Nusra” təşkilatı tərəfindən idarə olunacaq.

 

Vahid Əbdülməcid

"Əl-İttihad" (BƏƏ)

Tərcümə Strateq.az-ındır