XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2019 - 16:23

Yeni Zelandiya terrorçusunun əsas hədəfi Türkiyə olub? –"BU DÖVLƏTİ AŞKARCA TƏHLÜKƏ ALTINA İTƏLƏYİRLƏR” – Təhlil   

Stanislav Tarasov

regnum.ru, 16.03.2019

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da başqa ölkələrin liderləri kimi “Yeni Zelandiyada cümə namazı vaxtı silahsız müsəlmanlara hücum edən terrorçuların hərəkətini alçaqlıq və əxlaqsızlıq” adlandırıb. O bildirib ki, baş verənlər “islama qarşı açıq düşmənliyin təzahürüdür və qabaqcadan planlaşdırılıb”, “Qərb cəmiyyəti ölkəmizi, xalqı və şəxsən məni hədəfə götürən qatilin qulluq etdiyi ideologiyanın təsirinə getdikcə daha çox düşür”.

Doğrudan da, Yeni Zelandiya faciəsində Türkiyə mövzusu aydın izlənir. Ərdoğan baş nazirin birinci müavini və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu Yeni Zelandiyaya göndərməyi təsadüfən qət etməyib. Hücum edənlərdən biri – Avstraliyadan 28 yaşlı ifratsağçı millətçi Brenton Tarrant qətllərin şəbəkədə 17 dəqiqəlik birbaşa yayımını aparıb. Videoda silah və döyüş sursatlarının üzərində müxtəlif dillərdə gerçək adamların adını və Türkiyə ilə bağlı tarixi hadisələrin vaxtını göstərən yazılar görünür – bu, Miloş Obiliç, Sigizmund Lüksemburqlu, Kazimir Pototski və başqalarıdr. Ekspertlətin çoxu hesab edir – çox güman ki, terrorçular “dini zəmində sivil terakt” təşkil etməyi qərara alıblar. Bundan savayı, terakt icraçısı bu ərəfədə çoxsəhifəlik manifestdə İslam dünyasının və “bizim bəşəriyyətin ən qədim düşməni və Avropadakı islamçı qrupun lideri” kimi səciyyələndirdiyi şəxsən Ərdoğanın ünvanına hədələrlə çıxış edib. Və təkcə bu deyil.

Hər şeyə əsasən, Türkiyə prezidentini bu sənədin bəzi fraqmentlərilə tanış etməyə macal tapıblar, Türkiyənin “Yenicag” nəşrinin sitat gətirdiyi kimi, o bundan sonra bildirib ki, “mənim ökəmi Anadolu və Qərbə bölmək istəyən terrorçu və qatil var” və “bunun qabağı təcili alınmasa, yeni belə faciələrin şahidi ola bilərik”. Amma, çətin ki, terrorçunu ideoloq saymaq olar, bir də Türkiyə Yeni Zelandiyadan uzaqdır. Bunu hələ, məsələn, 2013-cü ilin martında Ankarada terakt həyata keçirilərkən, Türkiyə xüsusi xidmətləri isə Ərdoğana sui-qəsdin qabağını almağa nail olarkən hansısa versiyalara uyğunlaşdırmaq və hadisələri, düzdür, o zaman ictimai şəkildə eyniləşdirilməyən müəyyən xarici güclərə bağlamaq olardı. Bununla belə, Türkiyənin bir çox ekspertləri Ankaranı qoyulmuş məqsədlərə çatmaq texnologiyaları baxımından düşünülmüş və hesablanmış bölgəsəl siyasətin yoxluğunda ittiham ediblər. Diplomatiyanın sadə kombinasiyaların həyata keçirilməsində nisbətən effektli iş sərgilədiyi, amma uzaq məsafələrdə iflasa uğramaqda.

Amerikanın “The National Interest” nəşrinin yazdığı kimi, “Тürkiyə milli tarixin Ərdoğanın kamalçılara və millətçilərə açıq meydan oxuyaraq öz ölkəsini qarışıqlıq dövrünə keçirməklə qərbləşdirilmiş cəmiyyətin reanimasiya edilmiş “yeni” adlanan islamla hibridini yaratmaqla aradan qaldırmaq niyyətində olduğu barrikadaları ilə toqquşmağa başlayıb”.

Türkiyənin “dünyəvi Qərb” və “islamçı Şərq”ə parçalanması ssenarisinin Qərb nəşrlərində açıq müzakirə edildiyi xeyli məqalə məhz bu dövrdə meydana çıxmağa başlayıb. İddia olunurdu ki, Türkiyənin “ərəb baharı” hadisələrinə çəkilməsi və Suriya böhranı “ABŞ və AB ilə münasibətlərinin korlanmasıyla müşayiət olunacağı” Yaxın Şərqin qarşıdakı bölünməsinin yalnız ilkin formasıdır. Bu, bir tərəfdən. O biri tərəfdən, onun mühafizəkar-islamçı hərəkatının daxilində mübarizənin kəskinləşməsilə. Qarşıdurma baş-başa çatılanda isə ABŞ-ın dəstəklədiyi kürd layihəsi irəli sürüləcək. Budur, Avstriya eksperti Marko Mayer bununla bağlı yazıb: “Kürd konfederasiyası ssenarinin tamamilə mümkün inkişafı kimi görünür, kürdlərin dağlınıq məksunlaşması nəzərə alınmaqla isə onlar Türkiyənin cənubi-şərqinin böyük hissəsini götürməyə hazırlaşırlar – hətta bu, qanlı savaşı bildirməli olsa da. Konkret iki ölkənin formalaşması baş verəcək. NATO-nun bazası kimi rolunu davam etdirəcək və hətta Avropa Birliyinə qoşulma şansı əldə edə biləcək Qərbyönlü Türkiyə meydana çıxacaq. Ölkənin şərqində, ehtimal ki, Fars körfəzinin ərəb ölkələrilə yaxınlaşama kursu götürən sultanlıq kimi islamçı-mühafizəkar Şərqi Türkiyə formalaşacaq… Şübhəsiz, belə ssenari geopolitik baxımdan mənaya malikdir, özəlliklə də, sadəcə, bulmacanın mövcud qırınıtlarını bir yerə yığmaq gərəkdir, çatmayan hissələr isə sonradan ortalığa çıxacaq. Yaxın Şərqin xəritəsi 10-20 ildən sonra tam başqa cür görünəcək və çox ehtimal ki, bu dəyişikliklər Suriya, İraq və Türkiyəyə güclü toxunacaq”.

Qeyd edək ki, Qərbdə son illər boyunca xeyli bu tip mülahizələr meydana çıxıb və özəl incələməyə ehtiyacı var. Sözümüz bundadır ki, yenizelandiyalı terrorçunun Türkiyənin “Qərb və Anadolu”ya bölmək təhdidi eksklüziv deyil. Bu, Qərbin informasiya məkanında çoxdan mövcud olanları yalnız təkrarlayır. Lakin, bax, bu maraqlıdır. Ərdoğan dəfələrlə bildirib ki, “hədəfi ölkəmizi bölməkdən ibarət olan yeni və daha əzəmətli ssenariylə üzləşirik”. Amma bunu ölkə vətəndaşlarını öz ətrafında birləşdirmək məqsədilə xarici düşmən obrazı yaratmaqla daxili istifadə üçün edirdi. Amma o, çağdaş Türkiyənin sərhədlərini müəyyən edən 1923-cü il Lozanna barış müqaviləsini gəyişmək və ya ləğv etməyin gərəkdiyindən, “məscid və müqəddəs ocaqların” onun hüdudlarından qıraqda qaldığından danışanda bu, Qərbdə “Türkiyə xilafəti”nin reanimasiyası və Türkiyənin təkcə yaxın Şərqdə deyil, həm də Avropada rolunu dəyişmək cəhdi kimi qəbul edilir.

Və Ərdoğanı “Avropadakı islamçı qrupun lideri” sayan Yeni Zelandiya terrorçusu bunda orijinal deyil. Təhlükə bundadır ki, terrorçu Türkiyənin problemlərini qalan islam dünyasına translyasiya etməyə çalışaraq faktiki olaraq onu həm Avropaya, həm də bütün Yaxın Şərqə qarşı qoyur. Bu, bir. İkincisi, müəyyən güclər Yeni Zelandiyanı terakt məkanı seçməklə sonradan “Türkiyə amili”ni qoşaraq potensialca yeni geopolitik çağırışlar meydana çıxarmaq ehtimalıyla Cənubi-Şərqi Asiyada təzə  siyasi burulğanlıq yaradırlar. Buna görə də indi durumu Qərbdə islam xofunu dəbə mindirməyə son qoymağa çağıran Ankara kimi dəyərləndirmək ölüyə istilik vermək kimidir. London universitetinin müəllimi Məhəmmədşərif Fərcani hesab edir ki, indiki halda Türkiyəni açıq şəkildə “təhlükə altında qoyurlar”, çünki o, son illərdə “bütün islam dünyasının adından çıxış etməyə çalışır, qabaqlar isə milli “yumşaq islam”dan radikal islamçı qruplaşmalarla alyansa və əksinə meyllənirdi”.

Qərb şüurunda hər şey bir yumağa sığışır: ədəbli müsəlmanlar və radikal islamçılar. Fərcaninin sözlərinə görə, problem bundadır ki, “kimsə 1980-ci illərdə bütün müsəlmanlara qarşı yönələn irqçiliyə bəraət üçün arqument kimi terorçu hərəkatların aksiyalarından istifadə edilən Fransa, Avropa, Şimali Amerika və başqa bölgələrdə müxtəlif səbəblərdən meydana çıxan iyrənc islam xofunu indi türklərə çevirmək istəyir”.

Daha doğrusu, onların “antiimperialsit” mübarizənin bütün əlamətlərini birləşdirən “siyasi islamı”nı islam xofunun və özündə islamın, heç olmasa, hər hansı izini daşıyan hər şeyə nifrətin qızışdırıldığı zonaya itələyirlər. Nədənsə başqa, özəlliklə də islamçı ərəb ölkələri Qərbin ən yaxşı tərəfdaşları kimi qalır və belə hücumlara düçar olmur. Belə ki, Ankaranın özü üçün çox şeyi aydınlaşdırmaq, “Yeni Zelandiya hadisəsi”nin cücərməyə başlamaması və tamamilə nəzarətedilməz şəkildə böyüməməsi üçün üzərində ciddi düşünəcəyi nəyisə var.

Tərcümə Strateq.az-ındır.  




Yuxarı Əvvələ Ana Səhifə