XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

27 Fevral 2016 - 23:44

İsrail mətbuatı Hələbdə “kiçik dünya müharibəsi”nin getdiyini yazdı:"Rusiya BMT Təhlükəszlik Şurasını məhv edir"

suriye-22

 

Yeni Rusiya-Amerika əməkdaşlığı nikbinlik təlqin etmir. 

 

Rusiya baş nazirinin açıqlaması sərgiləyir ki, dövlətlərarası əməkdaşlıq və ümumən diplomatik səylər müharibələrin dayandırılması – xüsusən də Suriyada – çətin ki ciddi üsul kimi qalsın.

 

Suriyanın böyüklüyünə görə ikinci şəhərində qanlı döyüşlər aparan tərəflər arasında vasitəçiliyə dəxli olan ekspertlərdən biri bu günlərdə bildirib:

 

“Hələb rayonundakı döyüşlərə qoşunları ilə qatılan ölkələrin sayı nəzərə alınsa, demək olar ki, söhbət kiçik miqyasda dünya müharibəsindən gedir”.

 

"The Washington" qəzetinə müsahibəsində səsləndirilmiş bu dəyərləndirmə eyni zamanda həm dəhşətli, həm də dəqiqdir və Bəşər Əsəd rejiminə qarşı qiyamın başlanğıcından bəri, beş ili düzgün yekunlaşdırır. Sürətlə  qırğına çevrilmiş, ağır iztirablar və aclıq gətirən, həmçinin milyonlarla adamı öz evindən qaçmağa məcbur etmiş qiyamın başlanmasının atıncı ili martda yetişəcək.

 

Siyasi məsləhətçi Salman Şeyx "The Washington Post"a deyib ki, Suriyada qüvvələrin mürəkkəb balansı uğrunda döyüş gedir və bu mübarizə olduqca təhlükəli ola bilər. Döyüş əməliyyatlarında Rusiya təyyarələri, İran və Livandan şiə yığmaları, Amerika dəstəyinə güvənən üsyançılar, türk ordusunun bölmələri, Səudiyyə Ərəbistanı və Qətərdən  əsgərlər, həmçinin kürd döyüşçüləri iştirak edir.

 

Nyu-Yorkdakı diplomatik qaynaqların sözlərinə görə, Hələbdəki durumu fəlakətli adlandırmaq azdır. Onların məlumatlarına görə, şəhər tamamilə dağılıb və hər rayonu öz aralaırnda vuruşan müxtəlif qruplaşmalar əldə saxlayır. Üsyançıların nəzarətində olan hissədə, təxminən, 300 min nəfər yaşayır. İkiqat artıq adam şəhərin qərb rayonlarında hökumət qoşunlarının nəzarətində yaşayır. Bütün rayonlar müntəzəm şəkildə atəşə tutulur, şəhərdə isə su çatmır.

 

Diplomatik mənbə Hələbdə çəkilmiş videoya baxdıqdan sonra deyib:

 

“Nasist Almaniyasının şəhərlərini müttəfiqlərin bombardman etməyindən bəri Hələb kimi böyük şəhərlərin bu cür irimiqyaslı darmadağını olmayıb”.

 

Sual yaranır ki, niyə məhz Hələb Suriyada amansız toqquşma səhnəsinə dönüb. Qərb qaynaqlarının fikrincə, səbəb bundadır ki, Əsəd bütün ölkə üzərində hakimiyyəti bərpa etməyin mümkünsüzlüyü ilə barışıb. Buna görə də rusiyalı və iranlı müttəfiqlərinin məsləhət və dəstəyindən yararlanıb diqqətini böyük şəhərlərin – Dəməşq, Hələb və Homsun ələ keçirilməsi və əldə saxlanmasına cəmləyib.

 

BMT baş katibi Pan Gi Mun təşkilatın nizamnamə islahatını müzakirə edərkən 2015-ci ili tarixdə ən ağır, coşqun və sərt illərdən biri adlandırıb. Fikrinin sübutu kimi, Suriya və Yəməndə vətəndaş müharibələrini misal gətirib.

 

Diplomatlardan biri bufetdə söhbət vaxtı soruşub:

 

“BMT baş katibinin Suriya haqda deyə biləcəyi elə budur?”

 

Nüfuzlu struktur olaraq BMT Təhlükəsizlik Şurasının statusu son illərdə güclü şəkildə zəifləyib.

 

Vahid struktur kimi qərarların icrası üçün güc tətbiq etməyə səlahiyyətli BMT TŞ-nın nüfuzu KXDR, İran, Sudan və Nigeriya kimi ölkələr tərəfindən aşkar etinasızlıq sayəsində sarsılıb. Krım yarımadasının ilhaqının beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğu haqda qətnaməyə BMT TŞ-nın daimi üzvü Rusiyanın nəzakətsiz saymazlığı bu institutun iflasını yalnız daha da sürətləndirdi.

 

ABŞ və Rusiya arasında “əməkdaşlığa” ümid bəsləməyinə dəyməz. Rusiya-Amerka münasibətlərinin soyuq savaş dönəmindəki səviyyədə olması haqda Rusiya baş naziri Dmitri Medvedyevin bəyanatı və barışın silah tətbiqinə qadağa demək olmadığı haqda Əsədin açıqlaması dövlətlərin əməkdaşlığına və yaxud müharibənin dayandırılması aləti kimi diplomatiyaya güvənmək yeri qoymur və artıq Suriyada lap dəqiq şəkildə.

 

Şlomo Şamir

Maariv (İsrail), 26.02.2016