XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

02 Mart 2016 - 11:06

İndi də Suriyanın dörd hissəyə bölünəcəyi yazıldı –Təhlil

suriye-4

 

Türkiyənin “Yeni şəfəq” mühafizəkar nəşrinin məlumat verdiyi kimi, Suriya dörd hissəyə bölünə bilər. KİV-in məlumatına görə, Suriyada hökumət qüvvələri ilə müxaliflər arasında əldə olunmuş atəşkəs rejimi nəticə verməsə, Amerikanın “B planı” məhz bu cür ssenarini nəzərdə tutur.

 

Bəşər Əsəd ordusunun idarə etdiyi birinci bölgə Dəməşqin güneyini, Homs və Tartusu əhatə edir və Türkiyə sərhədinədək uzanır.

 

İkinci bölgə Hələbdən şərqə kürdlərin nəzarət etdiyi ərazidir.

 

Üçüncü bölgə müxalifətin idarə etdiyi və mərkəzi İdlib olan ərazidir.

 

Planın dördüncü şərti hissəsi – İŞİD-in nəzarətində olan ərazilər, həmçinin Rakka və Palmiradır.

 

Qəzet güman edir ki, “Bu ərazilər İŞİD məhv edildikdən sonra terrorçu qruplaşmaya qarşı əməliyyat aparan beynəlxalq koalisiyanın nəzarətinə keçəcək”.

 

Nəşr qeyd edir ki, 2012-ci ildə Liviyada Amerika səfiri Kristofer Stivenson qətlə yetirildikdən sonra Ağ Ev Suriya siyasətini dəyişdi. Vaşinqton qorxur ki, ölkədə Bəşər Əsəddən sonra Amerika-İsrail əleyhdarları hakimiyyətə gələcək.

 

Xatırladaq ki, Suriya üzrə barışıq imzalanandan dərhal sonra ABŞ fevralın 27-də qüvəyə minmiş atəşkəs rejiminin qüvvəyə minməsi haqda sazişin iflasa uğrayacağı halda ehtiyat "B planı"nı müzakirə etdiyini bildirdi.

 

Nəşrin məlumatına görə, Amrikanın güc təmsilçiləri, xüsusən Müdafiə naziri Eşton Karter, Qərargah rəisləri Komitəsinin sədri Cozef Danford, MKİ-nin direktoru Con Brennan alternativ ssenariyə meyl edirlər. Onlar prezident Barak Obamanı Rusiyaya basqını gücləndirməyə çağırır və  Suriya rejimi ilə vuruşan üsyançılara gizli dəstəyi genişləndirməyi zəruri sayırlar.

 

Ən yeni dövlətlər beynəlxalq İnstitutu “Yaxın Şərq – Qafqaz” Araşdırma mərkəzinin direktoru Stanislav Tarasov hesab edir ki, gələcəkdə Suriyanın bölünməsi haqda bu cür informasiyaların mətbuata atılması təsadüfi deyil: 

– Son hadisələrin fonunda aydın görünür ki, Türkiyənin Suriyaya münasibətdə gerçək siyasəti məhz bu ölkənin parçalanmasına yönəlib. Həm də ərəb dövlətlərinin hər yerdə fraqmentasiyasının getdiyi bir vaxtda bu, “ərəb baharı”nın ümumi sisteminə sığışdırılır. Detallara diqqət yetirək.

 

Suriya kürdləri Cenevrədə danışıq prosesinə qatılmaq imkanı əldə etdikdən və türklər isə türkmənləri ora gətirə bilmədikdən sonra aydın oldu ki, siyasi-diplomatik nizamlamanın iştirakçılarından bir hissəsi Suriyanın dağılması ssenarisini hərəkətləndirirlər. Bəli, sanki ABŞ-la Rusiya arasında nizamlama üzrə saziş var, onun detalları məlumdur, hər iki tərəf ölkənin ərazi bütövlüyünün saxlanması prinsipini rəsmən dəstəkləyir. Lakin burada xeyli “əmmalar” var.

 

Birinci növbədə, Suriya kürdləri problemi var. Bəşər Əsəd hakimiyyətdə duruş gətirsə, yeni konstitusiya qəbul etməli, seçkilər keçirməli və çox ehtimal ki, ölkənin yeni inzibati quruluşuna getməlidir. Həm ABŞ, həm də biz tərəfdən dəstəklənən və İŞİD-lə fəal şəkildə döyüşən Suriya kürdləri burada, necə deyərlər, günəş altında yerə iddia edəcəklər. Əvvəlki status onları qane etmir və hər şey buna dəlalət edir ki, Suriya müxtariyyəti rəsmən qanuniləşəcək.

 

Əslini desək, bu, məhz türklərin ayaqlamaqdan qorxduqları döyənəkdir. Sülh prosesi Suriya kürdlərinin statusunu müəyyən edən kimi, eyni zamanda Suriya və İraq muxtariyyətləri meydana çıxacaq və Türkiyə kürdləri coğrafiyaca məngənədə qalacaqlar. Bu da öz növbəsində təkcə PKK-nın Ankara ilə hərbi mübarizəsinə deyil, həm də Türkiyə kürdlərinin yeni siyasi statusuna cəhd edən və paralel kursla gedən siyasi partiyalara stimul verir. Çox güman ki, hadisələrin bu cür gedişatında Türkiyədə də kürd muxtariyyəti meydana çıxacaq. Və kürdlərin içindəki bütün ziddiyyətlərə baxmayaraq, vahid dövlətə doğru gediş təbii addımdır. (Üstəgəl, bilirik ki, İranda kürdlərin problemi var). Ərdoğan hadisələrin bu cür inkişafına yol verə bilməz. Və bu gün Suriyanın bölünməsi haqda Türkiyə tərəfdən atılan məlumatlar ictimai rəyin yoxlanmasıdır. Lakin hər şey bu cür sadə deyil.

 

Qərb tərəfdən də bu cür yoxlanma aparılır, çünki Suriya bölünəcəyi halda Türkiyə də parçalana bilər. Axı orada kürdlərdən başqa ələvilər problemi də var. Yada salım ki, Mustafa Kamal Atatük vaxtilə Osmanlı imperiyasından imtina edərək Türkiyənin adını Anadolu qoymaq niyyətində idi. Və hazırda kifsəmiş bütün köhnə proseslər yenidən canlanırsa, kim zəmanət verə bilər ki, gözdən düşməyə başlayan “türk” sözündən yayınmaq üçün Anadolu Respublikası meydana çıxmayacaq? Siyasətçilər bu haqda danışmasalar da, ekspertlər cəmiyyəti səviyyəsində bu cür diskussiyalar, həqiqətən, aparılır.

 

Mən vaxtında şahid idim ki, şərqşünasların əksəriyyəti polkovnik Ralf Petersin 90-cı illərdə dərc edilmiş Böyük Yaxın Şərq planına necə şübhə ilə yanaşırdı – guya, Amerkanın qəragah rəisləri daha nələr uydurmurlar… Lakin bütün bunlar gerçəkliyə çevrilir.

 

– Sözügedən nəşrdə ölkənin dörd hissəyə bölünməsindən söhbət gedir. Həm də bunun ikisi hazırda İŞİD-in, “ən-Nusra”nın və digər qruplaşmaların nəzarəti altındadır. Onların bu əraziləri tərk edəcəyi nə qədər ağlabatandır?

 

– Bir tərəfdən İŞİD və “ən-Nusra” ümumi düşmən elan edilib – o cümlədən 65 ölkənin daxil olduğu Amerika koalisiyası üçün. Səudlar da sözdə terrorizmlə mübarizədən, “xilafət”in paytaxtı Rakkanın mümkün bombardmanından danışırlar. Lakin! Yaxın Şərq mətbuatı üzrə fikir yürüdülsə, orada ciddi şəkildə danışılır ki, İŞİD dövlət nişanələrinə malikdir və ümumiyyətlə, “xilafət”i məhv etmək səhv olardı. Ərəb KİV-nin yazdığı kimi, sadəcə, İŞİD-dən radikal ünsürləri rədd etmək və əməkdaşlıq edilə biləcək mötədil, dünyəvi qüvvələri saxlamaq lazımdır. Eyni zamanda türklər və amerikalılar artıq İraq və Suriyada İŞİD-in nəzarət etdiyi ərazilərdə sünni dövlətinin yaradılması haqda layihə irəli sürüblər.

 

Yaxın Şərq və Mərkəz Asiya ölkələrinin araşdırılması mərkəzinin direktoru Semyon Baqdasarov da hesab edir ki, Suriya Kürdüstanı muxtariyyəti praktik olaraq artıq həll edilmiş məsələdir:

 

"Suriyanın müharibəyəqədərki görünüşdə saxlana bilməyəcəyinə heç bir şübhə yoxdur. Lakin onun hansı hissələrə bölünə biləcəyini – idarə ediləcəkmi, kommunikasiyalar olacaqmı – demək çətindir".

 

Disckussio.ru (Rusiya), 01.03.2016  




Yuxarı Əvvələ Ana Səhifə