XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2016 - 06:38

[color=red]Yaxın gələcəkdə rusyalıların yarısını yoxsulluq gözləyir[/color] – Təhlil

Bir sıra aparıcı analitik mərkəzlərin ekspertləri Rusiya əhalisinin yarısının yaxın gələcəkdə yoxsula çevrilməsi riski haqda xəbərdarlıq edirlər. Ötən il Rusiya yeni minillikdə ən güclü şəkildə gəlir, əməkhaqqı və təqaüdlərin azalması və işsizliyin artmasını yaşadı. Proqnozlar da ümidverici deyil: RF hökuməti nəzdindəki Analitik mərkəzin (AM), Rusiya xalq təsərrüfatı və dövlət xidməti Akademiyasının (RXT və DXA), Makroiqtisadi analiz və qısamüddətli proqnozlaşdırma Mərkəzinin və Ümumdünya bankının mütəxəssisləri rusiyalıların həyat tərzi və yaşayış keyfiyyətinin kütləvi şəkildə aşağı düşməsini gözləyirlər.

AM və RXT və DXA-nın analitikləri qeyd edirlər ki, Rusiya sakinlərinin 30%-dən 50%-ə qədəri yaxın gələcəkdə yoxsulların sıralarında görünmək riski qarşısındadır və onlar bunu hələ bilmirlərsə, 2016-cı ildə dəqiq şəkildə biləcəklər.

Lakin deyəsən, hər halda bilirlər – həm də təcrübədən. Maliyyə tədqiqatları Milli agentliyinin 2015-ci il dekabrın axırlarında elan edilmiş (MTMA) araşdırmaları çərçivəsində rusiyalıların 85%-i əlverişsiz iqtisadi durumun onların rihafına təsirini qeyd edib. Məsələn, sorğulananların 48%-i danışıb ki, inflyasiya ailə büdcəsinə ziyan vurub, lakin qidalanmada əks olunmayıb. 37% bildirib ki, qiymət artımı onları hətta ərzaq xərclərini də azaltmağa məcbur edib.

İctimai rəy Fondunun dekabrın 31-də dərc edilmiş sorğu məlumatlarına görə, rusiyalıların 34%-i 2016-cı ildə maddi vəziyyətlərinin pisləşəcəyini gözləyir, 31% isə hesab edir ki, durum sadəcə yaxşıya doğru dəyişilməyəcək.    

Təşfiş üçün Rusiya sakinlərinin bütün səbəbləri var. Federal dövlət statistika xidmətinin (Росстат) məlumat verdiyi kimi, real əməkhaqqı, yəni rusiyalı orta işçinin aldığı pulun alıcılıq qabiliyyəti  2015-ci ilin oktyabrında illik hesablamada 10,9% aşağı düşüb.

"Bloomberg" və Yeqor Qaydar adına iqtisadi siyasət İnstitutunun dəyərləndirməsinə görə, oktyabrda real əməkhaqqının azalması 1999-cu ildən, yəni Vladimir Putinin RF-nın prezidenti olduğu bütün müddətdə ən güclü azalma oldu. Noyabrda isə rusiyalıların gəlirləri oktyabrla müqayisədə daha 1,9% azaldı. Hətta vəzifə borcuna görə nikbin Kreml məmurları da maaşların, heç olmasa, böhranlı 2014-cü ildəki səviyyəyədək bərpasını 2018-ci ildən əvvəl gözləmirlər.

"Росстат"-ın məlumatına görə, 2013-cü ildə 12,5 milyon nəfərin gəliri yaşayış minimumundan aşağı olub. Rusiya statistikasına görə, 2015-ci ilin sonunda 22 milyon nədər yoxsullar sırasına aid edildi. Bu haqda RF baş nazirinin sosial siyasət üzrə müavini Olqa Qolodets “Россия 24” telekanalına müsahibəsində məlumat verib, yəni yoxsulluğun son iki ildə, demək olar, ikiqat artdığı göz qabağındadır.  

Bundan başqa, həmin Росстат-ın məlumatlarından çıxış edilsə, rusyalıların haradasa daha 25%-i yaşayış minimumundan cüzi şəkildə artıq qazanır. Bu adamlar hətta qiymətlərin azacıq artımı və yaxud gəlirlərin azalması zamanı yoxsulluq səviyyəsindən də aşağı yuvarlana bilərlər.

Bu arada Rusiya sakinlərinin əksəriyyətinin çətin dövrlərdən keçmək üçün yetərincə yığımı yoxdur. MTMA-nın məlumatına görə, yığımın həcmi rusiyalıların əksəriyyətinə (60%) üç aydan artıq ayaqüstə qalmağa imkan verməz. Eyni zamanda 26% etiraf edib ki, ayın başa çatmasına bir həftə qalmış bütün pulu xərcləyir, 16 % isə deyib ki, vəsait bir həftədən artıq görmür.

ÜDM və yatırımların azalması, həmçinin inflyasiya və işsizliyin çoxalması daxil olmaqla iqtisadi göstəricilərin davamlı pisləşməsi nəzərə alınsa, daxil olan il rusiyalıların 2015-ci ildə Putinin başlıca nailiyyəti – Rusiyanın iqtisadi inkişafı, gəlirlərin və əhalinin həyat səviyyəsinin yüksəlməsi – hesab etdiyi göstəriciləri heçə endirə bilər.

EurasiaNet (ABŞ), 06.01.2016




Yuxarı Əvvələ Ana Səhifə