XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

05 May 2015 - 12:44

Donbas Rusiyanın başağrısına çevrilir –TƏHLİL

Uduzan tərəf Donbasa nəzarət edən ruslardır

Nyuarkdakı Rutgers universitetinin professoru Aleksander C. Motil “Foreign Policy” dərgisində yazır ki, Rusiyanın Ukraynanın şərqində işğal etdiyi Donbas anklavı iqtisadi və sosial uçurum həddinə çatıb... Müharibələr, adətən, ərazi qəniməti uğrunda aparılır: onu qalib əldə edir, məğlub isə itirir. İndiki halda Donbasın tənəzzülü onu göstərir ki, əslində, uduzmuş tərəf anklava nəzarət edən tərəfdir”.

Müəllif qeyd edir: “BMT-nin məlumatına görə, əvəllər anklavda məskunlaşmış 5 milyon nəfərdən iki milyona yaxını 2014-cü ilin martında oranı tərk edib. Bu qaçqınların əksəriyyəti orta təbəqəyə məxsus təhsilli peşəkarlar olduğundan anklav intellektual və insan kapitalı baxımından əvəzolunmaz itkiyə məruz qalıb. Qalmış 3 milyon adamın, təxminən, 2 milyonu uşaqlar və təqaüdçülərdir: beləliklə, onları dolandırmalı, dağılmış iqtisadiyyata xidmət etməli və döyüşməli olan 1 milyon əmək qabiliyyətli adam qalır”.

Müəllif güman edir ki, Putin bölgənin təchizatı və dirçəldilməsi üzrə Kiyevin bütün məsuliyyəti öz üzərinə götürməyinə üstünlük verərdi: “Lakin nə qədər ki anklava müstəqilliyə can atmalarından heç vaxt keçməyəcəklərini bəyan edən separatçılar nəzarət edir, Ukrayna heç nəyin əvəzində bunu etməz”.

Motilin fikrincə, Rusiya üçün bu çətin durumdan asan çıxış yolu yoxdur, döyüş əməliyyatlarının təzələnməsi və anklavın genişləndirilməsi labüd şəkildə ərazinin daha bərbad duruma düşməsinə və əhalinin daha çox sayda qaçqın düşməsinə gətirib çıxardardı. Əgər Rusiya Ukraynanı həlledici məğlubiyyətə düçar etmək istəsəydi, Donbası Rusiya şərtləri əsasında geri qaytarmağa məcbur edə bilərdi. Lakin bu, təmərküzləşmiş zərbə tələb edərdi ki, nəticədə Qərb sanksiyaları güclənər, Obama administrasiyasını Ukraynaya silah verməyə məcbur edər, ukraynalıların əzmkar müqavimətinə səbəb olar və nəticədə Rusiyanı uzunmüddətli qanlı müharibəyə sürükləyərdi”.

Motil mülahizə yürüdür ki, “Bu tapmacanın məntiqi həlli Kiyevdəki “faşist xuntası” üzərində qələbənin elan edilməsi, qoşunları çıxardıb anklavı Ukraynanın üzərinə “atmaq” olardı. çünki Ukrayna Donbasın ona məxsus olmasında israr edir. Nəıticədə orada hökm sürən hərc-mərcliyin öhdəsindən gəlməkdən başqa çıxış yolu qalmazdı. Lakin bunun baş tutması üçün Putinin son bir neçə ildə əl atdığı və ictimaiyyətə oynadığı bütün ideoloji oyunlardan əl çəkməsi lazım gələrdi. Bundan fərqli olaraq, yaranmış durum Kiyev üçün daha əlverişlidir”.

Politoloqun fikrincə, Ukrayna Donbası heç vaxt tərk etməməkdə israrlı görünməyə davam edə bilər, eyni zamanda oranı azad etmək üçün heç nə etməz. çünki vaxt Ukraynanın tərəfindədir, məhz buna görə də bu “hibrid” müharibədə qələbə ərazinin itirilməsi deməkdir.