XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 January 2016 - 12:45

Amerika nəşri: [color=red]Səudlar Yaxın Şərqdə bizim ən yaxşı dostlarımızdır[/color] – Təhlil

Başlığa çıxarılmış sual vaxtından əvvəl görünə bilər, lakin heç olmasa indi – Obamanın prezidentliyinin sonuncu təhlükəli ilinə daxil olduğumuz vaxtda Səudiyyə Ərəbistanını müttəfiq kimi itirmək ehtimalını azaltmaqdan ötrü onu verməyinə dəyər. İran və Rusiya səud kral evinin devrilməsində maraqlıdır və ola bilsin, indi prezident Obamanın onlara mane olmaqdan ötrü hansısa addımlar atıb-atmaycağını hesablamağa cəhd edirlər.

Bu günlərdə İran və müttəfiqlərinin Səudiyyə Ərəbistanında terrorizimdə günahkar bilinən 47 nəfərin Yeni ildə edamına coşqun reaksiyasının şahidi olduq. Məhkum edilmişlərin əksəriyyəti sünnilər və hətta “Əl-Qaidə”nin üzvləri idi, lakin səudlar həmçinin nüfuzlu şiə vaizi, şiələrin 2011-ci il qiyamına başçılıq etmiş Nimr ən-Nimri də edam etdilər.

İranın ali dini rəhbəri, ayətullah Əli Xamenei bazar günü bildirdi: “Onu həyatdan məhrum edən müstəbidlər müqəddəs qisasdan canlarını qurtarmayacaqlar”.

İranın müttəfiqi və İraqın keçmiş baş naziri Nuri əl-Maliki rejimin dəyişilməsi məsələsini qoyub bildirdi ki, “Şəhid əs-Sədranın edamı Səddam Hüseynin devrilməsinə səbəb olduğu kimi ən-Nimrin edamı da səud rejiminin devrilməsinə səbəb olacaq”. O, digər nüfuzlu şiə vaizinin 1980-ci ildə İraqda edamını nəzərdə tutur.

Səudiyyə Ərəbistanındakı rejimi devirmək üçün İranın başqa əsasları da var. O, amerikalıların gedişindən sonra bütün Yaxın Şərqi bürümüş şiə-sünni münaqişəsində İranın əsas rəqibidir. Bu iki dövlət Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiyanın Yəmənə müdaxiləsindən sonra hazırda bu ölkədə vasitəli müharibə aparır. Bundan başqa, Səudiyyə Ərəbistanı Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan sünnilərin əsas tərəfdarıdır. Həm də Rusiya və İran Əsədi dəstəkləyir.

Üstəlik, Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı saxlayır. Səudiyyə Ərəbistanı OPEK-də iri ixracatçı olmaqla hasilatın həcmini azaltmaqdan imtina etdi ki, bazarın həddən artıq dolmasını dəf etsin və nəticədə hər barrelin qiyməti 37 dollara düşdü. Bu o deməkdir ki, İran cənab Obama ilə bağladığı nüvə sazişindən sonra yenidən qazandığı  neft ixracı imkanından xeyli az mənfəət götürəcək.

Səudiyyə neftinin ixracı Rusiyaya – dünyada ikinci iri neft ixracatçısına da mənfi təsir göstərir: daxili-siyasi vədləri yerinə yetirmək üçün Putinə neftin hər barrelinin 100 dollar civarında duruş gətirməyi lazımdır. Rublun kursu keçən həftə neft qiymətlərinin daha da enəcəyi haqda proqnozlar fonunda 2015-ci il ərzindəki minimuma çatdı. Rusiya və İran Səudiyyə Ərəbistanındakı daxili nifaqlardan və yaxud neft qiymətlərinin qalxmasına səbəb olası daha irirmiqyaslı bögəsəl müharibədən böyük fayda əldə edər.  

Bunların heç biri İranla Səudiyyə Ərəbistanı arasında vasitəsiz münaqişənin qaçılmaz olduğunu bildirmir. Hərçənd ki diktatorlara gəlincə, heç nəyə əmin olmaq mümkün deyil.

Dekabrda Amerikanın USS “Harry S. Truman” aviadaşıyıcısının cəmi 1,3 km-liyində raketlər buraxmaq üçün İranın heç bir əsaslı səbəbi yox idi. Lakin tamamilə mümkündür ki, Amerikanın necə qıcıq verəcəyini yoxlayırdı. ABŞ administrasiyası yalnız insident haqda məlumat KİV-ə  sızdıqdan sonra bu barədə yetərincə təmkinli bəyanat verdi.  

İran ballistik raketlərin sınağını keçirdikdən sonra Ağ Evin onun üzərindən sanksiyaların götürülməsi barədə keçən həftəki qərarı bu ölkəni daha cəsarətli addımlara ruhlandıra bilər. İran liderləri hesab edə bilərlər ki, nüvə proqramı üzrə saziş İranın bölgədəki iddalarındansa daha çox ABŞ üçün qabaqlayıcı amildir. ABŞ yeni sanksiyalar tətbiq etmək istəsə, onlar indi istənilən anda bu sazişi pozmaq təhdidi gələ bilərlər.

Həmçinin inqilabi qvardiya da hesab edə bilər ki, Rusiyanın Suriyadakı dəstəyi və orada S-300 zenit-raket kompleksləri yerləşdirmək planı nəzərə alınmaqla indi onun xeyli sərbəst fəaliyyət imkanı var.

Səudlara gəlincə, prezident Obamaya münasibətdə inamsızlığa görə onları tamamilə bağışlamaq olar. Haqlı və ya haqqsızdırlar, lakin Misirdə Hüsnü Mübarək rejimi çökdüyü üçün onlar qət etdilər ki, ABŞ administrasiyası çətin dəqiqələrdə öz müttəfiqlərini asanlıqla ata bilər. Bundan başqa, onlar cənab Obamanın 2013-cü ildə Suriyada “qırımzı xət”dən necə imtina etdiyni, Rusiyanın Krımdakı qisasçılığı qarşısında necə geri çəkildiyini və indi Əsədə hakimiyyətdə qalmağa necə imkan verə biləcəyini müşahidə etdilər.  

Səudlar 2011-ci ildə ABŞ-a bildirmədən Bəhreynə müdaxilə etdilər, bu yaxınlarda isə İŞİD-ə qarşı mübarizə üçün yeni sünni koalisiyası yaratdılar – yenə də ABŞ-sız.

Səudlar öz sərhədləri içindəki narazılarla olduqca qəddar davranırlar, lakin ən-Nimr insan hüquqlarının müdafiəçisi deyildi. Xarici siyasət institutundan Cozef Braudun sözlərinə görə, ən-Nimr 1980-ci illərdə Səudiyyə Ərəbistanının şərq əyalətində fəaliyyət göstərən  hərbiləşdirilmiş “Hizbullah əl-Hicaz”qruplaşmasının lideri idi. ən-Nimr ayətullah Xomeyninin təliminə riayət edir və Səudiyyə Ərəbistanı, Bəhreyni və Küveyti idarə edən sülalələri qeyri-qanuni sayırdı. Sonralar inqilabi ritorikanı bir qədər azaltsa da, 2009-a doğru yenidən hərbi üsullar uğrunda çıxış etməyə başladı.

Səudlar xüsusən də varlı vəhhabi şeyxlərin bütün dünya üzrə radikal islamçı məscidləri və məktəbləri dəstəkləməklə bağlı tez-tez qılıqsız müttəfiq çıxırlar. Lakin səudlar bu gün vətəndaş müharibələrinin, siyasi sarsıntılar və İran imperializminin diddiyi Yaxın Şərqdə, Ərəbistan yarımadasında bizim ən yaxşı dostlarımızdır. ABŞ Rusiya və İrana aydın şəkildə başa düşmək imkanı verməlidir ki, bu krallığı İranın onu sabitsizləşdirmək və yaxud ərazisinə soxulmaq cəhdlərindən qoruyacaq.

 

The Wall Street Journal (ABŞ), 07.01.2016

Redaksiya məqaləsi