Çeçenistanın Moskvayönlü lideri Ramzan Kadırov Rusiyanın aparıcı müxaliflərini satqın adlandırdıqdan sonra onun yaxın ətrafı müxaliflərə qarşı təhdidlərlə çıxış edir.
Kadırov Vladimir Putinin dəstəyindən faydalanır, lakin tənqidçilərin sözlərinə görə, onun Çeçenistandakı idarəçiliyi insan haqlarının kütləvi şəkildə pozulması ilə müşayiət edilir. O, nəzəri cəhədən Moskvaya tabe olan, praktikada isə Kadırova sadiq olan silahlı batalyonlara daxil olan minlərlə yaraqlıya nəzarət edir. Kadırov mətbuat konfrasnda müxalif siyasətçiləri “xalq düşmənləri” kimi mühakimə etməyin lazım olduğunu bildirəndə – Stalinli keçmiş haqda birbaşa xatırlatma – Çeçenistan lideri ilə liberal müxalifət arasında keçən həftə söz savaşı alovlandı.
Deputat və çeçen liderin yaxın köməkçisi Adam Dəlimxanov müxalifəti “şeytanlar” və Rusiyanı məhv etməyə çalışan xarici dövlətlərə işləyən “beşinci kolon” adlandırdığı açıqlamanı dərc etdirərkən, Kadırovun ən yaxın ətrafı istirahət günlərində tonu qaldırdı.
Kadırov administrasiyasının başçısı, “Lord” kimi məşhurlaşmış Maqomed Davudov bundan sonra Kadırovun Tarzan ayamalı çoban iti ilə fotosunu Instagram-da yaydı. O, fotoşəklə şərhdə birmənalı şəkildə eyham vurdu ki, Tarzan müxalif siyasiləri və jurnalistləri sevmir və istənilən anda onlara divan tutmağa hazırdır. O, əlavə edib: “Zorla qabağını alırıq”.
Bu cür müxalif siyasilərdən biri İlya Yaşin Facebook səhifəsində öz pişiyinin şəklini yayımlayaraq, sıradakını yazdı: “Mənim evimdə isə pişik yaşayır. O da kobuddur”.
Kadırov bazar ertəsi Instagram-da başqa bir postunda, görünür, bir qədər geri çəkilməyi qərara aldı, lakin yenə də təkrar etdi ki, müxalifətin bəzi təmsilçiləri xarici hökumətlərə işləyirlər. Amma har halda əlavə etdi:
“Mən hədə-qorxu gəlməmişəm”.
Onun sözlərinə görə, “müxalif siyasilərə yerli psixiatriya xəstəxanalarında VİP yerlər təmin etməyə” hazırdır, çünki “bu bir ovuc insan sifətinin fotosundan da onların təcili müalicə və reabilitasiyaya gerçəkdən ehtiyacı olduğu görünür”.
Krasnoyarsk vilayətinin deputatı Konstantin Sençenko əvvəllər Facebbook-da Kadırovu “Rusiyanın üzqarası” adlandırdığı post dərc etdi, lakin sonra videomüraciətdə bu hərəkətə görə üzr istədi. Sonradan boynuna aldı ki, Rusiya müxalifətçisi Boris Nemtsovu yaxalayan qismətin ona da nəsib ola biləcəyinə eyham vuran “çeçen xalqının təmsilçiləri” ilə söhbətdən sonra üzr istəyib. Keçən ilin fevralında onun qətli ilə bağlı Kadırovun batalyonlarından birinin döyüşçüləri həbs edilib.
İstintaq dekabrda bildirdi ki, Nemtsovun qətli heç nə ilə seçilməyən sürücü tərəfindən təşkil edilib, lakin müxalifin dostları əmindirlər ki, Kadırovu, ən azı, sorğu-suala tutmaq lazımdır. Kadırov tətiyi çəkən adamı “Rusiyanın qəhrəmanı” adlandırsa da, özünün bu qətlə aidiyyətini qəti şəkildə inkar edir.
“Дождь” liberal telekanalı cari mübahisəni parodiya qəbilinə keçirtməyə cəhd edib müxbirlərin çeçen liderindən aman istədiyi videoçarx yayımladı.
Aparıcı Paverl Lobkov qaçış zolağı ilə şalvarsız irəliləyərək Kadırovdan üzr istədi.
Aparıcı Kseniya Sobçak başında plastik zərflə 2014-cü ildə mətbuat konfransı vaxtı Kadırovun cinayətləri haqda Putinə sual verdiyinə görə öz üzrxahlığını bildirdi və onu öldürmədiyinə görə çeçen liderə minnətdarlığını ifadə etdi.
Kadırov dekabrda onun ünvanına sosial şəbəkələrdə tənqidlə çıxış etmiş qadını və ərini şəxsən ondan televiziya ilə göstərilən uzun bir moizə dinləmyə məcbur etdi. Kadırov ər-arvadı söyərkən cütlük itaətkarlıqla onu dinləyirdi.
Kadırov Instagram səhifəsində Putinə sədaqəti haqda daim açıqlamalar yayımlayır, lakin Çeçenistanı istədiyi kimi idarə etməkdə azaddır. Nəticədə bu respublika hüquqi baxımdan boz zonanı təmsil edir.
Siyasi analitiklər Kreml və Putinin qızışan mübahisəyə necə qıcıq verəcəyini gözləyirlər. Putin Nemtsovun qətlindən dərhal sonra Kadırova dövlət mükafatı təqdim etdi. Bəziləri bunu çeçen liderin toxunulmazlığı kimi şərh etdi.
Şon Uolker
The Guardian (Böyük Britaniya), 19.01.2016