XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

08 May 2015 - 09:16

Putinin 15 illik hakimiyyətinin 15 üsulu –TƏHLİL

Putin Rusiyasında özgə cür düşünmək çox da bəyənilmir

“The Guardian” qəzeti (Böyük Britaniya) xatırladır ki, Vladimir Putin 2000-ci ildə prezident postuna seçilməzdən bir neçə gün əvvəl BBC-yə müsahibəsində dedi ki, Rusiya Avropa mədəniyyətinin tərkib hissəsidir və onun NATO-ya daxil olması istisna olunmur. Jurnalist Alek Lun yazır ki, bu gün (dünən-red.) Putinin ilk andiçmə mərasiminin 15 ili tamam olduğu bir vaxtda Rusiya Yeltsin dönəmi ilə müqayisədə tanınmaz dərəcədə dəyişilib. Beynəlxalq səviyyədə təcrid, sanksiyalar və hətta yeni soyuq müharibə. İqtisadi tənəzzülə baxmayaraq, daxili siyasətdə Putinin ən yüksək reytinqi.

Müəllif dəyişiklikləri təhlil etməklə bənd-bənd ayırıb fikrinə yekun vurur.

1.Ukrayna, Gürcüstan və “ən yaxın xaric”

Lun yazır ki, “ən yaxın xaric” təzəcə yavaş-yavaş yaxın olub”. Onun fikrincə, Ukrayna münaqişəsi Rusiyanın “hüquqları”nı yaxın çevrədə necə təsdiq etməsinin ancaq növbəti əyani nümunəsidir.

Məqalədə deyilir: “Rusiya NATO-nun həmləsi sayəsində getdikcə daha çox daralan nüfuz dairəsində öz maraqlarını qorumaq üçün ordu tətbiq etməyə hazırdır. 2008-ci il Gürcüstan müharibəsindənsə Ukrayna qambiti daha riskli göründü və Putin strateji məqsədinə nail oldu, lakin buna görə nəsə bir bədəl ödədi.

2. NATO-nu qəbul etməmək

Putin inandırmağa çalışır ki, NATO-nun şərqə genişlənməsi Rusiya üçün təhlükədir. İndi isə nəhayət Moskvanın hərbi gücü var ki, müqavimət göstərsin. Rusiyanın təcavüzkar mövqeyi Polşa, Baltik ölkələri və Skandinaviyanı narahat edir. Rusiyada Putinin mövqeyi əzəmətli dəstəyə malikdir. Qərbdə NATO-nun istisnasız olaraq ancaq öz varlığından doğan inamsızlığa qarşı fəaliyyətdə olduğunu hesab edənlər də onu dəstəkləyirlər.

3. Avtokratiya

Putin iqtisadi məsələlər üzrə mövqeyini kəskin şəkildə dəyişibsə də, öz hakimiyyətinin konsolidasiyasında ardıcıl hərəkət edib.

4. Şəxsiyyət kultu

Yox, tam kult deyil. Lakin Yeltsinin 10 illik hakimiyyətinin, ədəbsizliklərinin, televizorda danışarkən dilinin necə dolaşmasının ruisyalıların heysiyyətinə necə ziyan vurdğunu qiymətləndirməmək düzgün deyil. Putin rusiyalılara daha çox şey verdi: o, maço ruhuna sadiqdir. Ruslar buna “mujik” deyirlər.

Ən azı, onun imicmeykerlərinin işinin nəticəsi belədir, amma kim bilir, o özünü dalda da necə aparır?

5. “Məsələ iqtisadiyyatdadır, axmaq!”

Putin prezident olarkən geniş, əhatəli iqtisadi konsepsiyası yox idi (biznesə kömək üçün vergiləri azaltdı, lakin iqtisadiyyatın aparıcı sahələrini yenidən milliləşdirdi). Amma hər halda istifadəsiz qalmış istehsal gücü və neft qiymətlərinin artması misli görünməmiş tərəqqinin başlanmasına səbəb oldu. Lakin iqtisadiyyatın müxtəlifyönlü inkişafı və sənayenin modernləşdirilməsi cüzi inkişaf edib.

Bu il iqtisadi geriləmə gözlənilir. İnisialları üDM abbreviaturası ilə üst-üstə düşən insan üçün heç də ən yaxşı nəticə deyil. (Müəllif burada söz oyunundan istifadə edib: üDM rusca VVP, yəni “валовой внутренний продукт” deməkdir. Rusiya prezidentinin inisialları da – VVP (Vladimir Vladimiroviç Putin) buna uyğundur –red.).

6. Demoqrafik artım?

Putin hakimiyyətə gələndə Rusiya əhalisi həyəcanlı şəkildə azaldı. 2010-cu ildə əhali yenidən artmağa başladı. Əsas səbəb – rusiyalıların maliyyə durumunun yaxşılaşmasıdır. İndi isə tendensiya geri çevrilə bilər.

7. Asiyaya dönüş

Putin həmişə çoxqütbül dünya tərəfdarı olub, son zamanlar isə Rusiya enerji daşıyıcılarının həsrətində olan və hökumətləri Rusiyada insan hüquqlarının durumuna çox da sərt yanaşmayan Asiya ilə iqtisadi və hərbi əməkdaşlığın genişlənməsində israrlıdır. Avropa Birliyi ilə münasibətlərin pisləşməsi bu dönüşü sürətləndirdi.

8. Təqiblər

Putin Rusiyasında özgə cür düşünmək çox da bəyənilməyib, lakin dönüş məqamı 2011-2012-ci illərdə “ərəb baharı”na bənzər qısamüddətli təhlükə meydana çıxarkən baş verdi. Cavabında Aleksey Navalnıya və Bataqlıq meydanındakı yürüşün 27 iştirakçısına qarşı şübhəli cinayət işləri açıldı.

Bu gün kütləvi müxalif hərəkat vətənpərvərlik tozanağı və satqınlar haqqında söz-sov qınağı fonunda, demək olar ki, öləziyib.

Hökumət həm də xaricdən maliyyələşən qeyri-kommersiya təşkilatlarına münasibətdə “qaykaları bərkidib”.

Rusiya interneti – söz azadlığının keşmiş vahəsi – indi sürüşkən qanunlara tabedir. Bu qanunlar hökumətin rabitə nizamlayıcılarına saytlarda yerləşdirilmiş materiallar “ekstremist və ya uşaqlar üçün ziyanlı” hesab olunarsa, onları bağlamağa icazə verir.

9. Nəsihətçilik konsepsiyası

Putinin üçüncü prezidentlik müddətində bir sıra qanunlar qəbul edilib. Bu qanunlar onun Rusiyanı ənənəvi əxlaqın istinadgahı kimi təsəvvür etməsindən qaynaqlanıb.

10.çoxqütblü dünya?

Putinin xarici siyasətinə rəğbət bəsləyirsinizsə, onda hesab edirsiniz ki, o, Qərb hegemoniyasına etiraz edir və çinlə birlikdə ABŞ-ın təşəxxüslü qüdrətinə qarşı çıxır. Əgər Yeltsin daim Amerikanın əlində idisə, Putin onu əllərüstə qoydu.

Putin əminliklə iddia edə bilər ki, ABŞ-ın İraq və Əfqanıstandakı müharibəsini bəyənməyəndə tarix onun haqlı olduğunu təsdiq etdi. Lakin onun Suriyaya görə və Bəşər Əsədi mətinliklə müdafiə etməsi daha çox tənqid doğurur.

Hər şey müqavimətə çevrilmir. Putinin diplomatları İranla dialoq qurmağa kömək olub xarici müttəfiqlər və rəqibləri ilə işgüzar şəkildə əməkdaşlıq edirlər.

11. Londonqrad

Putinin hakimiyyəti dönəmində İngiltərə-Rusiya münasibətləri ziddiyyətli oldu: casusluq və qətllər üzündən rəsmi münasibətlər korlanıb, lakin Qərbə köçən və pullarını ölkədən çıxardan rusiyalılar Londona üstünlük verirlər. Oliqarxlardan başqa, dissidentlər də orada məskunlaşıb.

12. Yenidən qazanıl
mış idman imici

Soçi olimpiadası Putin üçün zəfərə çevrildi. Sonralar Soçidə “Formula-1” ötüşmələri baş tutdu. 2018-ci ildə Rusiyada futbol üzrə dünya çempionatı keçiriləcək. Lakin Rusiyada dövlət dəstəkli bu cür tədbirlər korrupsiyalaşmış məmurlar üçün “qızıl damar”a çevrilib.

13. Korrupsiya

Korrupsiya ilə mübarizədə dövlət kampaniyasına baxmayaraq, Putin Rusiyası köklü əliəyrilik ittihamından xilas ola bilmədi. Transparency International-ın 2014-cü il üçün reytinqində Rusiya 136-cı yeri tutur. Putinin şəxsi var-dövləti haqda az məlumat olsa da, əksəriyyət ehtimal edir ki, onun özü dövlət orqanlarındakı korrupsiyadan mənfəət götürür.

14. Silahlı qüvvələr

Putinə öz təyinatına cavab verməyən ordu miras qalmışdı. Yenidən təşkilolunma və xərclərin artırılması sayəsində keçmiş sovet respublikalarının olduqca dikbaş davrandığı bir dövrdə nisbətən sürətlə reaksiya verməyə qabil olan silahlı qüvvələr yaradılıb. Lakin yeni texnika, xüsusən də “Stels” tipli yeni qırıcılar və növbəti nəsil tanklar hələlik orduya daxil edilməyib.

15. Yeni təbliğat

Dövlətyönlü KİV çox da böyük yenilik deyil, lakin Kremlin yeni KİV jurnalist arşınlarına görə tənqidə məruz qalır.

Alek Lun

“The Guardian” (İngiltərə), 07.05.2015