XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2016 - 13:02

Bankların bağlanması əmanətçilərə nələr vəd edir? – [color=red]İqtisadçıdan təhlil

"Mərkəzi Bank artıq sərt addımlara başlayıb. İlin ilk ayında 4 bankı yola salıb. Yaxın günlərdə və ya həftələrdə daha bir neçə bankın bağlanması gözlənilir".

Strateq.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın belə tələsik addımının səbəbi aydındır:

"Səbəb bağlanması planlaşdırılan bankların taleyini "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun qəbuluna qədər həll etməkdir. Milli Məclisin növbəti iclası fevralda olacaq. Qanun da fevral ayı ərzində qəbul edilib qüvvəyə minəcək. Hökumət bağlanacaq bankların əmanətlərini tam qaytarmaq istəmir və ona görə belə tələsik addımlar atılır. Yerdə qalan problemli bankların taleyini konsolidasiya yolu ilə həll edəcəklər".

Samir Əliyev deyir ki, hər zaman bankların konsolidasiyasının tərəfdarı olub və düşünür ki, bankların sayının azaldılmasına ehtiyac var:

"Ancaq Mərkəzi Bankın hazırda atdığı tələm-tələsik və selektiv seçmə şəkilndəki addımlarının bir sıra neqativ fəsadları olacaq və onun zərbəsi əmanət bazarına və əmanətçilərə dəyəcək. Əmanət bazarının kiçilməsi sürətlənəcək, əhalinin banklara etibarı azaldacaq. Bu barədə növbəti açıqlamalarda münasibət bildirəcəyik. Ancaq indi əsas diqqəti əmanətçilərin hüquqlarına yönəltmək istəyirəm. Bağlanan banklar arasında xeyli əmanətçi kontingenti olan banklar var.

Məsələn, NBCbank. 1 dekabr tarixinə 95 milyon manatlıq depozitə malikdir ki, bunun da 68 milyon manatı əhalinin payına düşür. Bu əmanətlərin heç də hamısı qorunmur. Ətrafımda olan xeyli insan tanıyıram ki, onların əmanətinin təxminən 50-60%-i kompensasiya məbləğinə uyğundur. Yerdə qalanın taleyi bankın maliyyə vəziyyətinin ümidinə qalacaq.

Sonuncu devalvasiya ən çox zərbəni banklarla yanaşı, dollar əmanətşilərinə vurdu. Qanunvericiliyə görə, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Milli valyutaya münasibətdə hər şey aydındır. Payı onsuz da 20% civarındadır. Ancaq dollar əmanətlərində vəziyyət daha faciəlidir. Mövcud hədd ötən ilin bu vaxtları təxminən 38500 dolları tam sığortalamağa imkan verirdisə, hazırda bu rəqəm 19 min dollara qədər azalıb. Əmanətlərin sığortalanması sisteminə ümid edib məsələn, 30 min dollarlıq (illik 12%) əmanət yerləşdirən və bank bağlanacağı təqdirdə bunun hamısını alacağına ümid edən əmanətçi nəyə görə, əsas məbləğdən 11 min dollar (18 min manat) itirməlidir və ümidini bankın vəziyyətinə bağlamalıdır?

Artıq mövcud yanaşmada dollar əmanətçiləri ilə manat əmanətçiləri arasında diskriminasiya yaradılır. Axı, manatın ucuzlaşması hökumətin qərarı əsasında baş verib. Hökumət öz gəlirlərini artırmaq üçün və valyuta ehtiyatını qorumaq üçün bu addımı atıb və onun zərbəsi təkcə kredit sahiblərinə yox, həm də ləğv edilmiş banklardakı dollar əmanətçilərinə dəyib".

İqtisadçının sözlərinə görə, hökumət “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişiklik edərək kompensasiya olunan məbləği 50 min manata (təxminən 31250 dollar) qaldırmalıdır və bunu bağlanmış bankların əmanətlərinə də şamil etməlidir.




Yuxarı Əvvələ Ana Səhifə