XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 11:10

Mərkəzi Asiyada gərginlik artır: [color=red]Rusiya və Çin İŞİD-ə qarşı “Taliban”ı çıxarmaq istəyir – Təhlil

Qərb mətbuatı və müxtəlif islamçı resurslar Ruisyanın "Taliban"la Əfqanıstan ərazisində İŞİD-ə qarşı mümkün əməkdaşlığı haqda məsələni təkrar-təkrar qaldırır. Bu mövzu böyük maraq doğurur.

"Foreign Affairs" lap bu günlərdə Rusiya və "Taliban" maraqlarının üst-üstə düşməsi haqda material dərc edib və Zamir Kabulovun hələ 2015-ci ilin dekabrında səslənmiş və qalmaqala çevrilmiş sözlərini sitat gətirir. Xatırladaq ki, RF prezidentinin Əfqanıstan üzrə xüsusi təmsilçisi və Rusiya XİN departamentinin direktoru Zamir Kabulov "İnterfaks" agentliyinə bildirib: “Taliblərin maraqları stimulsuz da bizimki ilə obyektiv şəkildə üst-üstə düşür… Mən artıq əvvəllər taliblərlə informasya mübadiləsi üçün rabitə kanalımızın mövcudluğundan danışmışam”.

"Foreign Affairs" həmçinin yazır ki, Kabulov Əfqanıstan və Pakistan taliblərinin  Əbu Bəkr əl-Bağdadini xəlifə kimi qəbul etmədiklərinin önəmini qeyd edib.

Kabulovun sözləri tərcümə edilib xarici KİV-ə düşdükdən sonra dünya mətbuatında hay-küy başlandı. Yekunda taliblər İŞİD haqda  xarici tərəfdaşlardan kiminləsə danışdıqları və yaxud İŞİD-lə mübarizdə kimdənsə yardım istədikləri barədə KİV-dəki şayiələri təkzib etməyə məcbur oldu, lakin bununla belə bildirdilər ki, “ABŞ-ın Əfqanıstana müdaxiləsinə son qoymaq”dan ötrü bölgədəki dövlətlərlə təmasa giriblər.  

Onlar Əfqanıstanda İŞİD-in filialının meydana çıxmasını ölkədə "Taliban"a qarşı əks qüvvə yaratmağa cəhd edən Əfqanıstan, Pakistan və Amerika xüsusi xidmətlərinin fəaliyyəti kimi nəzərdən keçirdirlər. "Foreign Affairs" vurğulayır ki, Rusiyanın "Taliban"la mümkün əlaqəsi bölgənin təhlükəsizliyi üçün risklər ehtiva edir, Kabulovun isə taliblərlə danışqılar aparmaqda artıq təcrübəsi var. Çünki "Taliban"ın 90-cı illərdə ələ keçirdiyi Rusiya təyyarəsi heyətinin azad edilməsi üçün taliblərlə danışıqlar aparmaqla məhz o məşğul olub.

"The Independent" daha açıq şəkildə yazır ki, Çin, İran və Rusiya "Taliban"ı özlərinə müttəfiq görmək istəyirlər. Rusiyaya Orta Asiyada xilafət lazım deyil, Çin İŞİD-in uyğurlar arasında təbliğat və təsirindən narahatdır, artıq Suriya və İraqda müharibəyə girişmiş İran özünün şərq sərədlərində  daha bir cəbhə görməyin həsrətində deyil.

"The Independent" Əfqanıstanın güc strukturlarının təmsilçisinə isnadən yazır ki, Zamir Kabulov 1995-ci ildə Molla Ömərlə görüşüb, Pakistanda səfir olarkən taliblərlə təmasda olub və danışıqlar aparmaq üçün ideal namizəddir: “O, "Taliban"ın cikindən bikinə bələddir, onların ailələrni tanıyır”.

Qəzet yenə də anonim Əfqanıstan rəsmisinə və "Taliban"ın səhra komandirlərinin sözlərinə istinadən yazır ki, ehtimal ki, əvvəllər əsir götürülmüş dörd tacik sərhədçinin əvəzinə ödəniş kimi Tacikistandan "Taliban"a artıq hansısa silahlar tədarük edilib. Tacikistan hökuməti bu cür sövdələşmənin olduğunu inkar edir.

Məlumata görə, "Taliban" təmsilçiləri Çində səfərdə olub və İŞİD-lə mübarizədə dəstək haqda çinlilərlə danışıq aparıblar. Həmçinin İran Tehranda və başqa şəhərlərdə taliblərə təlim keçir və hərəkatı silahla təchiz edir.

“Hizbut-Təhrir”in təmsilçiləri hesab edirlər ki, Rusiyanın taliblərə qılıqlanması ABŞ-a işarədir ki, İŞİD Əfqanıstanda güclənməyə başlasa, onda ruslar "Taliban"ın Əfqanıstanda Koalisiya ilə mübarizəsinə yardım edəcəklər. Rusiya ilə hansısa işin görülməsi imkanına isə mənfi şəkildə yanaşılır, çünki "Taliban" sıralarında sonrakı parçalanmaya səbəb ola bilər. Sovet qoşunları ilə müharibəni və Rusiyanın 2001-ci ldə Əfqanıstanda kommersiya əsasında ABŞ-a yardımını heç də hamı yaddan çıxartmayıb.

Amerikalı analitiklər buna diqqət yetirirlər ki, Rusiya təkcə "Taliban"la əlaqəyə diqqət yetirmir, eyni zamanda fevralda rəsmi Kabula atıcı yüngül silahlar tədarük etməlidir – vasitəçi kimi çıxış edən Hindistan və ABŞ tədarükün pulunu ödədiyinə görə. Bu tədarüklər taliblərin heç xoşuna gəlmir. Onlar hələ dekabrın əvvəlində “Sədaye-cihad” saytlarında Rusiya İŞİD-ə qarşı mübarizdə Kabula iqtisadi və ya hərbi yardım yardım edəcəyi halda yeni soyuq müharibəyə cəlb ediləcəyi xəbərdalığını ediblər. Rusiyanın işə qarışması isə əfqan xalqının hiddətini doğuracaq. Taliblər qorxurlar  ki, Əfqanıstan arenasında fəal yeni əcnəbi oyunçuların – qonşu dövlətlərin peyda olması, həmçinin Rusiyanın İŞİD-qə qaşı mübarizə üçün tədarük etdiyi silah "Taliban"a qarşı da işlədiləcək.

Taliblər öz çağırışlarında bütün əfqanları xarici işğalçıların hamısı Əfqanıstanı tərk edənədək vuruşmağa çağırır.

 

İlya Plexanov

İnoSMİ.ru (Rusiya), 03.02.2016