Nəhayət, Əsədi devirəcəklər?
ABŞ prezidenti Obamanın Suriyadakı repressiv rejimin lideri Bəşər Əsəd haqqında “Hesab edirik ki, onun ömrünə az qalıb” (The Atlantic, mart 2012) dediyi gündən üç ildən çox keçib.
2012-ci ildə baş nazir vəzifəsində olan Ərdoğan öz partiyasının qurultayında bildirdi: “Tezliklə Dəməşqdə Əməvilər məscidində namaz qılacağıq”.
Lakin müxalif qüvvələrin pərakəndəliyi və bölgəsəl müttəfiqlərin – Livan “Hizbullah”ı ilə İranın yardımından istifadə edən Əsəd ötən martda öz ölkəsindəki qanlı müharibənin dördilliyini qeyd etdi.
Qonşumuz Suriya bu müddətdə öz tarixindəki ən dağıdıcı illərdən keçdi. Müharibənin törətdiyi dağıntıları sözlə ifadə etmək mümkün deyil. Ən azı, 200 min qurban, ölkə içində və ondan kənarda qaçqına çevrilmiş 8 milyon adam, yerlə yeksan edilmiş çoxəsrlik mədəniyyət abidələri. Nəhayət, güman ki, tarixin sonuna qədər sağaldılması mümkünsüz olan dərin yaralar… Ağrı nə qədər keyləşəcək, məlum deyil, lakin hər şeyə baxarkən, vətəndaş müharibəsinin başlanmasından 50 ay sonra bu gün Suriyada və bölgədə meydana çıxan olaylar Əsədin devriləcəyi anı yaxınlaşdırır.
Ekspertlərin əksəriyyətinin fikrincə, bu dinamikalardan birincisi Səudiyyə kralı Salman ibn Əbdül-Əzizin xarici siyasətin əsas hədəfi kimi “Müsəlman qardaşlar”la düşmənçiliyi deyil, anriiranizmi götürməsidir. Səudiyyə kralının cəmi iki ay əvəl taxta əyləşdikdən sonra Yəməndə İranın təsiri altında şiə rejiminin yaranmasına yol verməmək üçün başladığı (bu gün də davam edən) çoxmillətli hərbi əməliyyat buna işarə edir.
Bundan başqa, hələ 29 apreldə dan sökülənə qədər qəbul edilmiş qərara əsasən, kralın qardaşı oğlu Muhəmməd ibn Hayefi özünün varis şahzadəsi elan etməsi də bu tezisi möhkəmləndirir (Hayefin oğlu Muhəmməd ibn Salman isə taxtın ikinci varisi oldu). Diqqətə layidir ki, hər ikisi təhlükəsizliyin təminatına yanaşmada sərt davranışın tərəfdarıdır.
Bundan əlavə, xarici işlər naziri vəzifəsinə Vaşinqtondakı keçmiş səfir və kral sülaləsinin üzvü olmayan Adil əl-Cübeyrin təyin edilməsini də unutmaq lazım deyil. Yəməndəki məlumat barədə dünyaya məlumat verən elə o oldu. “Müsəlman qardaşlar” zəminində Səudiyyə Ərəbistanı ilə gərginlik yarandıqdan sonra prioritetlərin bu cür dəyişilməsi Suriyada hakimiyyətin dəyişdirilməsində qəti möve tutmuş Doxu və Ankaranı Ər-Riyadla yaxınlaşdırır.
Birinci ilə sıx bağlı olan ikinci dinamika yenidən formalaşmaqda olan sünni alyansının Suriyada müxalif qüvvələrin birləşməsindəki rolundan ibarətdir.
Britaniyanın BBC yayım şirkətinin mayın 1-də xəbər verdiyi kimi, Suriya müxalifətinin martın sonunda ölkənin şimal sərhədində Türkiyənin cəmi 40 km-liyində yerləşən İdlib şəhərini döyüşlə geri alması, nusralıların qəsəbəsi və Əsədin Aralıq dənizi sahilindəki “istinadgah”ı Latakiyaya doğru iərliləməsi durumu məhz yeni alyansın dəstəyi və köməyi sayəsində mümkün oldu. İdlibi, sonra isə Latakiyaya üz tutarkən Cisr əş-Şuqur qəsəbəsini almış Suriya müxalifəti tərkibcə müxtəlif görünür. Onun tərkibinə “Əl-Qaidə”nin Suriya özəyi “ən-Nusra Cəbhəsi”ndən başqa “Əhrar əş-Şam” kimi güclü müxalif ruhlu birlik daxildir. Bu iki qrupun, həmçinin müxtəlif tutumlu müxalif birliklərin iştirakı ilə yaranmış hərbi ittifaqa “Fəth ordusu” deyilir. Onun hədəfi təkcə Latakiya deyil, həm də Dəməşqdir. Suriyada vətəndaş müharibəsi başlanandan bəri Latakiya hələ bir dəfə də bu cür risklə üzləşməyib. Həm də rejimin qüvvələri müxalifətlə həm ölkənin güneyində İordaniya və İsrail sərhədi yaxınlığında, həm də qərbdə Livan sərhədi yaxınlığında döyüşməyə məcburdur. “Hizbullah”ın dəstəyinə baxmayaraq, rejim Dəməşqdən 20 kilometr quzeydə Livan sərhədindəki Kalamun dağlarındakı döyüşü uduzsa, Suriya hökuməti silah və yaraqlılar tədarükü üçün həyati baxımdan vacib marşrutdan daha istifadə edə bilməyəcək. Bu isə rejim qüvvələrini darmadağına yaxınlaşdıracaq. Hökumət ordusunun sıralarında artıq ordunun buraxılması haqda şayiələr dolaşır və onun hərbi strategiyası artıq indi əsasən havadakı üstünlüyə əsaslanır.
Qonşu Suriyadakı durumu diqqətlə izləyən ölkələrdən biri – İsrailin liberal “Haaretz” qəzeti (6 may) yazır: “İsrailin bəzi rəsmiləri” bu hadisələrin fonunda Əsədin vəziyyəti ağırlaşarsa, Dəməşqdən imtina edib bütün qüvvəsini Latakiyanın müdafiəsinə atacağından danışmağa başlayıblar. Müharibəyə vaxt və resurs itkisi durumunda Əsədin əsas tərəfdarı İran da onun üçün daha mühüm olan məsələyə – diqqətini nüvə sazişinə cəmləmək marağında olduğundan Əsəddən imtina edə bilər. Onda “Əsədsiz Suriya” fantaziyadan reallığa çevrilər.
Mustafa Ədib Yılmaz
“Zaman” qəzeti (Türkiyə), 09.05.2015