XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 14:38

Barak Obama: [color=red]İslam barışıq və mərhəmət qaynağıdır[/color] – Təhlil

ABŞ prezidenti Barak Obama prezidentlik müddətinin qürubunda önəmli addım atdı – ilk dəfə Amerikada məscidi ziyarət etdi. Bu hadisə ilə bağlı onun çıxışı olduqca mühüm siqnallar ethiva edib. Obama qeyd edib:

“Mən bura gəldim ki, Amerika müsəlmanlarının yetərincə tez-tez eşitmədiyi bir sözü deyim və bu,“sağ olun” kəlməsidir”.

Baltimorda (Merilənd ştatında şəhər) həm də təhsl, tibbi xidmətləri təmsil edən müsəlman dini mərkəzinə baş çəkmiş Obama müsəlman nümayədələrlə xüsusi görüş keçirtdi, sonra isə müsəlman icması qarşısında çıxış etdi. Obama xatırlatdı ki, İslam barışıq dinidir, Baltimordakı məscid isə ölkədəki digər məscidlər kimi ABŞ-ın tərkib hissəsidir. Amerka lideri heç vaxt məsciddə olmamış ABŞ sakinlərinə səsləndi və qeyd etdi ki, məscid başqa ibadət yerlərindən heç nə ilə fərqlənmir.

Obama yada saldı ki, ABŞ-dakı müsəlman icması bir neçə milyondur və diqqəti sıradakı fakta cəlb etdi: Amerikalılar ümumən müsəlmanları yaxşı tanımır və müsəlman adlarını KİV-dən əsasən teraktlarla bağlı eşidirlər.

Bu məqam son dərəcə önəmlidir. İnsanlar həqiqətən də naməlum “nəyəsə” qərəz bəsləyə bilərlər. Amerikalılar, həmçinin dünyanın başqa ölkələrinin sakinləri, İslam dini haqda düzgün təsəvvür və biliyə malik olsaydılar, məgər İslam və müsəlmanlara qarşı düşmənlik bəsləyə bilərdilərmi?

Müsəlmanlara böhtan atmaq və mühakimə etməyə qarşı qətiyyətlə etiraz edən Obama, “Müsəlmanlar, Amerikadan rədd olun!” ruhlu siyasi bəyanları tənqidə məruz qoydu.

Obama həmçinin vurğuladı ki, müsəlmanlardan onların həyəcanlarından xəbər tutduğu məktublar alır. Sonra o davam etdi:

“Biz vahid, böyük ailəyik və bu ölkədə heç kim özünü ikinci növ vətəndaş hiss etməməlidir. Mən bura gəldm ki, Amerika müsəlmanlarının yetərincə tez-tez eşitmədiyi bir sözü deyim və bu “sağ olun” kəlməsidir. Bizim cəmiyyətə xidmətinizə görə sağ olun, bizi bir yerdə saxlayan və bizi güclü edən dəstəyinizə, sayəsində vahid Amerika ailəsi olaraq qaldığımız köməyinizə görə, sağ olun!”

Obama öz nitqində daha bir mühüm xatırlatma etdi. Müsəlmanlar həmişə Amerikanın tərkib hissəsi olub: Prezidentlər Tomas Cefferson  və Con Adamsın şəxsi Quran nüsxələri olub, Bencamin Franklin isə İstanbul müftisindən xahiş edib ki, moizə etmək üçün ABŞ-a missionerlər göndərsin. Ola bilsin, kimsə bu haqda əvvəllər eşidib, lakin düşünürəm ki, bu məlumatlar bəzilərimniz üçün (o cümlədən şəxsən mənim üçün) yeni idi. Maraqlıdır, görəsən, Bencamin Franklinin Türkiyədən “missioner” istəməsi haqda dini işlər üzrə İdarədə sənədlər varmı? Hansı cavab verilib? Güman edirəm ki, bu, maraqlı araşdırma mövzusudur.

Obama deyib: İslam barışıq və mərhəmət qaynağıdır.

“Müfti” kəlməsini tələffüz etmiş Obama qeyd edib ki, “İslam” sözü öz başlanğıcını “barışıq” bildirən “salim” kökündən götürüb və vurğulayıb:

“Əs-səlamu əleykum” “sülh içində olasınız” deməkdir. İslam barış dinidir. İŞİD kimi terrorçu təşkilatlar isə, İslamı və müsəlmanları müdafiə etmir”.

Məgər müsəlmanlara təşəkkür edən və bütün bu məsələləri qaldıran ABŞ prezidenti Obama təşəkkürə layiq deyilmi? Layiqdir və bu çıxışa görə, ona minnətdarıq. Lakin bu o demək deyil ki, onun səhvlərini görmür və reaksiya vermirik. Bizim “sağ ol”umuz heç cür Obamaya bəraət qazandırmaq cəhdi deyil. Nəhayət, o, prezidentdir və “balans”ı nəzər alır. Ümidvar olaq ki, təkcə ABŞ prezidenti yox, həm də qalan bütün ölkələrin başçıları “əsl İslamın və İslama layiq həqiqəti” başa düşürlər…  

Faruk Çakır

Yeni Asya (Türkiyə), 05.02.2016

 

 




Yuxarı Əvvələ Ana Səhifə