XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 10:12

Rus nəşri: [color=red]İŞİD Pakistanda möhkəmlənir[/color] – Təhlil

Pakistan hadisələri Rusiya mətbuatında çox yer tutmur. Beynəlxalq yeniliklərdə də bu ölkə az-az yada düşür.

Bununla belə, orada birinci dərəcəli olmasa da, tamamilə diqqətəlayiq hadisələr baş verir. Heç olmasa, ona görə ki, bu, nüvə silahlı dövlətdir. Pakistan kənar müşahidəçiyə etibarlı milli təməl üzərində qurulmuş monolit dövlət görünür. Lakin əslində orada xeyli cürbəcür düyünlər vurulub.

Yoxsul və narahat Paksitanın sıx əhalisinin (təxminən, 200 milyon) 97%-i mömin müsəlmanlar təşkil edir. Bunun 75%-i sünnilər, 20%-i şiələrdir. Orada pəncablar (44, 68%), puştunlar (15,42%), sindhlər (14,1%), səraiklər (8,38%), mühacirlər (hindistanlı məcburi köçkünlər – 7,57%) və bəluclar da (3,57%) yaşayır. Qalan 5%  xristianlar, induistlər və digər dini-milli azlıqlardır.

Ölkənin banisi Muhəmməd Əli Cinna sünnilərlə şiələr arasında fərq qoymur və dini inanc haqda suala “Nə sünniyəm, nə şiə, mən müsəlmanam” cavabını verirdi. Lakin onun “vahid müsəlman milləti” konsepsiyası axıradək gerçəkləşdirilmədi. Pakistanın növbəti rəhbərləri İslam kartını öz məqsədləri naminə oynatmağa üstünlük verdilər. Məsələn, Zülfüqar Əli Bhutto spirtli içkçilərin satışını qadağan etdi və istirahət gününü cümə gününə keçirtdi.

General Ziya ul-Həq federal şəriət məhkəməsi tətbiq etdi və Pakistanda qüvvədə olan 1511 qanundan 267-sini qeyri-islami elan etdi.

Bənazir Bhutto ikinci dəfə hakimiyyətə gələrkən, “Camaati-İslami”yə qarşı olaraq “Camiət Uləmai-İslam”ın başçılığı ilə islamçı patiyaların dəstəyinə bel bağladı. Elə ölkənin indiki baş naziri Nəvaz Şərif də başçılıq etdiyi və Paskistanın aparıcı təməlçi təşkilatlarının dəstəklədiyi “Demokratik İslam alyansı”nın seçkilərdən qalib çıxması sayəsində hakimiyyətə gəlib.

Bütün bu daxili proseslər geopolitik durumunu buludsuz adlandımaq mümkün olmayan bir ölkədə baş verib. Nə qonşu Hindistan, nə Çin, nə Əfqanıstan və nə də İran onun ənənəvi müttəfiqidir. Bu ölkələr onlarda məskunlaşmış xalqların dünyagörüşü, özünəməxsusluğu və mədəni ənənələrində öz izini buraxmış müxtəlif qədim sivilizasiyalara və dinlərə sahibdir. Onlara ərazi yaxınlığı Hindistan sivlizasiyasının varisi olan, eyni zamanda siyasi-dini mexanizmləri ərəb-müsəlman dünyasından mənimsənmiş Pakistan dövlətinin etnik-mədəni bazisində öz əksini tapmaya bilməzdi. Buna görə də ölkədə məskunlaşmış xalqlar “biz kimik və dünyadakı yerimiz haradadır?” sualına indiyədək cavab verə bilmir. Eyni zamanda Pakistan gənc dövlətdir. O, suveren siyasi təşkilat qismində Britaniya Hindistanının 1947-ci ildə bölünməsi nəticəsində meydana çıxıb. Müasir dünya, insanların davranışı ölkə sakinlərinin düşüncə və ideyaları ilə ziddir. Onlar cəmiyyətin mövcud təşkilinə uyğunlaşma üsulu tapmır və yaxud başqa sözlə, öz həyatlarının mənası kimi qavranılası inkişaf modelini əldə edə bilmirlər. Nəticə isə orada yaşayan insanların beynində hökm sürən və dinlərarası kəskin münaqişələrə səbəb olan ideoloji hərc-mərclikdir. Söhbət birinci növbədə son zamanlar rəhbərlərdən heç birinin sünnilərlə şilələr arasındakı durdurmağa müvəffəq olmadığı daimi dini münaqişədən gedir.

Pakistan hökumətinin etirafına görə, dini ziddiyyətlər zəminindəki İslam ekstremizmi və terrorizmi problemi daxili sabitliyi və ölkənin milli təhlükəsizliyini təhdid edən miqyaslara keçib.

Bir neçə ay əvvəl Pakistanda İŞİD rəhbərliyinin məxfi sənədi aşkarlanıb. 32 səhifəlik mətndən aydın olur ki, bu qurumun ən yaxın vəzifəsi Əfqanıstan və Pakistan taliblərinin bazasında Hindistanda müharibə törtməyə qabil olan vahid ordunun yaradılmasıdır.

Sonradan İslamabaddakı Laal məscidinin bəzi tələbələrinin İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içdiyi video-məlumat yayılarkən İŞİD-in Pakistanda mümkün varlığı diqqəti cəlb etdi. Bundan başqa, İŞİD-in Pakistandakı varlığının digər ciddi sübutu bu günlərdə Sind əyaləti polisinin komandiri Qulam Heydər Camalinin terrorçu qruplaşmanın “Ləşkəri-Cəngvi” vəhhabi təşkilatı ilə yaxın münasibətdə olması və şiələrə qarşı terror hücumu həyata keçirtmək niyyəti haqda açıqlaması oldu. Sind əyaləti polisinin komandiri Senatın daxili işlər üzrə komitəsinin üzvlərinə istinadən bildirir ki, Pakistan şiələri İŞİD terrorçu qruplaşmasının hücum siyahısında birinci yerdə durur.     

Bu arada Pakistan Xarici İşlər nazirinin müavini İzəz Əhməd Çoudri İŞİD qruplaşması üzvlərinin bu ölkədə varlığını təkzib etdi. Məmur əlavə etdi ki, İaslamabad heç kimə bu təşkilatın döyüşçüləri ilə əlaqə yaratmağa imkan verməz və Pakistan terrorçu qruplaşmalarla, o cümlədən İŞİD-lə vuruşmağa qadirdir.

O, qeyd etdi ki, Pakistan hökuməti xalqın dəstəyi sayəsində terrorla mübarizədə uğura nail olub.

Onlardan hansının haqlı olduğunu zaman göstərər. Hələlik xatırladaq ki, “İslam xilafəti” həqiqətən də kürəsəl hədəflər car edir. “İslam və şəriət normaları”nln silahlı yolla tətbiq edilməli olduğu bölgələr kimi təkcə Yaxın və Orta Şərq ölkələri yox, həm də İspaniya, Böyük Britaniya, Avropanın digər ölkələri, Yer kürəsində digər xeyli ərazilər, perspektivdə isə bütün planet elan edilib.

Əlbəttə, “dünya xilafəti” yaratmaq ideyası sayıqlamadır. Lakin orta əsrlər sandığından yüksək texnologiyalar zəmanəsinə çıxardılan, eyni zamanda şübhəsiz ruhsal boşluğu ifadə edən bu ideya təkcə Suriya və İraqdan tərəfdarlar toplamır. Bu yaxınlarda Cakartada dinc sakinlərin qəddarcasına gülləborana tutulması KİV-də “İŞİD-in fəaliyyətinin Güney-Şərqi Asiyaya yayılması” kimi müzakirə edildi. Həm də yada salsaq ki, İndoneziya son zamanlar Ağ Evin “çəkindirici” bağırtılarına fikir vemədən Çinlə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir, onda nəticəyə gəlmək olar ki, İŞİD-in hücumları daha çox bölgənin bütün müsəlman ölkələrində varlığı və gücünü sərgiləmək üçün nəzərdə tutulub. Söhbət fiziki gücdən deyil, ciddi ideoloji təzyiqdən gedir. İŞİD öz hücum obyektinə nə qədər yaxındırsa, yerli cəmiyyətə basqı bir o qədər  çoxdur və İŞİD daha çox mənəvi və maliyyə dəstəyi əldə edir. Bu qruplaşma hansısa səbəbdən Yaxın Şərqin bu və ya digər hissəsində başlıca olaraq Rusiya və İranın təşkil eydiyi müqavimət sayəsində hakimyyətdən məhrum olarsa, Şərqdə – Pakistanın da daxil olduğu Böyük Xorasan ərazisində yeni xilafətin yaranması üçün ilkin şərtlər formalaşacaq. Xüsusən ona görə ki, İŞİD artıq hakimiyyətsizlik xaosuna qərq olmuş qonşu Əfqanıstanda kök atmağa cəhd edir. Onda Pakistan “daraq”dan niyə düşsün və İŞİD-in birnömrəli hədəflərindən biri kimi qeydə alınmasın? Hətta ölkədə hər bir məhəllədə məscid var və həm də boş qalmır. Şəriətin öyrənilməsi üzrə 20 mindən çox məktəbdə gənclərə təkcə Quran deyil, həm də hərbi hazırlıq təlim edilir. Qeyd edilməlidir ki, müəllimlərin onlara münasibəti olduqca ciddidir. Məsələn, şagird məşğələyə bir-iki dəqiqə yubansa, ləngimədən cəzasını alır. Pakistanlıların özləri hesab edirlər ki, bu, aydınlanmaya yoldur. Fərz edilsə ki, məktəblərin hamısı ildə yüz min şagird hazırlayır, onda razılaşın ki, bu, ekstremist qruplaşmaların tamamlanması üçün əməlli-başlı ehtiyatdır.

Pakistan siyasətçiləri İŞİD tərəfdən təhlükələrdən açıq danışmamağa üstünlük verirlər. Bəlkə də, ona görə ki, bu cinayətkar təşkilatın daşıyıcıları ilə barışmaz mübariz kimi özlərini hələlik büruzə verməyiblər. Bəlkə, həm də ona görə ki, “möhkəm arxa cəbhə”yə ümid bəsləyirlər – Pakistan dünyada sayca altıncı orduya malikdir. Xüsusi təyinatlıları isə dünyanın xüsusi bölmələrinin sırasında səkkizinci yerdədir.

Boris Savodyan

REGNUM İA, 07.02.2016

 




Yuxarı Əvvələ Ana Səhifə