XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 07:21

İsrail mətbuatı təşviş içində: [color=red]Rusiya “Hizbullah”a ən müasir silahlar satır[/color] – Təhlil

 

Bu günlərdə sosial şəbəkələrdəki paylaşmalar İsrail ordusuna çoxdan məlum olanları təsdiq edir:  “Hzbullah” Rusiyadan müasir silahlar, o cümlədən raket və tanklar ala bilib.

Bəs “Hizbullah” müasir tanklar və “yer-yer” sinifli raketklər ala bilibmi? Bu barədə, ən azı, “Tvitter”dəki çoxsaylı qeydlər şahidlik edir, istifadəçilərin yayımladığı fotoşəkillər isə şübhə yeri qoymur. İstefadakı general-mayor, AMAN Hərbi Kəşfiyyatı Analitik Bölməsinin keçmiş rəisi, Milli Təhlükəsizlik Şurasının keçmiş sədri və Baş nazir Benyamin Netanyahunun müşaviri Yaakov Amidror iki həftə öncə deyib: “Rusiyanın ən müasir silahları “Hizbullah”ın əlindədir”.

Amidror bu açıqlamanı “Midraşa Sionit” təşkilatının keçirdiyi konfransda verdi. Bu arada İsrail ordusu Suriya və Livan tərəfdən cihadçılar və “Hizbullah”ın hücumu halında fəaliyyəti təkmilləşdirməkdən ötrü quzey sərhəddə təlim keçirdi.

Amidror ilk dəfə açıq şəkildə dedi ki, “Hizbullah” Suriyada vətəndaş müharibəsinin fonunda müasir silah əldə edib. İsrail hərbçiləri bu haqda açıq şəkildə yox, yalnız bağlı qapılar arxasındakı söhbətlərin gedişində danşmağa üstünlük verirlər. Amidrorun sözləri bu günlərdə, ehtimal ki, suriyalı müxtəlif istifadəçilərin yayımladığı fotoşəkillərlə təsdiqini tapdı. Fotolarda Nəsrullahın Suriyadakı adamları cürbəcür müxtəlif silahlarla silahlanıblar.

Fotoların birində Rusiyanın T-90 tankı görünür. Tankı qruplaşmanın bayrağını tank qülləsinə taxmaqdan çəkinməyən “Hizbullah” döyüşçüləri idarə edir. İstifadəçilərdən biri məlumat verir: “Bəli, bu “Hizbullah” bayraqlı T-90-dır”.

Bu, Rusiya istehsallı əsas döyüş tankı, Amerikanın “Abrams” və İsrailin “Merkava” tankları ilə bir sırada ən yaxşı tanklardan biridir.

“Nöqtə” kimi məşhur olan, həmçinin Rusiya istehsalı OTR-21 raketinin göründüyü fotoşəkil daha böyük təşviş doğurur. İddia olunduğu kimi, “Hizbullah” döyüşçülərinin bu raketi Suriyaya buraxdığı iki foto dərc edilib. Bu cür raket çəkisi yarım ton olan döyüş başlığını daşımağa və modifikasiyadan asılı olaraq 75-180 km məsafədəki hədəfi vurmağa qadirdir.

Güman etmək olar ki, İsrail aşkarlanması və məhv edilməsi asan tanklardansa daha çox bu raketlərdən ehtiyat edir. Raketlər artıq öz effektivliyini sübut edib – xüsusən də nəzər alınsa ki, İsrail hələlik raket atəşlərinin hamısından müdafiəyə malik deyil.  

“Hizbullah” iki yüksəkrütbəli təmsilçisi bu yaxınlarda bildirdi ki, Əsəd ordusuna kömək üçün birbaşa Rusiya hərbçilərindən silah alırlar. Hizbullahçılar Daily Beast-ə deyiblər ki, Rusiya tərəfi onlara “yer-yer” raketləri, lazer nişangahlı raketlər və tank əleyhinə müasir raketlər verir. Əlbəttə, hamısı Rusiyanın istehsalıdır. Bütün bu silahlar İsrail hərbçilərini son dərəcə narahat edir və HHQ-nin “Hizbullah” üçün yüklərə bir neçə dəfə hücumu bu narahatlıqla bağlıdır.

İsrail ordusunun səylərinə baxmayaraq, görünür, “Hizbullah” İsrailə qarşı növbəti müharibədə hökmən istifadə edəcəyi xeyli Rusiya silahları əldə edib. Qruplaşmaın xatırladılan təmsilçilərinin sözlərinə görə, Rusiya silahları verərkən heç bir tələb irəli sürməyib. Rusiya bu iddiaları təkzib edir. İsrail parlamentinin xarici və müdafiə məsələləri üzrə komissiyasının toplantısında İsrailin Moskva səfiri Svi Hefets çıxış etdi. Onun sözlərinə görə, Rusiya İsraili əmin edir ki, “Hizbullah”ın Suriyadakı döyüşçülərinə silah verməyib və bu niyyətdə deyil. Bununla belə, şəbəkədə yayımlanmış fotoşəkillər nəsə əksinə danışır.

Şay Levi

Mako (İsrail), 09.02.2016