XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2015 - 03:57

Mixail Xodorkovski: “Putin – cinayətkar qruplaşmanın üst örtüyüdür”

“Putin bədheybət deyil

YUKOS neft şirkətinin keçmiş ortağı Mixail Xodorkovski ehtimal edir ki, Rusiyada hakimiyyət dəyişikliyi, şübhəsiz ki, bizim dövrümüzdə baş verəcək (güman ki, “saray çevrilişi nəticəsində”) və qansız ötüşməyəcək. Lakin Putindən sonra “yalnız daha yaxşı ola bilər”.

Strateq.az Mixail Xodorkovskinin “Welt am Sonntag”saytına verdiyi müsahibəyə əsasən bildirir ki, o, indiki Rusiya hökumətini “yüksək dərəcədə mərkəzləşdirilmiş, lakin zəif” hesab edir: prezident Putin “öz seçiminə əsasən məhdud sayda məsələyə son dərəcə effektli şəkildə nəzarət edə bilər”, lakin “xeyli sayda məsələni eyni zamanda həll etmək iqtidarında deyil”.

Xodorkovski xatırlayır: “Hətta sovet dövründə də siyasi büro var idi, baş katib öz qərarlarında müstəqil deyildi, sistem rejimi proqnozlaşdırmağa imkan verirdi. Putinin son illərdə institutların dağıdılması üzrə həyata keçidiyi iş isə ona gətirib çıxartdı ki, Rusiyada heç bir önləmə və müqabil sistem yoxdur” .

Keçmiş oliqarx hesab edir ki, “Putin repressiyaların genişləndirilməsinə hazırdır. O bunu çox da istəmir, bədheybət deyil. Digər tərəfdən, bu onun özü üçün də mənfi nəticələr törədə bilər. O, sərt repressiyalar üçün elitanın özünü də təmizləməyə hazır olmalıdır. Stalinin dövründə əhalinin orta hesabla 2%-i, güc strukturlarında isə hər dörd nəfərdən biri repressiya edilmişdi. Putin buna hazırdırmı? Buna şübhəm var”.

Jurnalistin “çoxları qorxur ki, Putindən sonra durum daha da pis olacaq” replikasına cavab olaraq Xodorkovski deyib: “Hesab edirəm ki, Putin öz işini sonadək görəcək. Ondan sonra ancaq daha yaxşı ola bilər”.

Xodorkovskinin baxışına görə, “rejimin dəyişilməsi hökmən bizim dövrümüzdə baş tutacaq”, lakin bu “Rusiya üçün o qədər də böhranlı vəziyyət deyil, rejimin Şərqi Ukraynada və Quzey Qafqazda siyasətini törədən durum daha təhlükəlidir. Mən inanmaq istərdim ki, eskalasiya olmayacaq, lakin bu ehtimal böyük deyil. Putin də davamlı eskalasiya istəmir. O, artıq başa düşür ki, orada döyüşmüş adamlar üçün daha ideal deyil. Eyni zamanda, Putin Rusiyanın silahlı vətəndaşlarının Şərqi Ukraynada mümkün qədər daha çox qalması üçün əlindən gələni edəcək. çünki bu adamların Rusiyaya qayıtması durumu lap təhlükəli edəcək. öz hakimiyyətininin dayanıqlığı baxımından ona dondurulmuş münaqişə sərfəli olardı. Bu həm də başqa bir səbəbə görə zəruridir. Ukraynanın iqtisadi uğurları Rusiyada sürətli demokartik dəyişikliklərin təminatı ola bilərdi. Təəssüf ki, Putin də bunu anlayır. Buna görə də onun üçün prioritetlərdən biri Ukrayna eksperimentinin uğursuzluğudur”.

Xodorkovski çeçenistan başçısı Ramzan Kadırovla Rusiyanın güc qurumları arasındakı münaqişə barədə belə deyib: “Kadırovun qruplaşması cinayətkar etnik qruplaşmadır. Qanunu müdafiə etməli olan adamlar qarışa bilmirlər, çünki bu qruplaşmanın üst örtüyü Putindir”.

Oliqarxın fikrincə, Rusiyada “saray çevrilişi mümkündür” və “güc strukturlarının iştirakı ilə münaqişə bunun ilkin şərti ola bilər. Oyunun digər iştirakçıları buna qadir deyil. Kadırovla bağlı durumun göstərdiyi kimi, belə bir münaqişə meydana çıxa bilər”.

Müsahibə vaxtı dialoq mövzusu bir neçə dəfə qaldırılıb – onu kimlə və necə aparmaq olar: “Qərbdə indiki Kreml rejimi ilə uzunmüddətli razılaşmaların əldə edilə biləcəyini deyən kəs ya axmaqdır, ya da yalançıdır. Hər bir razılaşma hər saniyə onun pozulmasının əlverişliliyi baxımından nəzərdən keçiriləcək. Bu onu bildirirmi ki, danışıqlar aparmaq lazım deyil? Xeyr, insanlar hətta müharibə vaxtı da danışırlar… Mənə deyəndə ki kiminləsə dialoq aparmaq mümkün deyil, öz həyatımın son 10 ilini yada salır və qımışıram. Necə oldusa, millətçi (Vladimir) Kvaçkovla eyni kameraya düşdüm. Biz normal şəkildə söhbət edir və məişət problemlərini həll edirdik. Əvvəllər düşünmürdüm ki, belə insanlarla hətta ünsiyyət imkanı tapa bilərəm… Hesab edirəm ki, hamı ilə dialoq aparmaq mümkündür, lakin bu o demək deyil ki, hamı bağışlanmalıdır. Onun tərəfdarıyam ki, tövbə edənlər bağışlansın. (“Rosneft”in prezidenti İqor) Seçini mühakimə etməyinə dəyərdi. Mən məhkəmədə şahid ifadəsi ilə çıxış etməyə hazır olardım”.

Xodorkovski Rusya həbsxanasından azad olunması haqda deyib: “Mən dərk edirəm ki, bu imkanlar pəncərəsi müəyyən adamların – (Hans-Ditrix) Genşerin, (Angela) Merkelin və bizim hüquq müdaiəçilərinin köməyi ilə açıldı. Hər şeyi xatırlayıram, mən insanam və bu, Almaniyanı, Merkeli və Putini şəxsən qavramağıma emosional təsir göstərir”.

Xodorkovski özünü Putinin böyüdüyü mühitin təmsilçisi hesab edir: “Biz eyni şəraitdə tərbiyə olunmuşuq. Onun danışıqlarına baxanda, uşaqlığımız son dərəcə oxşar olub. Ancaq mən planlı şəkildə “küçə”ni özümdən yox etməyə cəhd edirdim. Putin isə prezident olduqdan sonra onu özündə becərməryə başladı”.