XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2016 - 13:26

Britaniya mətbuatı: [color=red]Rusiya Hələbdə Amerikanın və bütün dünyanın ağzından vurdu[/color] – Təhlil

Bütün dünyanın gözü qabağında intensiv bombardman Suriyada ən böyük şəhəri humanitar fəlakət həddinə çatdırıb. Durum Sarayevonun 20 il əvvəlki mühasirəsini xatırladır.

Con Kerri asanlıqla təslim olmur. ABŞ dövlət katibi çərşənbə günü Münhendə Suriya sülh danışıqlarının aparılmasına yönəlmiş yeni diplomatik səylərdə təkidli olacaq. Lakin onun qətiyyətinə baxmayaraq, yerdəki gerçək durum nəinki dönüşə səbəb olur, həm də Amerika və Qərb strategiyasının rabitəliliyi və əsaslılığı haqda daha ciddi şübhələr doğurur. Rusiya HHQ İranadan kömək alan hərbi birləşmələrə və Suriya hökumət qoşunlarına dəstək verərək artıq bir həftədən çoxdur üsyançıların tutduğu, nə zamansa Suryanın ən böyük şəhəri olmuş Hələbi bombardman edir. Əgər müharibənin bu məhv strategiyası davam etsə, Suriya vətəndaş müharibəsində qüvvələr balansı kökündən dəyişiləcək. Kerrinin təklif etdiyi danışıqlı həll baş tutmayacaq və qüvvəsini itirəcək, çünki Suriyada daha danışıqlar masasının arxasında təqdim ediləsi müxalifət qalmayacaq.

Əslində, Hələbdə və ətrafındakı humanitar fəlakət dünyanı durumu yenidən mənalandırmağa məcbur etməlidir. Qışın soyuğunda Türkiyə sərhədində artıq on minlərlə Suriya vətəndaşı var. BMT-nin məlumatına görə, hazırda çəllək bombaların atıldığı Hələbdən daha 300 min nəfər qaça bilər. Bu insanlara elə gəlir ki, Surya hökumət qoşunlarının şəhəri götürəcəyi halda onları hansı aqibətin gözlədiyini bilirlər. BMT-nin bu günlərdə yayılmış məruzəsində Əsəd rejiminin tətbiq etdiyi işgəncə üsulları kütləvi qırğın adlandırılıb. 2011-ci ildə rejimə qarşı üsyanın rəmzinə, 2012-ci ildə isə müxalif güclərin qalasına dönmüş Hələb şəhərini mühasirə, aclıq və kütləvi qırğın təhdid edir.

Rusiyanın Suriyaya dörd ay davam edən hərbi müdaxiləsinin yekunu bu müharibədə dönüş məqamı ola bilər. Lakin daha çox insan iztirabı doğuracaq və nəticədə İŞİD-in işinə yarayacaq. 2013-2014-cü illərdə İŞİD-i Hələbdən qovmuş həmin qruplaşmaların özü bu gün hücum obyekti olub. Suriyadakı durum cəmi bir həftə ərzində pisdən dəhşətliyə keçdi. Kerri bunu çox yaxşı bilir və var gücü ilə danışıqların keçirilməsinə təkid edir. Lakin bununla Obama administrasiyası strategiyasının bu gün  tam iflasa uğradığından doğan tutqun vəziyyəti gizlətmək olmaz. Birləşmiş Ştatların və müttəfiqlərinin guya dəstəklədiyi üsyançılar tank əleyhinə və zenit qurğularına ehtiyac duyurlar, lakin heç nə onların bunu əldə edəcəyindən xəbər vermir. Heç nə dəyişilməsə, onların darmadağını ancaq vaxt məsələsi olacaq.

Yəqin ki, münaqişənin bu böhranlı anında Amerika siyasətini qaydaya salmaq artıq mümkün deyil. Lakin olduqca önəmlidir ki, Vaşinqton öz səhvlərinə görə aşkar hesabat versin. Suriyada “qırmızı xətlər” gah görünür, gah da yox olurdu, yekunu isə nəhəng insan qurbanları oldu.  Moskva isə sübut etdi ki, Əsəd rejiminə dəstək verməkdə xeyli dərəcədə ardıcıldır və Qərb öz müttəfiqləri ilə müxalifətdə dəstəkdə ondan əməli-başlı geri qalır. Həmçinin aydın deyil ki, Kerri bu həftə diplomatiya uğursuzluğa düçar olsa, ABŞ-ın başqa “təsir vasitələri” olacağını bildirərəkən nəyi nəzərdə tuturdu. Əldə olan məlumata görə, Rusiya martın 1-ə bombardmanı dayandırmağı təklif edib. Lakin bu abırsız təklif ona Hələbin işğalı və məqsədinə çatmağa üç həftə vaxt qoyur.

Sərt gerçəklik belədir ki, Rusiyanın hərbi müdaxiləsinə görə ABŞ-ın çox az fəaliyyət variantı qalıb. Bu müdaxilə üzündən Suriyanın quzeyində Qərbin təmin edəcəyi və mülki əhalini və üsyançıları qorumalı olan “uçuşsuz zona” yaratmaq haqda bütün söhbətlər hər cür mənasını itirdi. Bunu müharibənin daha erkən mərhələlərində etmək olardı, lakin hazırda bu cür tədbirlər Rusiya ilə daha geniş münaqişə təhlükəsi yaradar ki, Obama administrasiyası tam anlaşılan səbəblərə görə buna yol verməz. Bu gün Hələbdə baş verənlər tezliklə Sarayevonin 1990-cı illərdəki mühasirəsini yada salacaq, lakin bu dəfə heç haradan kömək gözlənilmir, nəticə isə qaçqın böhranının güclənməsi – o cümlədən, Avropada – olacaq. Bu, Qərbin Suryadakı iflasının simvoludur. Hələb artıq BMT-nin vicdanında ləkə oldu. Bu şəhər indi nə qədər xeyirxah görünmək istəsə də, Amerika administrasiyasının nüfuzunda ləkəyə çevrildi.

The Guardian (Böyük Britaniya), 11.02.2016