XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 14:55

Rus milliyyətçiləri: [color=red]Rusiya dövlətçiliyi təhlükə qarşısındadır[/color] – Təhlil

Rusiyanın bəzi ekspertləri xəbərdarlıq edirlər ki, Kremlin Rusiyanın imperiya özəllkləri ilə bağlı potensial problemlərlə məşğul olmamaq istəksizliyi dövlətin ərazi bütövlüyü üçün təhlükə yaratmağa başlayır.

Rusiya tarixində tez-tez baş verdiyi kimi, ölkədəki iri iqtisadi böhran yenidən coğrafi müstəviyə keçib. Bu, Rusiyanın çoxmillətli mövcudluğu, həmçinin dövlətin spesifik  strukturu üzündən baş verir. Ölkənin siyasi sistemi, bir qayda olaraq, hədsiz dərəcədə mərkəzləşdirilib ki, bu da iqtisadi çətinliklər dövründə dayanıqsızlıq vəd edir. Kremlin sədaqəti sadəcə satın ala bilmədiyi bölgələr pis dövrlərdə yuvasına çəkilməyə başlayır. Bu özəllik 1917 və 1991-ci illərdə  partlayıcı iğtişaşlara səbəb oldu. Moskvadakı bir analitik mərkəzin iddiasına görə, indi isə ölkədə yenidən oxşar tendensiyalar meydana çıxır.

Milli straegiya institutu (MSİ) yanvarın sonunda “Qeyri-vahid Rusiya: etnik siyasət üzrə məruzələr” adlı məruzlər məcmuəsini nəşr etdirib. Məcmuədə təşviş doğuran bir neçə ictimai-siyasi tendensiyaya işarə edilir.

Məcmuənin xülasəsində deyilir:

“Radikal islamçılığın intişarı, keçmiş SSRİ-nin güney respublikalarından idarəolunmz mühacirət, etnik mütəşəkkil cinayətkarlığın və klan biznesinin təsiri, milli zəmində tarixi antirusiya miflərinin alovlanması, bölgələrdə etnokratik elitaların iddiaları, hərbi münaqişələr zəmini və Rusiyanın güney hüdudlarında qaçqınlar dalğasının əmələ gəlməsi – bu kitabda nəzərdən keçirilən çağırış və təhlükələrin natamam siyahısı budur”.

MSİ yanvarın 27-də “Yaxın Şərqdə böhran və Rusiyada etnik-dini təhlükələr” mövzusunda dəyirmi masa keçirtdi. Tədbir çəçivəsində yuxarıda xatırladılan nəşrin əsas qənaətləri təqdim edilib. Məcmuə müəllifləri hesab edirlər ki, Yaxın Şərq böhranının çoxüzlülüyü (İŞİD-in meydana çıxması, Rusiyanın Suriyaya hərbi müdaxiləsi və Türkiyə ilə artan gərginlik) Rusiyada onsuz da qəliz etnuk-dini durumu mürəkkbələşdirir və ölkə üçün təhlükəsizlik sahəsində yeni risklər yaradır. Bu risklər 2015-ci ilin sonunda xüsusilə aşkara çıxdı və onu üç ümumi kateqoriyaya bölmək olar.

Ən çox diqqət çəkən kateqoriya “alternativ loyallıq” konsepsiyasının yayılmasıdır.

Rusiya bölgələri içində – xüsusən də müsəlman və türk xalqlarının məskunlaşdığı ərazilərdə – mərkəzi hökumətə və onun siyasətinə sədaqət şübhəli görünür və “siyasi etirazların artması üçün şərait yaranır”. Hətta alternativ loyallıq Türkiyə və Yaxın Şərq ölkələrinin Rusiyanın Volqaboyu, Krım və Quzey Qafqaz bölgələrinin müsəlman-türk əhalisinə təsir etməyə cəhdi sayəsində dini, mədəni və iqtisadi şəbəkələrin tam bir sistemi ilə qidalandırılır.

İkinci böyük risk zonası müxtəlif bölgələrdə siyasi elitaları arasında daha müstəqil fəaliyyət tendensiyası ilə yanaşı etnik millətçiliyin artmasıdır. Yerli elitalar – xüsusən də Tatarıstanda –  Rusiya-Türkiyə münaqişəsində Moskvann tərəfində durmağa çox da tələsmədi.

Araşdırmada deyilir:

“Ənənəvi etnik müsəlman qrupların məskunlaşdığı Rusiya bölgələrində İslam radikalizmi dini-milli separatizmlə sıx şəkildə çulğaşır. Bu cür bölgələr (türk xalqlarının məskunlaşdığı) Volqaboyu və Quzey Qafqaz rayonlarıdır”.

Üçüncü risk zonasında Rusiyanın strateji sərhədləri boyunca sosial gərginliyin intişarı imkanı mövcuddur. Rusiyaın Suriya münaqişəsindəki rəqibləri (birinci növbədə Türkiyə) “dişbatan rayonlar”da, yəni Qafqazarxasında, Krımda və Mərkəzi Asiyada mövcud problemlərdən və gərginlikdən istifadə etməyə çalışa bilər. Rusiyanın nüfuz dairəsinin xarici perimetri boyunca potensial intişar böyük ehtimalla Rusiyanın özündə ən problemli bölgələrə mənfi şəkildə təsir edə bilər.

MSİ-nin məruzələr məcmuəsi bu təşkilatın Rusiyada ictima-siyasi durum və millətlərarası münasibətlərin təhlilinə həsr edilmiş və “etnik-dini risklər”ə xüsusi diqqət ayıran nəşrlər silsiləsində sonuncudur.

MSİ təkcə 2014-cü ildə “mədəni baxımdan yadelli” mühacirlərin (əsasən, Mərkəz Asiyadan və Qafqazdan) Rusiyanın təhlükəsizliyinə qarşı yaratdığı təhdid və çağırışların araşdırılmasına aid dörd məruzə dərc edib.  İnstitutun analitikləri həmçinin keçmiş SSRİ-nin qeyri-slavyan respublikaları ilə viza rejiminin tətbiq edilməsini fəal şəkildə təbliğ edirlər.

MSİ 2009-cu ildə ziyalıların millətçi əhvai-ruhiyyəli təmsilçilərinin müstəqil analitik mərkəzi kimi yaradılıb. Bu birləşmənin lideri fəal şəkildə yazan və öz fikirlərini yaxşı ifadə edə bilən rusiyalı millətçi Mixail Remizovdur. Onun Putin administrasiyası ilə qəliz münasibətləri formalaşıb: Rusiya hökumətinin müşavirlər qrupu ekspertlər Şurasına daxil olsa da, milli məsələdə Kremlin siyasətini dəstəkləmir. Remizov bu günlərdəki müsahibəsində bildirib ki, ölkəni idarə edən elita “Rusiyanı rus mədəniyyətinin üstünlük təşkil etdiyi, birinci növbədə rus ölkəsi” kimi qoruyub saxlamağı əsas məqsəd kimi qoymur. Özünü isə “RF-nın təkamülcə ruslaşdırılması tərəfdarı” kimi təqdim edib.

Bu cür mövqe və MSİ-nin son nəşrlərində ehtiva edilmiş qənaətlər isə, çox güman ki,  etnik millətçi deyil, imperiya millətçisi olan Putinə hədsiz dərəcədə radikal görünür.  

Maraqlıdır ki, “Qeyri-vahid Rusiya: etnik siyasət üzrə məruzələr” məcmuəsi əvvəlki nəşrlərdən fərqli olaraq, institutun saytına qoyulmayıb. Mümkün səbəblərdən biri odur ki, bu, kommersiya nəşridir. Lakin həm də mümkündür ki, MSİ Kremli qəzəbləndirməməyi qət edib, ya da Remizovun hökumətdəki tanışlarından kimsə bu cür “fitnəkar” araşdırmanın pulsuz kütləvi yayılmasının ağılsızlıq olduğuna işarə edib.  MSİ məcmuəsinin əsas qənaətləri oxucuya bəz tarixi paralelləri xatırladır. İddia olunur ki, Rusiyanın “etnik-dini landşaftı” getdikcə  “minalanmış sahəni yada salır”.

İyirmi beş il öncə milli ərazilərin birləşdiyi federasiya – SSRİ haqda nəsə buna bənzər sözlər danışırdılar….

 

İqor Torbakov

Upsala universiteti və İsveçrə Södertyorn universitetinin baş elmi əməkdaşı

EurasiaNet.org., 11.02.2016