XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 08:33

Türk ekspert: [color=red]Xristian dünyası İslam aləminə qarşı birləşir[/color] – Təhlil

Uzun illərdir elə hey deməkdəyik ki, gözlənilməz nəticələr verə biləcək “kürəsəl dini müharibə gedir”.

Bu haqda deyəndə və yazanda bəziləri bizi sui-qəsd nəzəriyyəsi tərəfdarlarına, digərləri müharibə qızışdırıcılarına aid edir. Bu cür istənilən hadisədən Qərbin qalib çıxacağına inananların hamısı xəfifcə qımışır və bizim dəyərləndirməmizə əhəmiyyət vermir. Bütün bunlar məlum və gözləniləndir, bununla belə bizim üçün o qədər də önəmli deyil. Biz kiməsə nəyisə sübut etməyə, yaxud təlqin etməyə çalışmırıq.

Gəlin, yenidən hər şeyi öz yerinə qoyaq və biçimlənmiş mənzərəyə nəzər salaq. Roma papası 2014-cü ilin dekabrında jurnalistlər qarşısında çıxış edərkən dedi: “Üçüncü dünya savaşı artıq başlanıb. Qismən”.

2014-cü ilin dekabrında papanın vasitəçiliyi ilə ABŞ-la Kuba arasındakı düşmənliyə son qoyuldu. 50 illik ədavətin yerini barışıq tutdu. ABŞ-ın əlaltından təhrik etdiyi Rusiya 2015-cü il sentyabrın axırında Suriyanın işğalına qoşuldu – artıq ABŞ, Avropa və İranın iştirak etdiyi işğala. Suriya müsəlmanlarını qətlə yetirmək üçün Rusiyadan gələn təyyarələrə, tanklara, silahlara, raketlərə, hərbçilərə pravoslav keşişlər xeyir-dua verirlər. Məsələn, Rusiya patriarxı işarə etməyi yaddan çıxartmadı ki, Suriyanın işğalı – “səlib müharibəsi”dir.

2014-cü ildə Roma papası və Konstantinopol (İstanbul-red.) partiarxı Varfolomey birgə ibadət etdilər. Fevralın 12-də Kubada papa Fransisklə patriarx Kirillin danışığı baş tutdu. Beynəlxalq sionizmlə əməkdaşlıq edən xaçpərəst aləmi müsəlmanlara qarşı birləşir. ABŞ, Avropa, Rusiya, İsrail və İran indiki anda antimüsəlman ittifaqı yaradıb. Gəlin, nəhayət, həqiqətin gözünün içinə baxaq. İslam dünyası xüsusunda ABŞ-la Rusiya arasındakı fikir ayrılıqları yalnız görüntüdür. Bu səhnə nizamı ona görə oynanılır ki, onların arasındakı gizli ittifaqı ifşa etmək mümkün olmasın. Suriya böhranının lap əvvəlindən ABŞ və Rusiya müttəfiqdir. Qalanı əfsanədir.

Lakin İslam ölkələri bu səlibçi-sionçu ittifaqa qarşı nə edir? Xaçpərəstlərin və sionçuların birliyi müsəlman ölkələri alyansının yaradılması üçün bəhanə oldu. 2015-ci ilin dekabrında Ər-Riyada toplaşmış İslam ölkələri vahid islam ordusu və birləşmiş kəşfiyyat  mərkəzinin yaradılmasını elan etdi. Bu ittifaqa 40-dan çox dövlət qoşuldu. Bundan sonra ABŞ, Avropa, Çin, Rusiya, Misir və Suriyada olduqca önəmli və səciyyəvi hadisələr baş verməyə başladı. 2016-cı il Rusiyada böyük şokla başladı. İki Rusiya generalı – onlardan biri Ukraynanın işğalını koordinasiya edir, o biri isə Rusiyanın Suriyanı işğalını planlaşdırır və eyni zamanda Rusiya Baş qərargahında kəşfiyyatın başçısı vəzifəsini tuturdu – eyni gündə qətlə yetirildi.

Son 15 günün hadisələrini nəzərdən keçirək. Əvvəlcə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil ibn əl-Cubeyr bütün dünyaya meydan oxudu:

“Biz ABŞ-da, Avropada, Çində yerləşən və dünya iqtisadiyyatına pay verən İslam dünyasına məxsus yatırım və vəsaitləri geri çəkə bilərik – bu isə 7,6 trilyon dollardır. Qoy qərbli və çinli dostlarımız bir daha ölçüb-biçsinlər ki, belə olan halda dünya iqtisadiyyatının başına nələr gələr… ”

Çin Xarici İşlər naziri bu hədə-qorxudan iki gün sonra sıradakı açıqlamanı verməyi lazım bildi:

“Biz Suriyaya və yaxud Yaxın Şərqin istənilən digər münaqişə zonasına hərbçilər və yaxud əməliyyat qüvvəsi göndərməyi planlaşdırmırıq”.

Sonra qiyamçı Əs-Sisiyə tabe olan Misir Ali Məhkəməsi “Müsəlman qardaşlar”ın Kirdas hadisələrinə görə ittiham edilmiş 149 tərəfdarına münasibətdə çıxardılmış ölü hökmünü ləğv etdi.

Hələbdə müxalif qüvvələr İranın 34 nəfərlik ölüm eskadronunu, o cümlədən briqada generalını və kapitanı mühasirəyə alıb əsir götürdülər. İranın altı döyüşçüsü həlak oldu.

Türkiyə-Suriya sərhədindəki Türkmən dağlarında Ruisya və Suriya generallarının görüşünün keçirildiyi qərargaha hücum nəticəsində 15 yüksək rütbəli zabit həlak oldu. Onların dördü Rusiya, beşi Suriya generalı idi.

Rusiya Baş qərargahının rəisi Valeri Gerasimov “İnterfaks”la söhbətində bildirdi:

“Suriya hadisələrinə görə məsuliyyət tamamilə Türkiyənin üzərinə düşür. Bu insident bizim səbir kasamızı daşırdı. Bu, böyük hücumdur və onu dalında duran yeganə qüvvə türklərdir. Biz görürük ki, türklər döyüş meydanında, həm də Suriyanın bir çox rayonlarında çox effektivdirlər. Biz bu qətli unutmayacağıq. Bu, türklərin bizə – ruslara qarşı birinci əməli deyil. Onlar Çeçenistanda, Ermənistanda, Ukraynada, Krımda həmişə bizə qarşı çıxış ediblər”.

Xarici İşlər naziri Sergey Lavrov bu qətldən sonra bəyan etdi:

“Ankaranın həyata keçirtdiyi aksiya Rusiyaya misli görünməmiş meydan oxumaq idi. Bu bizim seçimimiz deyildi”.

Səudiyyə Ərəbistanında “terrorizmdə şübhə üzrə” on amerikalı həbs edildi. ABŞ Dövlət Departamentinin təmsilçisi də bu ölkədə Amerika vətəndaşlarının həbsi faktını təsdiq etdi.

İndi isə bir neçə kəlmə Türkiyəyə qarşı sanksiyalar tətbiq etmiş və bu gün böhran yaşayan Rusiya iqtisadiyyatı haqda. Rusiya cəmiyyətində skeptik qırım güclənir. Keçən il orta əməkhaqqının səviyyəsi 1,1 min dollar idisə, bu gün 450 dollardır. Moskvada ofis əmlakının dəyəri hər kvadrat metrə görə əvvəlki altı min dollardan iki min dollaradək düşüb. Fəal antitürkiyə təbliğatına baxmayaraq, Rusiya hökuməti indi ciddi tənqidə məruz qalır.

Xalq sual verməyə başlayır: “Bizim Suriyada nə işimiz var?”

Bundan başqa, Ukraynadan Rusiyaya hər gün həlak olmuş beş-on nəfərin cəsədi gəlir. Bu məlumatların dərc edilmədiyinə baxmayaraq, cəsədlər həlak olanların qohumlarına təhvil verilərkən hərbçilər arasında məlum olan itkilər ciddi narazılıq doğurur.

Baş nazir Davudoğlu xatırladır ki, müharibə başlanandan bəri Suriyada 24 İran generalı həlak olub. Sonra davam edir:

“Heç kim unutmamalıdır ki, soyuq savaş dönəmində Əfqanıstana girmiş sovet ordusu fövqəldövlət qüdrətinin zirvəsində ölkəni məğlub kimi tərk etdi. Bu, Suriyaya girənlərin hamısını başına gələck”.

Yəqin ki, Davudoğlu Suriyadakı bütün xarici işğalıçılara meydan oxuyur.

İslam dünyasındakı çağırışların vahiməyə saldığı Avropa və onun liderləri, xüsusən də Angela Merkel Ankaranı inandırmağa çalışırlar. Suriyadakı şəraitin sürətlə dəyişdiyini görən İsrail lobbisi də Ankaranın qapısını döyür.

Qarşıda isə daha hərəkətli və isti günlər var… Ən yaxşısına ümid edəcəyik…

Alpər Tan

Stratejik Dusunce Enstitusu (Türkiyə), 12.02.2016