XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 May 2015 - 05:39

Qərb Rusiya və Çindən nələri öyrənə bilər? – Təhlil

Amerikanın baş rol aldığı müttəfiqlik münasibətləri çürüməyə başlayır

Rusiyanın təşəbbüsü ilə mayın 11-də Aralıq dənizində Rusiya-çin hərbi-dəniz təlimləri başlandı. Orada doqquz döyüş gəmisi iştirak edir. Təlimin əsas mövzusu dünya okeanının uzaq bölgələrində gəmiçiliyi qoruma təhlükəsizliyidir. Bu günlərdə Moskvada Qələbə Gününə həsr edilmiş parad keçirildi. Rusiya və çin dünya ictmaiyyətinin diqqətli marağını çəkir və birgə hərbi-dəniz təlimləri bu marağı yalnız daha da artırdı. Bununla bağlı Qərb KİV-də bədgümanlıqla dolu xeyli məqalələr göründü.

İngiltərənin “Telegraph” qəzeti yazır ki, “Moskva və Pekin Qərbin beynəlxalq münasibətlərin dinc inkişafı və çiçəklənməsi ümidlərinə növbəti dəfə təhdid yaradır.”

Rusiya-çin baxımına görə, bu cür kəskin ifadələr eşitmək olduqca qəribədir. RF və çXR dəfələrlə bildirib ki, onlar müttəfiq deyil, tərəfdaşdır və Qərbin sağlam düşünən sakinlərinin çoxdan bunu başa düşməyinin vaxtıdır.

Rusiya ilə çinin strateji tərəfdaş olması yalnız zəmanəmizin geniş yayılmış dünya tendensiyasıdır. Bununla belə, aydındır ki, onların münasibətləri ABŞ və Yaponiyanınkı kimi hərbi ittifaq deyil. Qərbin düşünməyinə dəyər ki, madam Moskva ilə Pekinin yaxınlaşması onu bu cür rahatsız edirsə, onlara nəsə bir pislik edibmi?

Rusiya ilə çinin tərəfdaşlığı hər iki tərəfin maraqlarına uyğundur. Bu maraq təkcə iqtisadi əməkdaşlığı inkişaf etdirmir, həm də təhlükəsizlik hissini gücləndirir, dünya güclərinin tarazlığını saxlamağa yardım edir. Lakin Rusiya-çin strateji tərəfdaşlığı hər bir ölkənin yüksəlişi üçün yetərli zahiri şərt deyil. Buna görə də öz dostluqları ucbatından qalan dostlardan məhrum olmaq istəmirlər.

Bundan başqa, Moskva ilə Pekinin müttəfiq dövlət olmağa niyə hazır görünməməsinin başqa səbəbləri də var. Hər iki ölkənin son dərəcə böyük mədəni fərqləri mövcuddur. çin – Asiya ölkəsidir, Rusiyanın isə özəl statusu var: o, Avrasiya dövlətidir. Onda həm Avropa, həm də Asiya özəllikləri güclüdür. RF və çXR bərabərhüquqludur. Onlar bir tərəfin aparıcı, digərinin isə ikinci dərəcəli rol oynadığı ABŞ və Yaponiyaya bənzəmir. Bu cür ölkələrin ittifaq bağlamağı çox çətindir – yalnız söhbət ölüm-dirimdən gedərsə.

Rusiya ilə çin qonşudur. Tarixi təcrübə öyrədir ki, iki qonşu dövlətə təbii ehtiyat tədbirləri xasdır. Həm də müttəfiq olmaqdansa tərəfdaş olmaq daha yaxşıdır. Sovet İttifaq ilə çXR nə vaxtsa alyans yaratmışdı. Lakin bu və ardınca gələn münasibətlərdəki haçalanma hər iki tərəfə dərindən təsir etdi. çin xalqı 50-ci illərdə hansı durumun olduğunu xatırlayaraq, səmimi şəkildə hesab edir ki, Moskva ilə Pekin arasındakı münasibətlər bu gün tarixdəki ən yaxşı dövrünü yaşayır. Biz çox ümid edirik ki, rusiyalılar da eyni fikrə tərəfdardırlar.

Lakin həm Rusiyada, həm də çində insanlar bu ikitərəfli münasibətlərin mürəkkəbliyini unutmurlar. RF 1991-ci ildə inkişafın Qərb yolunu seçdi. Onda güclü idarəçilik nüvəsi qalsa da, əslində, sistem Qərb yolu ilə inkişaf etməyə başladı.

çXR-də isə uzun illərdir marketləşmə (mal mübadiləsi və maddi marağa əsaslanan bazar münasibətlərinin bütün iqtisadiyyata və cəmiyyətə yayılması – red.) davam edir. çin cəmiyyətinə fikir plüralizmi xasdır. Buna görə də həm Moskvada, həm də Pekində Rusiya-çin strateji tərəfdaşlıq münasibətlərinin mürəkkəbliyi haqda ehtiyatlı söz-söhbətlər eşitmək mümkündür.

Həm də qeyd etmək lazımdır ki, iki ölkə sakinlərinin əksəriyyəti hər halda bu münasibətləri dəstəkləyir. Tarixi qənaətlər və Qərb illüziyaları bu inamı kökündən sarsıda bilməz. Rusiya-çin münasibətlərinin normallaşmasından sonra Rusiya və çin liderlərinin bütün sonrakı nəsilləri onun sonrakı inkişafı uğrunda çıxış ediblər. Bu cür münasibət ölkələrin rəhbərlərinin şəxsi siyasi üstünlük konsepsiyasından, həmçinin hər iki tərəfin qısamüddətli maraqlarından daha önəmlidir.

Qərb beynəlxalq münasibətlərin qurulması prinsiplərindən son dərəcə yaxşı xəbərdardır. Lakin qeyd etməmək olmaz ki, hədsiz özünə inam və xudbinlik Qərb dünyagörüşünü daraldıb. Qərbin gözünü açıb baş verənləri izləməsinə dəyər.

Moskva ilə Pekinin “müttəfiqlik yox, tərəfdaşlıq” prinsipi üzrə qurulan münasibətləri dövlətlər arasındakı münasibətlər barədə ənənəvi Qərb təsəvvürünü pozdu və XXI əsrdə münasibətləri necə qurmağın timsalına çevrildi. Amerikaya baş rol ayrıldığı müttəfiqlik münasibətləri çürüməyə başlayır və Qərbdəki bəzi adamlar artıq bu iyi hiss edirlər. Lakin onlar hələlik beynəlxalq münasibətlərə təzə baxışla, başlıcası isə başqa rakurs altında baxmağı sınamayıblar. Lakin ümidvarıq ki, Qərb sakinlərinin siyasi hissiyyatı ən sonda onları aldatmayacaq.

Хuantsyu şibao qəzeti (çin), 12.05.2015