XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2020 - 23:45

İran-ABŞ yumağının erməni çözümü:qorxudulmuş cəmiyyət daxili həyatını effektiv təşkil edə bilməz - TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 14 yanvar 2020-ci il

 

İlin əvvəlində həyata keçirilən, bayram əhvali-ruhiyyəsini həyəcanlı gözləyişə çevirən “Bağdad qətli” erməni cəmiyyətinin dərin problemlərindən birini üzə çıxarıb. Bu problem ilk baxışda zaman və məkanda kifayət qədər pis görünür, lakin praktiki erməni dövlətçiliyinin, demək olar ki, üç onilliyinin gedişinin, yumşaq desək, eniş-yoxuşu və səmərəsizliyinin əsasında yatır.

İran-ABŞ istiqamətində hadisələrin qaynar inkişaf etməsi, sağlam düşüncəli istənilən cəmiyyətdə olduğu kimi, Ermənistan cəmiyyətində də anlaşılan narahatlığa, qayğıya, risk və təhdid qiymətləndirməsinə səbəb oldu. Ancaq bu reallıq bir çox halda akademik və ritorik “qablaşdırmada” təqdim edilməsinə baxmayaraq, demək olar ki, həmişə olduğu kimi, tezliklə panika xəttini və qiyamət gözləntilərini keçdi.

Praktiki, orta statistik Ermənistan vətəndaşına təqdim olunan şərhlər arasında dərin planda “Biz fəlakət qarşısındayıq və bizimlə nə baş verəcəyini gözləməliyik, ən başlıcası isə qarışmamalıyıq!” kimi bir siqnal daşıyanları üstünlük təşkil edirdi. Erməni dövlətçiliyinin əsas “oriyentiri” – “istiqamətverici” cəhəti, düşüncəsi, fəlsəfəsi məhz bu məxsusi natamamlıq kompleksi idi. Özü də müharibədə qalib gəldikdən çərək əsr sonra…

İlk baxışda siyasi olmayan bu ünsür, əslində, siyasəti diktə edirdi və bu, ortadan qaldırılması yalnız inqilab vasitəsilə mümkün olan, seçkilərin saxtalaşdırılması, ictimai resursların talan edilməsi, tayfabazlıq, (respublikaçılığın yerinə) əyançılıq və digər yerdə qalan qüsurların hakim olduğu sistemdən fərqlənən bir sistemin formalaşması prosesinin əsasında dururdu.

Nəhayət, həm ictimai, həm də “elita” səviyyəsində təşəbbüskarlıq deyil, “müdafiə” psixologiyası formalaşdıran bu natamamlıq kompleksi ictimai və dövlət siyasəti çərçivəsində plankanı əhəmiyyətli dərəcədə aşağı endirdi. Dərin planda, məhz bu aşağı səviyyəli plankalar ictimai və dövlət problemlərilə bağlı elitaların əl-qolunu bağlayır, onları ictimai və dövlət qaynaqları ilə bağlı məsələlərə münasibətdə daha sərbəst buraxır. Bütün bunların əsasında dünyagörüşü, dünyaqavrayışı, dünyadərki problemləri və elitanın öz rolu və missiyasını dərk etməməsi yatır.

Nəticədə, keçmiş hakim sistemin necə qiymətləndirilməsindən asılı olmayaraq, aydın olur ki, dəyərlər sistemi planında bu sistem ictimai psixologiya əsasında qurulubdur. Bu səbəblə, hazırda – hakimiyyət dəyişikliyinin problemlərin öz-özlüyündə həll olunacağına gətirib çıxaracağı ilə bağlı yalnış təsəvvürün formalaşdığı bir dövrdə dəyərlər sistemində, dünyagörüşü və dünyadərkində inqilab daha zəruri olub.

2020-ci ilin başlanğıc dramatik hadisələri növbəti dəfə Ermənistan cəmiyyətini formullaşdırılmaya və ictimai-siyasi diskursda baxılmaya ehtiyacı olan bu vəzifə qarşısında durmağa məcbur etdi. Dünyadakı hadisələrin inkişafı ilə bağlı panika komplekslərilə qorxudulmuş və özünü natamam hiss edən cəmiyyət daxili həyatının effektiv təşkilinə və buna uyğun olaraq, öz beynəlxalq rolu ilə bağlı bazanın modernləşdirilməsinə nail ola bilməz.

Tərcümə Strateq.az-ındır