XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

13 May 2015 - 10:24

Cırtdan Rusiyanın dünyaya nüvə hədəsi – TƏHLIL

“Təsadüfi nüvə müharibəsinin baş verəcəyini istisna etmək olmaz”

Bu yaxınlara qədər Amerika nüvə qüvvələrinin komandanı olmuş general Ceyms Kartrayt bildirib ki, “Rusiya və ABŞ xüsusi xidmətlərin pis işi və yaxud qarşı tərəfin hərəkətinin yanlış dəyərləndirilməsi nəticəsində “təsadüfi” nüvə savaşı aça bilər”.

Biz general Valdemar Skşipçak və “Dziennik Zbrojny” portalının baş redaktoru Mariuş çelmadan bu mövzunu şərh etməyi xahiş etdik.

General Valdemar Skşipçak: Mən nüvə müharibəsi perspektivini istisna edirəm. O, Karib böhranı zamanı qızışa bilərdi. Bütövlükdə müharibə ancaq siyasətçilərin və bəzi ekspertlərin ağzında var. İnsanların bu nüvə müharibəsi ilə qorxudulmasının nəyə hesablandığını bilmirəm, lakin cəmiyyəti sakitləşdirmək üçün edilmədiyi aydındır. Hesab edirəm ki, bu, cəmiyyəti qorxutmaq istəyən adamların oyunudur. Polyaklar qorxmurlar. Məncə, “İskəndər”lərlə, nüvə silahı ilə qorxutmaq mənasızdır. Biz buna artıq alışmışıq. Biz praktik olaraq Karib böhranı dövründən, yəni 1962-ci ildən bu təhlükə ilə yaşayırıq! Bu mövzunu hey müzakirə edir və dirildirlər. “İskəndər”lər məsələsi həmişə qalxır. Bu yaxınlarda hətta dedim ki, onda qoy onların qızıldan başlığı olsun, biz qızılı yığıb bundan yaxşıca qazanarıq. Mən belə bir təhlükə görmürəm. Bu arada Yaxın Şərqdə və Afrikada durumun necə inkişaf edəcəyini bilmirik.

Güman edirəm ki, hazırda bizm problemimiz Rusiya tərəfdən deyil, Brüsselin başısoyuqluğu üzündən Afrikadan Avropaya müdaxilədir.

Əlbəttə, idarəçilikdə elektron sistemlərdən istifadə zamanı kompüterin səhvini istisna etmək olmaz. Təhlükəsizlik sistemi pis işləsə, nə istəsən, baş verə bilər – misal üçün, çernobıl və Fukusima kimi. Adamlar elektronika, avtomatlar, robotlar və kompütelərın nəzarətinə tam inanırsa, təsadüfi nüvə müharibəsinin baş verəcəyini istisna etmək olmaz. Amerika generalının təyini buradan götürülüb. Baş verənlər üzərində effektli nəzarət olmayanda hər şey baş verə bilər. Məsələn, səhv buraxmış kompüterlərin törətdiyi zərbə mübadiləsi. Kiminsə nüvə böhranı təşkil etmək qərarı alacağına şübhə edirəm. Fikrimcə, bu, istisna olunur.

Bu cür ifadələr silahlanma yarışının güclənməsinə xidmət edir və siyasətçilərin siyasi məqsədlərinə çatmasına kömək edir. Siyasətçilər daha çox bizneslə bağlı olur (bu xüsusən ABŞ-a aiddir) və istisna etmək olmaz ki, yalnız hərbi büdcənin artırılması xatirinə təhlükədən danışırlar. Həmişə belə olub. Bu, ABŞ xarici siyasətinin ayrılmaz elementidir. Rusiyada da belə görünür. Onlar qarşılıqlı şəkildə bir-birinə sarınır və buna görə də zəruri şeylər üçün pul yoxdur, ancaq silahlanmağa var. Hər şeyə görə bədəl ödəmək lazım gəlir. Təhlükəsizlik bizim ölkəyə də baha başa gəlir.

Güman edirəm ki, Polşanın nüvə dövləti olması lazım deyil, bu bizim heç nəyimizə yaramır. Biz NATO-dayıq. Bundan başqa, nüvə müharibəsi ehtimalını istisna edirəm. çünki hansı ölkələrin bu silaha malik olması kontekstində bu, sadəcə, dünyanın sonu olar. Ancaq dəli Yer kürəsini məhv etməyə cürət edər. Söhbət bir neçə dövlətin məhv edilməsindən getmir: nüvə müharibəsi bütün yerüzünün məhvinə gətirib çıxardar.

Mariuş çelma: Biz, adətən, cari hadisələri hisslər prizmasından şərh edirik. İndiki durumda bu da daha çox tələsik şərhdir. Vəziyyətə Soyuq müharibə hadisələri – Karib böhranı, Varşava blokunun çexoslovakiya əməliyyatı, Polşada hərbi vəziyyət, Afrikadakı münaqişələr, Əfqanıstana müdaxilə baxımından yanaşılsa, mənə elə gəlir ki, nüvə müharibəsinin başlanması üşün hiss olunacaq təhlükə yoxdur. Güman edirəm ki, qarşı tərəfdə də ağıllı adamlar var və hətta postsovet məkanında nüfuz uğrunda mübarizədə çətin ki nüvə silahına əl atalar.

“fronda.pl”(Polşa)

13.05.2015