XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 12:39

İsrail vahid ərəb ordusundan niyə xoflanır? – TƏHLİL

Yaxın Şərqdəki köhnə müttəfiqlər daha ABŞ-a güvənmir

Yaxın Şərqdə Amerika siyasətinin dəyişilməsi, xüsusən də İrana münasibətdə düşmənçilik xəttindən çəkilmə ərəb ölkələrinə öz təsirini göstərdi. ABŞ-ın bölgədəki köhnə müttəfiqləri ehtiyat edir ki, təhlükəsizlik məsələlərində daha Vaşinqtona güvənə bilməzlər. İŞİD-i, Yaxın Şərqdə hökm sürən hərc-mərcliyi, Suriyanın qeyri-müəyyən gələcəyini əlavə etsək, onda tamamilə aydın olur ki, ərəb dövlətləri Liqasını vahid hərbi qüvvə yaratmaq qərarına hansı amillər təhrik edir. Təxminən, iki həftə əvvəl ərəb ölkələri – Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Küveyt və Fars körfəzi əmirlikləri ordularının qərargah rəislərinin iştirakı ilə Qahirədə sammit keçirildi. Silahlı qüvvələrin vahid komandanlığının yaradılması barədə qərar qəbul edildli. Ərəb ölkələrinin liderləri iyunun sonuna qədər bu qərarın icrası üçün üsul tapmalıdırlar. Ehtimal ki, Vaşinqtonda ərəblərin yeni təşəbbüsünə hamı valeh olmayıb. Bu addım ABŞ siyasəti və İranın nüvə proqramı üzrə müqavilə bağlamağa cəhdə qarşı aşkar narazılıqdan xəbər verir. Yekunda ABŞ iki cür reaksiya verdi. Amerikalılar rəsmi səviyyədə bu təşəbbüsü alqışlayırlar, lakin eyni zamanda ərəb ölkələrinə işarə vururlar ki, buna ehtiyac yoxdur. çünki Vaşinqton onları taleyin ixtiyarına buraxıb Yaxın Şərqdən getməyə hazırlaşmır və bunu ərəb ölkələrinə irihəcmli silah tədarükü ilə sübut edir.

“The Washington Times” nəşrinin xəbər verdiyi kimi, Vaşinqton Amerikanın müdafiə nazirliyi ilə yaxşı münasibətlər saxlayan Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrinə indiyədək ancaq İsrailə tədarük edilən müasir silahları tədarük etməyi ölçüb-biçir. Fransa isə bu yaxınlarda Qətərlə çox ciddi silah sazişi imzalayıb.

Əlbəttə, hadisələrin bu inkişafı həm siyasi, həm də müdafıə sahəsində İsrail üçün də nəticələr törədəcək. Bəzi nəticələr müsbətdir, digərləri daha çox mənfidir. Müsbət aspektlərə İranınn nüvə proqramı timsalında ümumi təhlükənin dərk edilməsini aid etmək lazımdır. ABŞ-ın ərəb müttəfiqləri İsrailin narahatlığını bölüşür və faktiki olaraq, Yerusəlim, Ər-Riyad, Qahirə, Əmman və digər paytaxtların iştirakı ilə vahid birlik biçimlənib. Hərçənd ki bu cür antiiran alyansı qeyri-rəsmi də qalacaq. ABŞ dövlət katibi Con Kerrinin “isterika” dediyi məsələ, əslində, Yaxın Şərq dövlətlərinin əksərinin İran təhlükəsinə ölçülü-biçili münasibətini ifadə edir. İsrailin baş naziri nasist Almaniyası üzərində qələbənin 70 illiyi münasibətilə Latrundakı çıxışında bu konsensus barədə xatırlatdı və qeyd etdi ki, ola bilsin, bu durum fələstinlilərlə münaqişəni nizamlamağa kömək edəcək. Yeri gəlmişkən, bu ehtimal indiki mərhələdə ancaq nəzəri olaraq qalır. İsrailin Fələstin dövlətinə münasibətdə təməl tələblərindən biri onun silahsızlaşma statusuna və digər ölkələrlə hərbi ittifaq bağlamaq qadağasına aiddir.

İsrail həmçinin nəzərə almağa borcludur ki, bölgədəki ümumi sabitsizlik nəzərə alınmaqla həm ərəb ölkələrinin vahid silahlı qüvvəsinin yaradılması, həm də ərəb ölkələrinə silah tədarükünün mənfi nəticələri dedikcə realdır. ABŞ həmişə təkrar edir ki, ərəb ölkələrinə istənilən silah tədarükü İsrailin qonşu ölkələr üzərində hərbi keyfiyyət üstünlüyünün aradan qalxmasına gətirib çıxartmayacaq. Konqresin 2008-ci il qərarına uyğun olaraq Vaşinqton bu öhdəliyə əməl etməyə borcludur. Bununla belə, bu öhdəlik zaman-zaman pozulur.

ABŞ özünün starteji hesablamalarında qonşu Kanada və Meksika tərəfdən hərbi təhlükə ehtimalını gözardı etməyə yol verə bilər. Lakin İsrail potensial təhlükəni nəzərə almalıdır, çünki bölgədə durum daim dəyişir. Bu, hətta Yerusəlimin sülh müqaviləsi imzaladığı dövlətlərə nisbətdə də düzgündür. Hələ heç bir sazişimiz olmayan ölkələrdən də hərbi bölmələrin qoşulacağı vahid panərəb silahlı qüvvəsini demirik. İran təcavüzünü önləmək üçün və İranın Suriya, Livan, İraq və Yəməndəki satellitlərinə qarşı yaradılan ordunu alqışlamaq olar, lakin unutmaq olmaz ki, istənilən anda hər şey dəyişilə bilər.

Zalman Şuval

“Israel Hayom” (İsrail), 14.05.2015