XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

05 Mart 2016 - 19:30

Ərdoğan “Zaman” qəzetini niyəhədəfə alıb?

 

zaman

 

Türkiyə polisi ölkənin əsas mətbuat  orqanlarından olan Zaman qəzetinin bağlanmasına etiraz edən nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

 

Polis Amerikada yaşayan dini lider Fətullah Gülənin tərəfdarlarına qarşı basqılarını artıraraq Zaman qəzetinin ofisinə reyd keçirib.

 

İnsan haqları təşkilatları “Zaman”  qəzeti və nun ingilisdilli  “Today's Zaman”ın nəşrinə son qpyulmasına etiraz edir. 

Nümayişlər Türkiyə və Avropa İttifaqının rəsmilərinin sammiti ərəfəsində baş qaldırıb.

Konspirasiya ittihamları

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Güləni ədliyyə sistemi, polis və mediada tərəfdaşlar yaratmaqla hökuməti devirmək cəhdində ittiham edir. Gülən isə iddiaları rədd edir. Onlar arasında düşmənçilik 2013-cü ildən, Gülənin korrupsiya şikayətindən sonra yaranıb.

“Zaman” qəzetinin baş redaktoru Əbdülhəmid Bilici deyib ki, son illər hökuməti tənqid edənlər həbslər və təqiblərə məruz qalır.

Zaman Türkiyənin ən çox satılan qəzetidir. Onun 650 min abunəçisi var.

Tənqidlər


Avropa Parlamentinin nümayəndəsi Kati Piri Tvitter səhifəsində Türkiyə hökumətinin azad mətbuata qarşı hücumlarının təəssüf doğurduğunu yazıb.

Avropa İttifaqı Türkiyəni insan haqlarının vəziyyəti və PKK yaraqlılarına qarşı mübarəzə adı altında mülki əhalinin qətlinə görə ciddi şəkildə tənqid edir.

Türkiyə hökuməti isə bu iddiaları rədd edərək, təhlükəsizlik qüvvələrinin terror təşkilatı ilə mübarizə apardığını bildirir.

Jurnalistlərin Müdafiəsi Təşkilatı Türkiyənin son əməlinə reaksiya bildirib. Təşkilatın rəhbəri Coel Simon deyib ki, Türkiyə rəsmiləri aqressiv əməllərdənsə, azad mətbuat öhdəliklərinə riayət etməlidir.

Türkiyə jurnalistlərin həbsinə görə dünyada öndə gedən ölkələr arasındadır.