XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

06 Mart 2016 - 20:34

Fransa mətbuatı:Putini yerində oturtmağın vaxtı çatıb - Təhlil

putin-666

 

Hazırda, ən azı, 6 ciddi böhran Avropanın sabitliyini möhkəmlik sınağına çəkir: Suriyadakı müharibə üzündən bölgə böhranı, Böyük Britaniyanın AB-dən potensial çıxışı, II dünya savaşından bəri görünməmiş qaçqın axını, həll edilməmiş maliyyə problemləri, Rusya ekspansionizmi və millətçiliyin siyasi həyata dönüşü.

Rusiya prezidenti Vladimir Putin bunların, ən azı, dördünü qəsdən kəskinləşdirir. Putin Ukraynada açıq macərapərətstlikdən başqa, populist və Avropaya şəkkak siyasi patiyalara dəstəklə obstruksionizmi gücləndirir, Suriyaya hərbi müdaxilə ilə Yaxın Şərqdə  münaqişəni qızışdırır və bununla da mühacir böhranını lap gücləndirir. Prezident Putinin simasında Avropanın təhlükəni anlamaq və onun təcavüzünü dəf etməyin vaxtıdır.

Bu gün millətçiliyin bütün Avropada yayılması birinci bövbədə onunla izah olunur ki, Rusiya yüksəlişi AB-yə mühacir böhranına qaşı kollektiv cavab verməyə imkan verməyən ifrat sağ partiyaları maliyyələşdirir. Böyük Britaniyada Putinyönlü Вirləşmiş Krallığın müstəqilliyi partiyası baş nazir Devid Kemeronu sıxışdırır, nəticədə hökumət qaçqınların yerləşdirilməsində lazımi iştirakdan imtina edir. İsveçrə isə bu günlərdə ifrat sağ “İsveç demokratları” partiyasının qüvvə topladığını göstərən sorğuların nəticəsinə görə sərhədləri bağlamaq qərarına gəldi. Və bütün qitə üzrə bu cür  kədərli qənaətə gəlmək olar.

Putin buna paralel şəkildə mühacir böhranının əsas səbəbi olan Suriya münaqişəsinin siyasi həllinin axtarışında beynəlxalq ictimaiyyətin səylərini pozmağa cəhd edir. Suriya hökumətinin Hələbə hərbi müdaxiləsinə Rusiya dəstəyi dünya oyunçularından, bölgə dövlətlərindən və mötədil müxalifətdən (Putin isə durmadan onu atəşə tutur) asılı olan sülh prosesinə zərbə oldu.

BMT-nin məlumatına görə, fevralın 15-də Suriyanın quzeyində məktəb və xəstəxanaların raket atəşinə tutulması vaxtı 50-yə qədər adam, o cümlədən qadın və uşaqlar həlak oldu. Fransa hökuməti bunu haqlı olaraq “hərbi cinayət” adlandırdı. Rusiya buna aidiyyətini qəti şəkildə inkar edir, lakin hadisə yerində Rusuya istehsalllı raketin qırıntıları tapılıb. “Sərhədsiz həkimlər” humanitar birliyi iddia edir ki, zərbənin arxasında yalnız Rusiya və yaxud Suriya hökuməti dura bilərdi.

Bundan başqa, Qırmızı Xaç beynəlxalq komitəsində hesab edildiyi kimi, Hələb ətrafındakı döyüşlər, təqribən, 50 min nəfəri evlərini tərk etməyə məcbur edib. Çarəsiz qalmış bu suriyalıların əksəriyyəti (bunların çoxu qaçmağa pulu olmayanlardır) Türkiyə və Avropaya yollanacaqlar. Rusiya hətta Putinin guya atəşkəs uğrunda çıxış etdiyi yerlərə də bombalar atır. Artıq Kremlin Ukraynadakı davranışının göstərdiyi kimi, Rusiya prezidentinin sözlərinin lap cüzi etibarı da yoxdur. ABŞ-ın diqqəti həllik prezident kampaniyasına qarışdığından Avropa rəhbərliyi qapını döyəcləyən rus ayısının qarşısında tək qalıb. Təcili tədbirlər görməyin vaxtıdır.

Hər şeydən əvvəl, avropalı liderlərin Rusiyanın Avropada bir sıra siyasi partiyaları maliyyələşdirmək mezanizminə ən qısa müddətdə son qoymağının vaxtıdır. Tələb olunarsa, vəsaitlərin məhz necə köçürüldüyünü başa düşməkdən ötrü kömək üçün MKİ-yə müraciət etməyinə dəyər. Avropa partiyalarının Rusiya pulları ilə təminatı  birdəfəlik və həmişəlik dayandırılana qədər işi davam etdirmək lazımdır.

İkincisi, AB-nin Rusiyaya qarşı daha sərt iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşmağı lazımdır. BMT TŞ-nın 2254-cü qətnaməsi Suriyada sülh prosesinin yol xəritəsini ehtiva edir və fəaliyyətdə olan bütün simaları, o cümlədən Rusyanı bu öhdəlikləri yerinə yetirməyə məcbur edir. Rusiya bu öhdəlikləri yerinə yetirməsə, sanksiyaları sərtləşdirmək lazımdır.

Üçüncüsü, Hələbdən və başqa şəhərlərdən qaçqınların üz tutduğu Suriya-Türkiyə sərhəddində təhlükəsizlik zonası yaratmaq məqəsədilə AB-nin Türkiyə və bölgənin başqa dövlətləri ilə işləməyi zəruridir. Bu cür addımın müəyyən risklər olsa da, hələlik heç bir alternativ görünmür.

Nəhayət, Avropanın Putinin əlinə oynamağı dayandırmağının, yəni mühacir böhranına kollektiv yanaşma hazırlamağın vaxtıdır. Bu cür fövqəladə addımlar çərçivəsində sahil mühafizəsi qüvvələrini və polisi Avropanın hüdudlarında yerləşdirmək lazımdır ki, sərhəddi nəzarətdə saxlamaqda Yunanıstana yardım edilsin, həmçinin insanların həyatı xilas edilsin və yeni gələnlərlə məşğul olsunlar.

Eyni zamanda AB-nin vəsaitləri Türkiyə, İordaniya və başqa ölkələrin qaçqın düşərgələrindəki həyat şəraitinin yaxşılaşdırılmasına getməlidir. Avropalı liderlər möhtac olanları öz qanadı altına almalı, qaçqınlara AB-dən hazırda birbaşa olduqları ölkədə sığınacaq xahiş etmək imkanı verməlidir.

Bu yaxınlarda AB-də sabitlik üçün uzunmüddətli perspektivdə başlıca təhlükənin Rusiya olduğunu bəyan edən Corc Soros tamamilə haqlı idi. Lakin AB-nin əvvəlcə laxlayacağı, sonra isə üzərinə əndərilən çoxsaylı böhranın ağırlığı altında tamamilə çökəcəyi haqda proqnozunda yanlış idi. Avropanın özünü göstərməyinin, öz iqtisadi gücünü anlamağı və bundan istfadə edib Putini yerində oturtmağının vaxtıdır.

 

Gi Verhofstadt

Les Echos (Fransa), 06.03.2016




Yuxarı Əvvələ Ana Səhifə