Müharibə partiyası Yaxın Şərqdə yeni müharibə istəyir
Ceb Buş bir həftə özü özü ilə mübahisə edib ki, bir zaman qardaşının yerində olsaydı, İraqda müharibə başlayardımı? Potensial gələcək prezidentimiz bu məsələni saf-çürük edəndə (ümidvaram ki, hər halda bu nə vaxtsa olacaq) bizi daha bir Yaxın Şərq müharibəsinə sürükləmək üçün bütün səylərini kampaniya keçirtməyə toplayacaq – bu dəfə Suriyada Bəşər Əsədin rejimini aşırtmaq üçün.
Əsədlər sülaləsinin gedişinə çox az adam təəssüflənəcəksə də, problem qalır: Əsəd məğlub olsa, onda xristianların qətliamı davam edəcək və “Əl-Qaidə”nin Suriya bölməsi, “ən-Nusra Cəbhəsi” və İŞİD-in havalanmış terrorçuları Dəməşq üzərində nəzarət üçün mübarizəyə başlayacaq. Onlardan hər birinin qələbəsi Amerika üçün fəlakət olacaq.
Günahkar ittifaqın buna gətirib çıxracağının sübutu varmı?
İŞİD könüllülərinin Suriyaya sızmasına göz yuman Türkiyə İŞİD-in Rakka şəhərindəki paytaxtı ilə rəqabət aparılması üçün “ən-Nusra Cəbhəsi”nə Türkiyə sərhədinin yaxınlığındakı İdlib şəhərində öz paytaxtını yaratmağa kömək oldu. İdlibin müxalif qüvvələrin əlinə keçməsini Bəşər belə izah edir: “Əsas amil Türkiyə tərəfdən müxalifətə çox böyük yardım oldu. Bundan başqa, Səudiyyə Ərəbistanı və Qətər onlara maddi-texniki təchizat, hərbi dəstək və əlbəttə ki, maliyyə yardımı göstərib”.
Niyə türklər, səudlar və qətərlilər sünni cihadçıları ilə əlbir olublar? Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Əsədə nifrət edir. Səudlar və Fars körfəzinin ərəbləri şiə İranından qorxur və Tehranın Əsəd kimi istənilən müttəfiqinə amansız düşmən kimi yanaşırlar. Bu həmçinin Yəmənun paytaxtında Amerika-Səudiyyə kuklasını devirmiş və sonra ikinci və üçüncü şəhərləri – Taizlə Ədəni tutmuş qiyamçı husilərin səudlar tərəfindən yeddigünlük vəhşi bombardmanına da aydınlıq gətirir. Həm də qoy husilər bizi sevməsinlər, lakin onlar Ərəbistan yarımadasında “Əl-Qaidə”yə qarşı mübarizə aparırlar. Beləliklə, səud bombardmanları bizim ən təhlükəli terrorçu düşmənimizə – yerli “Əl-Qaidə”yə özünə təhlükəsiz bölgələr yaratmağa və yüzlərlə terrorçu dostunu həbsxanadan azad etməyə imkan verdi.
Deyəsən, israillilər də bu oyuna yazılıblar. Onlar Holan təpələrindəki yaralı qiyamçılara kömək edib öz bölmələrinə qayıtmaq imkanı verərkən məlumat gəlir ki, İsrail “ən-Nusra”ya kəşfiyyat məlumatı və hətta havadan zərbə ilə yardım edir.
İsrail təmsilçisi bu həftə kəskin formada xəbərdarlıq etdi ki, “Hizbullah” İsrailin quzeyindəki hədəfləri vura biləcək 100 min ədəd yaxınmənzilli raket toplayıb və bunların mini Təl-Əvivi dağıda bilər. Bildirildi ki, raketlər Güney Livanın şiə kəndlərində gizlədilib. İzabel Kerşnerin “The New York Times”da yazdığı kimi, İsrail buna “Hizbullah”la növbəti qaçılmaz döyüş kimi yanaşır.
“Hizbullah” Əsədin həmişə ən effektli döyüş müttəfiqi olduğundan İsrailin “Hizbullah”la döyüşü Əsədin devrilməsinə səbəb ola bilər. Lakin yenə də xristian və ələvilərdən başqa kim özünə məzar qazmağa başlayacaq?
Gözlənildiyi kimi, senator Lindsi Qrem özünü bura da çatdırdı. O, aprelin axırında bildirdi: “Əsəd getməlidir… Biz əsgərlərimizi yenidən Yaxın Şərqə göndərməyə hazırlaşırıq”.
Qrem Amerikanın 10 min piyadasını ora göndərməyə hazırdır: “Mən öz qüvvələrimizi bölgəsəl orduda birləşdirərdim. Bu xalqı qorumaq üçün başqa yol yoxdur – bəzilərimizin orada döyüş əməliyyatı aparmasından başqa”.
“The Washington Post” qəzeti tək günü Suriyada müharibə üçün fəaliyyət proqramını ortalığa qoydu. Qəzet yazır: “Niyə biz krallardan, əmirlərdən, sultanlardan (“özünəməxsus”) bir NATO yarada bilmirik?”
Cənab Obamanın həm Amerika maraqlarına, həm də Fars körfəzindəki müttəfiqlərə kömək edə biləcəyi üsul, bax, budur: Yaxın Şərqdə Bəşər Əsədin Suryadakı ən fəlakətli və sabitsizlik yaradan rejiminə hücum etmək. Suriya diktaturası İranın bölgədə ən yaxın müttəfiqidir və onun vəhşiliyi İŞİD-in meydana çıxmasına yol açdı. O bu günlərdə hərbi uğursuzluğa düçar oldu – əsasən də Körfəz ölkələrinin müxalif qüvvələrə yardımı artırması üzündən.
Əgər cənab Obama quzey və güney Suriyada müxaliflər üçün güvənli zona … yarada bilsəydi, onda qüvvələr nisbəti Dəməşq və Tehranın əleyhinə meyllənə bilərdi. ABŞ və müttəfiqləri isə ABŞ liderliyini təsdiq etmək üçün təsirli bəhanəyə sahib olardı.
Burada nə tövsiyə olunduğunu nəzərdən keçirdək. “The Washington Post” istəyir ki, Obama Konqresin razılığı olmadan ən effektli döyüşçüləri “Əl-Qaidə”dən və İŞİD yaraqlılarından olan müxalif qiyamçılara yardım üçün bizə hücum etməyən Suriya xalqını bombardman etsin. Və biz Körfəzin ultravarlı, lakin bədbəxt ərəblərini heç kim sayaraq bu müharibədə vuruşmalıyıq?
“The Washington Post“yazır: “Obama həmçinin “İran təcavüzü xüsusunda çox iş görməlidir”. Lakin İran kimə qarşı təcavüzkarlıq edir? İran Suriyada bizim hələ neçə il əvvəl tanıdığımız və bizə düşmən terrorçu qiyamçıların hücumu altındakı rejimə dəstək verir. İran İraqda bizim dəstəklədiyimiz hökumətə dəstək verir və ikrahla yanaşdığımız İŞİD qiyamçılarına qarşı çıxış edir.
Nəticə: Müharibə Partiyası ABŞ-ı Suriyaya hücuma itələyir ki, bizi İranla qarşıdurmaya vadar etsin və bununla da Amerikanın İranla istənilən nüvə sazişini batırsın.
Kimin marağı naminə?
Patrik C. Byukenen
“The American Conservative” (ABŞ), 16.05.2015