XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 14:07

Beynəlxalq Hesablama Bankı:"Dünya iqtisadiyyatında “fırtına” gözlənilir” –Təhlil

iqtisadi

Beynəlxalq Hesablama Bankı (BHB) müxtəlif pul-kredit siyasəti hazırlayan dünya hökumətlərinin fəaliyyəti nəticəsində törənən “fırtına”nın dünya iqtisadiyyatına hucumu barədə xəbərdarlıq edib.

BHB iqtisadçıları martın 6-da dərc edilmiş qeydlərində hazrkı yetərincə dayanıqsız iqtisadi artımı vurğulayaraq bildirirlər ki, mənfi faiz tarifləri əksər ölkələr üçün gerçəklik ola bilər. Çünki mərkəz banklar gerçək artımı dəstəkləmək və iqtisadiyyatı vuran neft qiymətlərinin öhdəsindən gəlmək üçün imkanlar arayır.

BHB pul-iqtisadiyyat şöbəsinin rəhbəri Klaudio Borio bildirib:

“Bazarların sakitliyi ilə dünya  iqtisadiyyatı arasında artan zəiflik nə zamansa həll olunmalıdır. Son rübdə də daha çox bu prosesin şahidi olduq. Biz kifayət qədər uzun müddətdə yetişən və  yaxınlaşmaqda olan fırtınanın əlamətlərini görürük”.

Borio “Sakitliyin əvəzinə burulğanlıq gəlir” məruzəsində qeyd edir ki, mərkəz banklar 2016-cı ilin ortabab başlanğıcından əməlli-başlı narahatdır.

“Federal Ehtiyatlar Sisteminin dekabrda faiz tariflərini artırmağı 2015-ci ilin sonunda maliyyə bazarlarında hökm sürən sakitliyi pozduğunu demək olmaz. Lakin 2016-cı ilin coşğun başlanğıcı göstərdi ki, fond bazarları 2008-ci il böhranından sonra ən pis satışlardan biri ilə üzləşdi. Birincisi, bazarlar diqqətini Çində iqtisadi artım tempinin azalmasına və inkişaf etməkdə olan iqtisadiyyatların zəifliyinə cəmlədi. Kürəsəl artıma nisbətdə təşvişi neft qiymətlərinin və valyuta kurslarının kəskin şəkildə düşməsi törətdi. Burulğanlıq inkişaf etmiş iqtisadiyyatlara yayıldı, çünki kredit spredlərinin (qiymət fərqləri-red.) genişlənməsi yatırımçıları geriləmə ssenarisi üzərində ciddi şəkildə düşünməyə məcbur etdi.

İkincisi, ümumi fonun pisləşməsi və mərkəzi bankların fəaliyyəti bazarın faiz tariflərinin sonrakı azalması xüsusunda gözləntisini dəstəklədi. Avropa Mərkəzi Bankı (AMB) öz pul-kredit siyasətini yenidən nəzərdən keçirməyin mümkünlüyü haqda açıqlama verdikdə və FES isə mənfi faiz tariflərinin tətbiqini nəzərdə tutan stres-test ssenariləri keçirdikdən sonra Yaponiya bankı yanvarın sonunda mənfi tariflər tətbiq etməklə bazarları şoka saldı. Səhmlərin qiymətləri xeyli güclü şəkildə düşdü – xüsusən də Yaponiyada və avro zonasında. Kredit spredləri bazarların  dünyanın iri banklarının şərti konvertsiya olunan ödənişlərin ləğvi hqda rahatsız olduğu nöqtəyədək genişləndi”.

 

vestifinance.ru, 08.03.2016 

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə