XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

12 May 2020 - 05:05

TÜRKİYƏ “BÖYÜK DÖVLƏT RUHU”nu ÖZÜNƏ QAYTARIR –TƏHLİL

Bülənt Ərandaç

“Takvim”, Türkiyə, 11 may 2020-ci il

 

Prezident Rəcəb Tayyib Ərdoğanın – türk dövlət ağlının imperialistlərə atdığı şillələrin sayının getdikcə artması koronavirus epidemiyasının kölgəsində qalmamalıdır. Liviyada türk hərbçiləri yenə tarix yazır. İmperialistlərin oyuncağı olan Həftər addım-addım torpağa basdırılır.

Türk donaması da Şərqi Aralıq dənizində yenə tarix yazır. İsrail, Kipr və Misirin maddiyyat dalınca gələn dostları bir-bir qaçır. Rumlar və yunanlar ağlayır. Bir zamanlar “Aralıq dənizində xarici donanmalar bayraq yellədir, Türkiyə haradadır?” deyərək, ictimai rəyə yönəlik olaraq keçirilən əməliyyatlardan mədət uman, başda CHPKılıcdaroğlu olmaqla, içimizdəki “ingilislər”in, beyinlərini xaricilərə satanların nə səsi çıxır, nə də nəfəsi.

Strateji Düşüncə İnstitutunun rəhbəri V. Alper Tan, mövcud durumu, koronavirus epidemiyasından sonra strateji həmlələrini çox yaxşı həyata keçirən Türkiyənin yenidən dirilişini “Takvim”in oxucuları üçün dəyərləndirib.

O ruh bədənlə qovuşur

COVİD-19 infeksiyasının yayılması ilə bərabər, müasir beynəlxalq sistemin çürümüş olması və acizliyi ortaya çıxdı, yeni sistem axtarışları və diskussiyaları sürətləndi. Türkiyənin yeni beynəlxalq sistemin əsas aktyoru olmaq yolunda izlədiyi siyasətə baxaq. Necə düşünürsünüz, 600 ildən çox yaşayan və varlığının önəmli bir dövründə dünya güc balansında mərkəzi yer tutan Osmanlı Dövləti I Dünya Müharibəsi nəticəsində parçalanınca və torpaqları paylaşılınca, hər şey bitdimi? Bəzi şeylər davam etmiş ola bilməzmi? Belə böyük bir dövləti bu qədər uzun müddət ərzində ayaqda tutan ruh, şüur, mənəviyyat və ya zehniyyət də coğrafiya ilə bərabər parçalanaraq yox olmuş ola bilərmi? Səlcuqlu və Osmanlı kimi şah əsəri olan dövlətlər yaradan, min illərlə ölçülən dövlət ənənəsi olan bir millətin savaşda məğlub olunca ruhunu, zehniyyətini də itirdiyini düşünmək ağıla, məntiqəuyğun deyildir. Bu ruhu Türkiyə Cümhuriyyəti təmsil edir və davam etdirir. Osmanlı Dövlətinin parçalanmasından sonra bu ruh, çox ehtimal ki, dünyanın böyük hissəsində onsuz da öncədən mövcud olan kəşfiyyat şəbəkəsi və müxtəlif formalardakı sosial şəbəkələr vasitəsilə diri tutulmuş və hər ötən il daha da güclənərək böyümüşdür.

XXI əsrin başlanğıcında NATO-nun konsepsiyasında düşmən kimi əsas hədəf olaraq “İslam” göstərildi. ABŞ “beynəlxalq koalisiya” ilə, Corc Buşun “Səlib yürüşü” adlandırdığı hərəkatla Əfqanıstanİraqı işğal etdi. Qərbin qorxusu, ehtirası və kini o qədər çox idi ki, bu dəfə də İŞİD-i bəhanə edərək, Suriyaya hərb qüvvə göndərdilər. Kiçik bir təşkilata qarşı dünyanın ən güclü ordusuna, iqtisadiyyat və texnologiyasına sahib olan təqribən 70 dövlətdən ibarət “koalisiya” qurdular. Bunların Suriyadakı yerli müttəfiqi isə marksist-leninçi PKK-YPG idi.

Qərbin göstərdiyi bütün bu fəaliyyətlərin əsil hədəfi, Osmanlı Dövlətinin yıxılmasından bəri bədənini axtaran ruhun dönüşünü əngəlləmək və onun daşıyıcılarına gözdağı verməkdir. Türkiyəni “Yeni Osmanlı” olaraq ittiham edərkən, o ruhun təkrar təcəssüm etməsilə bütün müsəlmanların iradə və qərar mərkəzi yerinə çevrilmə potensialı olan Türkiyə nəzərdə tutulur.

Nəticə

Deməli, bu qədər işi bacaran bu güc və enerji artıq ortaya çıxmağa hazırlaşır. Dünyanın yeni nizamının əsas aktyorunun o gücü təmsil edən dövlət olacağı söylənə bilər. Yəni, bir əsrdir açıqca görünməyən, hiss edilməyən, ancaq yaşayan ruh Türkiyə mərkəzli olaraq yenidən təcəssüm edir…