XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

01 İyun 2020 - 14:55

Sevil Nuriyeva erməni Baş nazirin Qarabağ planlarından yazdı:"Paşinyan Şuşa üzərindən özünü xilas etmək istəyir" - TƏHLİL

Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, Türkiyə, 30 may 2020-ci il

 

Bir neçə müddətdir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş torpaqlarında, Qarabağda yeni planlar qurmağa çalışır. Bəyanatları qıcıqlanıdırıcıdır və bu, xüsusilə azərbaycanlıların emosional hisslərinə toxunur.

İşğal edilmiş Qarabağda qondarma “seçkilər” keçirildi və qondarma “baş nazir” seçildi. Bura qədər hər şey aydındır.

Paşinyanın iqtidara gedən yolu küçə nümayişləri ilə gerçəkləşdirildi. Görünən odur ki, Paşinyan siyasətdə təsadüfi bir kimliyə malikdir.

Qərbin ciddi dəstəyini alıb. Səbəbi isə açıqdır! Ermənistan üçün Gürcüstan modelində bir dəyişiklik olmasa da, Qərbə və Rusiyaya məsafəli yeni erməni lider lazım idi. İşğal olunmuş Qarabağdakı həm siyasi xadimləri dəyişdirməyə, həm də Azərbaycanın siyasi rəhbərliyini təhrik etmək üçün belə birinə ehtiyacı var idi.

Hesablar bunu göstərsə də, Paşinyan tez-tez işğal altındakı Qarabağa səfər edir, xüsusən də Qarabağdan, müsəlman türklər üçün əvəzolunmaz yer olan Şuşa şəhərindən mesajlar verməyə başlayır.

Qarabağ xanlığının tarixinə nəzər salsaq, Şuşa şəhərinin müsəlman türk olan Pənahəli xan tərəfindən qurulduğunu bilməyən yoxdur. Şuşa tamamilə məscidlər tərəfindən bəzədilmiş bir şəhər, müsəlmanlar üçün bir ocaq, türk yurdudur. Paşinyanın da məhz hədəfi bu idi – Şuşa üzərindən verilən təxribatçı mesajlar Azərbaycanda insanları küçələrə töksə, özünün Ermənistandakı siyasi vəziyyətini xilas edə bilər.

Paşinyanın Qərb ittifaqı tərəfindən dəstəkləndiyi hər kəs tərəfindən bilinir. Hakimiyyətə gəlməsi ilə, guya, təmizləmə əməliyyatları keçirdi. Ermənistanda hakimiyyətdə olan “Qarabağ erməniləri qrupu”na müharibə elan etdi. Bir neçə sabiq rəhbərlik işçisini məhkəməyə verdi. Oğurluq və korrupsiya ilə əlaqədar yoxlamalara başladı. Ancaq bunu edərkən, özü oğurluq və korrupsiya hadisələrinə qarışdı.

Onun siyasi gələcəyi Ermənistanda müzakirə olunmağa başlayıb. Yenidən seçilmək istəyi ilə yeni bir hərəkətə ehtiyacı var. Bu ehtiyacı Azərbaycan üzərindən dizayn etmək istəyir! Qarabağdakı qondarma “seçkilər”in nəticəsi, qondarma andiçmə mərasimlərinin mərkəzinin Şuşa şəhəri seçilməsi, terrorun Şuşadakı məscidləri və tarixi abidələri məhv edən bir şəkildə tətbiq edilməsi, onun siyasi kariyerasını xilas etmək həyəcanının təzahürüdür.

Əlbəttə, Türkiyənin Şərqi Ağ dənizdəki mübarizəsinə “Liviya – Suriya xəttindəki cəhdləri zamanı əlinə yaxşı fürsət keçdi” yanaşması ilə mövzuya baxması da ssenarinin bir hissəsidir.

Fürsətdən istifadə edərək, işğal altındakı Qarabağın paytaxtını Xankəndidən Şuşaya köçürməsinin altında da böyük təxribatçı planlar yatır. Bu vəziyyət Azərbaycanda ciddi etirazlara səbəb olub.

Hökumətdən müharibə tələbləri artmağa başlayıb. Azərbaycan hökuməti səbrli siyasi bəyanlar çərçivəsində reaksiya verdi. Bəs səbəb? Ermənistan daxilində gedən siyasi gərginliyin bir parçası olmamaq yaxşı düşünülmüş bir strategiyadır. Paşinyanın Qarabağ üzərindən Azərbaycana qarşı təhqiramiz bəyanatlar verməsi, özünün necə bir dalanda olduğundan xəbər verir. Bu səbəbdən Azərbaycan Paşinyanın Şuşadan olan təxribatına qapını açmadı.

Paşinyanın siyasi düşüncəsi və keçmişi olmadığı üçün “dövlətin necə idarə olunduğu, siyasi ağılın necə qurulduğu” suallarına çox cavab vermir.

Ancaq açıq-aydın görünən bir vəziyyət var. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını heç kim tanımasa belə, faktiki vəziyyətdə bütün ssenari işğalın davam etdirilməsi üzərində qurulub. Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Cənubi Qafqazda sabitliyə nail olmaq mümkün deyil. Məlum vəziyyət qonşu Rusiya və İran üçün əvəzolunmaz bir kozırdır. Bu isə məsələnin həll olunmasını çətinləşdirən amildir!

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə