XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

07 İyun 2020 - 21:00

TRAMPIN “ANTİFA” ADLANDIRDIĞI TƏŞKİLAT:Ərdoğan onu xəbərdar etməmişdimi? - TƏHLİL

Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, Türkiyə, 2 iyun 2020-ci il

 

Türkiyədə “Gezi parkı” hadisələri zamanı mərkəzi ABŞ olan nəşrləri yenidən gözdən keçirdim. Meydandakı aktyorları, həmin aktyorlara verilən tapşırıqları, eyni mövzuda məqalələrin oxşar hissələrini indi beynəlxalq mediada görmək mümkündür!

Türkiyə daxilində FETÖ necə bir vasitə idisə, hal-hazırda ABŞ-da olub-bitənləri anlamağımız üçün Trampın hədəf olaraq göstərdiyi təşkilatın missiyasına nəzər salmağımız önəmlidir.

Prezident Tramp “ANTİFA” adlı təşkilatdan söz açır. Bu təşkilatın PYG-YPG ilə bağlılığı etdikləri paylaşımlardan açıq-aydındır.

Gəldiyimiz bu nöqtədə Trampa qarşı bu qiyamlara yalnız ABŞ seçkilərinə az qalmış irqçilik bucağından baxa bilmərik. Hansı ki, bəzi görüntülərin təhrik məqsədli yayımlandığını media siyasətindən bilirik.

ABŞ-ın daxilində baş verən gərginliyi uzun zamandır müşahidə edirik. Demokratların Tramp əleyhinə fikirləri və göstərdikləri münasibət media üzərindən fikir formalaşdırmaq fəaliyyəti kimi anlaşılır.

Əlbəttə, hadisələrin bu şəkildə formalaşmasında Trampın da rolu çoxdur. Meksika ilə sərhədlərin qapadılmasından tutmuş, irqçi münasibətlərdə Trampın ifadələrinin hansı təhrikedici dillə əks edildiyini görməzdən gələ bilmərik. Bəli, bəlkə də ABŞ kimi güclü bir dövlətin küçə nümayişləri ilə sarsıdılması hələlik müzakirə mövzusu deyil. Ancaq qadağaların ortadan qaldırılması ilə yeni bir dünyaya addım atdığımızı da bir tərəfə qeyd edək.

Tramp məsələsinə yaxşıca baş yorma zamanındayıq. Trampı kim və nə üçün endirmək istəyir?  Tramp kimin çarxına çomaq soxur? Biz hansı güclər arasındakı savaşın mərkəzindəyik?

Heç şübhəsiz, bu suallar bizi maraqlandır. Ölkəmizin və bölgəmizin ABŞ-ın siyasəti nəticəsində bu nöqtəyə gəldiyini unutmuruq.

Düşünürəm ki, bölgədə baş verən bütün terror hadisələrinin mərkəzində Vaşinqtonun olduğunu isbat etməyə gərək yoxdur. Onsuz da Tramp bütün sirləri açıq ortalığa qoyub. İŞİD kimi təşkilatların kimin sayəsində İslam aləmini çıxılmaz vəziyyətə saldığını anlamaq üçün Trampın diskussiyalarına baxmağımız kifayətdir.

PKK-YPG kimi təşkilatların kimlər tərəfindən dəstəkləndiyini, Trampın bu dəstəyə sonuna kimi məsafəli dayanmadığını, hətta “Trampdan xəbərsiz bir şeylər baş verir” fikrinin yayılmasını nə üçün mənimsəməliyik? İndi bunu ABŞ-da baş verən  etiraz dalğalarından daha yaxşı anlayırıq.

Demokratlarla Respublikaçıların arasında gedən qarşıdurmanın pərdəarxasını, bundan daha çox isə pulun sahibi olanların nə istədiklərinə baxmağımız lazımdır.

Trampın “inqilabi” açıqlamaları, AB və Çinlə apardığı siyasət, Yaxın Şərq dövlətləri ilə münasibəti, Türkiyəyə, xüsusilə Prezident Ərdoğana baxış bucağı – bütün bunları ayrı-ayrı başlıq altında oxumalıyıq.

Tramp qurulmuş düzənə qarşıdır. ABŞ-ı qurulmuş bu düzəndən qurtarmaq istəyir. “Daha çox pul”, “rifah” deyir.  Gəldiyi gündən bəri, işsizlik statistikasında azalmanın olduğu bir gerçəkdir. Adam verdiyi sözlərin bir çoxunu yerinə yetirmiş kimi görsənir.

İndi isə gələk, Ərdoğanın xəbərdarlıqlarına! Tramp daxil olmaqla, hər kəsi xəbərdar etmişdi!  “Qoynunuzda bəslədiyiniz ilan bir gün sizi öldürəcək” demişdi. Tramp “ANTİFA” təşkilatı deyir. Prezident Ərdoğan “PKK-YPG, FETÖ, İŞİD-ə dəstəyi dayandırın” deyərkən, Trampın adını fərqli səsləndirdiyi həmin ilanın gündəmə gələcəyindən bəhs edirdi.

Həqiqət eynidir! Yetər ki, gerçəyə həqiqət pəncərəsindən baxılsın!

Tərcümə Strateq.az-ındır.