XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

08 İyun 2020 - 23:50

TÜRKİYƏNİN ŞƏRQİ AĞ DƏNİZ SİYASƏTİ BÖLGƏ DÖVLƏTLƏRİNƏ NƏ VƏD EDİR? –TƏHLİL

Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti,  Türkiyə, 06 iyun 2020-ci il

 

Özümüzə çox diqqət yetirmirik. Bəzən başqalarının etdiklərini elə dəyərləndirir, ona elə məna veririk ki, həmin “başqaları” adlandırdıqlarımızın bizi necə dəyərləndirdiyinə, necə başa düşdüklərinə diqqət yetirə bilmirik.

Yanvar ayında bizi oyundan xaricetmə fəaliyyətləri varıykən, bir neçə ay içində balansı öz lehimizə necə döndərə biləcəyimizi anlamaq və anlatmaq lazımdır.

Rusiyanın Liviyada pərdə arxasında “Həftar tərəfdarı”, pərdənin önündə isə “balans tərəfdarı”  kimi görsənməyinin, gözlərimizin önündə dəyişməyinin də tək səbəbi Türkiyədir.

Həftarın uğur qazana bilməyən fiqur kimi ortada qalması ilə ona ümid bağlayanların artıq başqa bir aktyor axtaracaqlarını görürəm. Ancaq gəldiyimiz nöqtə mərkəzi Türkiyə olan aktyorların hələ də fəaliyyətdə olduğunu anladır.

Türkiyə liviyalıların qədərinə öz qədəri kimi baxdığı üçün bunun qarşılığını ala bilir. Məlum məsələdir ki, masa arxasında oturan hər kəs indiyə kimi öz maraqları naminə hərəkət edib. Türkiyə isə həmin masaya oturarkən özü ilə birlikdə tale ortaqlığı etdiyi xalqların qədərini də həmin masada görür.

Liviyada yalnız Şərqi Aralıq dənizi deyil, bütün Aralıq dənizində hakimiyyət üçün bir razılığa gələ bilərik.  Liviya ilə anlaşa bilmək, xalqının mənafeyini mənimsəmək iqtidarında olmaq Aralıq dənizi coğrafiyasında uzunmüddətli sabitliyi təmin edir. Sabitlik Türkiyənin bayrağıdır. Həm özü, həm də tale birliyi etdiyi xalq üçün qurduğu bütün planların mərkəzində sabitlik siyasəti yatır. Çünki həyat sabitliklə bərabər meydana çıxar.  Sabitlik – iqtisadi, siyasi və mədəni inkişafın açarıdır. Sabitlik – xoşbəxt cəmiyyət və inkişaf üçün yeganə yoldur. Türkiyə ümid vəd edir. Heç kim bu ümidi nə Liviyaya, nə də bölgədəki digər ölkələrə və xalqlara vermədi. Hamısı ancaq özünü düşündü.

İndi BƏƏ, Misir kimi başqalarına əlaltılıq edən ölkələrin Liviyadakı qeyri-sabitlik planlarının suya düşməsi Liviyanın uğurunun göstəricisidir və bu, bütün bölgəyə yayılacaq. Beləliklə, Türkiyənin Liviyadakı uğuru, dəstəklədiyi Beynəlxalq Konsensus Hökumətinin Liviyaya bütöv olaraq nəzarərt edə bilməsi, nəticə etibarilə Liviyanı bu uğura aparan ağıla – “Türkiyə ağlı”na hər kəsi müraciət etdirəcək.

Rusiyada Həftar əleyhinə yaranan tənqid və araşdırmaların da kökündə məhz bu yatır.

Bölgə ölkələri üçün Ərdoğanın etibarlı və güvənilən imici Türkiyəni iqtisadi və siyasi olaraq diqqət mərkəzinə çevirir. Görünən odur ki, yaxın zamanlarda Türkiyənin rəhbərliyi ilə dünyada yeni və fərqli güc mərkəzləri formalaşacaq.

Həm hərbi, həm kəşfiyyat, həm təhlükəsizlik, həm maliyyə, həm də maliyyə sektorunda işlətdiyi ağıl və siyasi cəhətdən yeni fikirlər irəli sürə bilən Türkiyənin uzaqgörənliyi onun gələcək yolunu daha da açır.

Liviyanın Aralıq dənizindəki varlığının müvəffəqiyyəti, həm siyasi, həm də iqtisadi cəhətdən düzgün həmlələr, Liviya, Tunis, Əlcəzair, Somali kimi ölkələrin Türkiyə ətrafında birləşmək arzusu ilə keçən dövr Türkiyəni mərkəz halına gətirir. Əlavə olaraq, Rusiya, ABŞ, Fransa, İspaniya kimi ölkələrin qlobal pandemiya ilə mübarizədən məğlub çıxdığı bu dövr ərzində Türkiyənin bu məsələdə uğur qazana bilməsi onu dünyanın diqqət mərkəzinə çevirir.

Tərcümə Strateq.az-ındır